PDF Oxu

Köşə

  • 1 592

"EL" KLUBUNUN QICQIRMIŞ PİVƏSİ

"EL" KLUBUNUN QICQIRMIŞ PİVƏSİ

Ötənlərdə "İctimai Palata" haqqında daha gerçək və daha həqiqətə yaxın münasibəti YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirmişdi: "İctimai Palata" dərnəkdir..."

Əslində, hörmətli Siyavuş müəllimin zaman-zaman hadisələrə özünəməxsus şəklildə real qiymət verməsi cəmiyyətin də marağına səbəb olmaqdadır. Çünki düzü-düz, əyrini də yəri deyən YAP rəsmisi bunula dağıdıcı müxalifətin haqsız, ədalətsiz və xəyanətkar mövqeyini kifayət qədər ifşa etmiş olur. Təbii ki, normal düşüncəli cəmiyyət də məhz əsil həqiqəti eşitmək həvəsində və marağındadır. Məhz bu səbəbdən də Siyavuş müəllimin "İctimai Palata"nı həm "palatka", həm də dərnək kimi qiymətləndirməsi bu qurum haqqında bir çox həqiqətləri ifşa etmiş olur. "Ona görə də həmin həqiqətlərə bir daha dərindən varmadan keçmək istəyirəm" - YAP rəsmisinin digər qiymətləndirməsi belədir.

Pensioner reneqatlara baş qatmaq üçün münasib yer

Bu dəfə Siyavuş Novruzov "EL" adlı qonrama hərəkata çox düzgün ad qoyub: "EL" hərəkat deyil, klubdur...pivə içənlər klubu..."Və burada bir daha bəlli olub ki, neçə müddətdir el-aləmin başını öz səfeh və axmaqyönlü "siyasi layihələri" ilə qataraq post-seçki dövründə siyasi dividend əldə etməyə cəhd göstərən Eldar Namazov-Rüstəm İbrahimbəyov cütlüyünün "EL"-i, əslində, pensioner reneqatlara baş qatmaq üçün münasib yerdir. Çünki orada siyasətlə məşğul olmurlar, sadəcə pivə içib, dövlətin maraqlarını neçəyə satacaqları haqqında mübahisələr edirlər. Biri deyir filan qiymətə, o biri də deyir yox, beşməkan qiymətə..."Ancaq nəticəsi nə olur? Nəticə belə olur ki, onların sayı özlərindən başqa, yəni 10-12 nəfərdən artıq olmur. Bunun da çox bəsit səbəbi var.

"EL" pivə içənlər klubu kimi "siyasi brendə" çevrilə bilmədi

Səbəbi budur ki, "EL" bir pivə içənlər klubu kimi olsa belə, yenə də "siyasi brendə" çevrilə bilmədi. Çünki pivələri yaman qıcqırıb. Ona görə də oraya pivə içməyə gedən istənilən fərd, sonradan oranın həndəvərindən belə keçmək istəmir. Bununla da "EL" adlı pivə klubu "hərəkatı" öz "kliyentlərini" bala-bala itirməyə başlayır.Görünür, Rusiyanın "pivə bazarı" Azərbaycanda öz yerini tuta bilmək iqtidarında deyil. Hətta Azərbaycan bazarı Rusiya bazarından fəqli olaraq, nəinki Şimalda, eləcə də Qərbdə də, Şərqdə də kifayət qədər sözünü deyib. Bu səbəbdən, xarici dairələrin qıcqırmış məhsulları yerli məhsullarımızı üstələyə bilmir. E.Namazov isə R.İbrahombəyovla birgə məcburdur ki, qıcqırmış pivə içib, adını da qoysunlar "çox əla". Yoxsa işləri fəna olar. Hörmətli Siyavuş müəllimin də demək istədiyi məhz budur. Ancaq təəssüf ki, "EL"-in qıcqırmış pivəxorları onun dediklərini qanmırlar, ya da qanmaq istəmirlər. Görünür, çox yaşlaşıblar və özləri tərəfindən dəyərsizləşdirilmiş həyatlarında növbəti dəfə pensiyaya çıxmalarının vaxtı çatıb.

Digər xəbərlər