PDF Oxu

Köşə

  • 1 188

DAĞIDICI MÜXALİFƏTDƏ ERMƏNİLƏRİN SAYI ARTIR

DAĞIDICI MÜXALİFƏTDƏ ERMƏNİLƏRİN SAYI ARTIR

Radikal düşərgə mətbuatı Rüstəm İbrahimbəyovun xəyanətini malalamağa cəhd edir

"Ziyalılar Forumu"nun həmtəsisçisi, reneqat Rüstəm İbrahimbəyovun Rusiyanın "Rosbalt" saytına verdiyi son xəyanətkar və rüsvayçı müsahibəsi özünü normal düşüncəli cəmiyyət üzvü, vətəndaş hesab edən insanlarımızın haqlı hiddətinə və etirazlarına səbəb oldu. Çünki əzəli torpqalarımızın hələ də erməni işğalçılarının tapdağı altında inlədiyi zaman R.İbrahimbəyovun belə bir rəzil müsahibə ilə çıxış etməsi, mənfur erməni qaniçənlərinin dəyirmanlarına su tökməsi həm bu torpqalar uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarını, həm də bir milyon qaçqınlar ordusunun heysiyyatını təhqir edib.

Burada müəyyən maraqların dayanması heç kimdə şübhə doğurmur

Ancaq bu kimi həyasızlıqlar azmış kimi, dağıdıcı müxalifətin media qurumları R.İbrahimbəyovun sözügedən xəyanətini malalamağa cəhd edirlər. Məsələn, "Yeni Müsavat" və "Azadlıq" qəzetləri müxtəlif "hüquq müdafiəçiləri", "ekspertlər" və partiya funksionerlərindən "zəhmətkeş məktubu" qismində açıqlamalar alır, guya R.İbrahimbəyovun heç də Azərbaycan xalqını və dövlətini aşağılamaq istəmədiyi fonunda müsahibələr dərc edirlər. Söz yox ki, burada da müəyyən maraqların dayanması heç kimdə şübhə doğurmur. Məsələn, onu da qeyd edək ki, R.İbrahimbəyov həm də Rusiyanın müəyyən siyasi dairələrinin Azərbaycan əleyhinə işlətdiyi "Milyarderlər İttifaqı"nın aparıcı üzvlərindəndir. Əgər dağıdıcı müxalifət "liderlərinin" Azərbaycanın dövlətçilik maraqlarını xarici qüvvələrə satdıqlarını da buraya əlavə etsək, o zaman kifayət qədər aydın olur ki, R.İbrahimbəyov bu kimi müsahibələri nəticəsində əldə etdiyi maddi gəlirlərini onlarla bölüşür. Əlbəttə ki, erməniləri özünə düşmən deyil, qardaş hesab edən digər milyarder Söyün Sadıqovun dəstəyi nəticəsində. Bu barədə isə qəzetimizdə bir çox məlumatlar verilib. Ona görə də reneqat ünsürün zaman-zaman anti-Azərbaycan meyilli ifadələr işlətməsi, bəyanatlar səsləndirməsi gözlənilən hallardandır.

Müxalifət mətbuatı yenidən özünü ifşa etdi

Görünür, bu səbəbdən də "Azərbaycanda kinodramaturq üçün yeni irad və ittihamlar dalğası yaranıb" kimi yazılar dərc edən radikal düşərgə mətbuatı "liderlərin" göstərişlərinə uyğun olaraq, indi də R.İbrahimbəyovun xəyanətini pərdə arxasında keçirməyə səy göstərirlər. Ancaq maraqlı məqamlardan biri də ondadır ki, məhz "Yeni Müsavat" qəzeti reneqat və xəyanətkar ünsürün "Rosbalt" agentliyinə verdiyi müsahibəsindən dərhal sonra onu ittiham edən məqalə vermişdi. Həmin məqalədə R.İbrahibməyovun yadına bir milyondan artıq qaçqınların taleyi, Qarabağ işğalı və bu kimi digər mələlələr salınmışdı. Ancaq təəssüf ki, ömürlərində bir dəfə ədalət mövqeyindən çıxış edən qəzet sonradan R.İbrahimbəyovun müdafiəsinə qalxıb. Bu amil isə qəzetin heç də demokratik mühitdə formalaşmamasını, diktə ilə fəaliyyət göstərməsini sübuta yetirib. Daha dəqiq desək, düşərgə qəzeti bir daha özü-özünü ifşa edib.

İqtidar ümumdövlətçilik maraqlarına qarşı çıxan istənilən mövqeyə sərt münasibətini bildirir və bundan sonra da bildirəcək!

"Kinodramaturqa qarşı aparılan hücum kampaniyasına münasibət" formasında siyasi oyun oynamağa cəhd edən düşərgə mətbuatı bununla bir daha isbat edib ki, dağıdıcı müxalifətdə ermənilərə pərəstiş edənlərin, hətta erməni olmaq istəyən fərdlərin sayı durmadan artamaqdadır. Məsələn, AXCP ali məclisinin sədri Həsən Kərimov bildirib ki, R. İbrahimbəyova qarşı hücum kampaniyası guya son vaxtlar adıçəkilən reneqatın iqtidarı tənqid etdiyi üçündür: "Rüstəm İbrahimbəyovun fəaliyyəti iqtidarı narahat edir" (?!-M.Q.). Lakin göründüyü kimi, iqtidar ümumdövlətçilik maraqlarına qarşı çıxan istənilən mövqeyə sərt münasibətini bildirir və bundan sonra da bildirəcək!

R.İbrahimbəyovu "ziyalı" adlandıran AXCP rəsmisi bir az da irəliyə gedərək, guya onun, ümumiyyətlə, günahkar olmadığını "sübut" etməyə çalışıb: "Onun müəyyən fərqli mövqeyi, şəxsi təxəyyülü ola bilər. Erməni yazıçılar, ziyalıların da açıqlamaları var ki, onlar iki xalqın bir-birinə düşmən olmadığını deyiblər..."

Ancaq Əli Kərimlinin diktəsi ilə oturub-duran H.Kərimov burada unudub ki, ermənilər öz xislətləri və xəyanətləri ilə tarixlər boyu, beynəlxalq aləmdə öz "millətlərinə" layiq "hörməti" qazanıblar. Ancaq həqiqi, təmizqanlı azərbaycanlı olan kəs belə xəyanətlərə, belə rəzilliklərə və alçaqlıqlara getməməlidir. Əgər gedirsə, demək, həmin fərdin qanında qarışıqlıq var. Eləcə də belə R.İbrahimbəyov, eyni zamanda, Əkrəm Əylisli kimi xəyanətkarların müdafiəsinə qalxanlar da həmin alçaqlıqlardan pay götürürlər. Necə ki, bunu bir neçə gün öncə "Ziyalılar Forumu"nun üzvü, saxtakar tarixçi Cəmil Həsənli də haqq edib. Ümumiyyətlə, isə deyə bilərik ki, hazırda dağıdıcı müxalifət düşərgəsində ermənilərin sayı artmaqda davam edir...

Digər xəbərlər