Bu gün İsveçin Malmö şəhəri Avropa musiqi mədəniyyətinin beşiyi kimi tarixə düşüb. Ancaq bu kimi tarixə düşmələr sırasında öz xüsusi çəkisi ilə adını MƏDƏNİYYƏT SİMVOLU SALNAMƏSİNƏ yazan ən bariz ölkə məhz AZƏRBAYCANDIR!
Ötən il "Eurovision" mahnı müsabiqəsinin ev sahibi olan Bakı nəinki Avropaya, eləcə də bütün dünyaya öz sözünü dedi. Özü də elə dedi ki, hazırda İsveçə toplaşan beynəlxalq ictimaiyyət bu etirafı etmək məcburiyyətində qalıb. Çünki bunun bir çox səbəbəi var.
Bu gün Malmöyə yığışan çoxsaylı jurnalistlər özlərini qapalı bir məkanda hissi etməklə, darıxdıqlarını, fəaliyyətlərini qura bilmədiklərini etiraf edirlər. Malmöyə toplaşan və hər il "Eurovision" yarışmalarında ənənəvi iştirak edən çoxminli tamaşaçılar İsveçin baha qiymətlərindən, soyuq davranışından narahatlıq keçirdiklərini bildirirlər. Avropanın göbəyində mədəniyyət axtaranlar qeyri-mədəni hadisələrlə qarşılaşırlar. Qarşılaşdıqca isə Azərbaycan, Bakı deyib bir il bundan öncənin xoş ovqatlarına, təəssüratlarına geri dönürlər.
AVROPALILAR BİZƏ QƏLƏBƏ ARZULAYIRLAR
Məhz budur Azərbaycanın gücü, qüdrəti, mədəniyyəti, qonaqlara ehtiramı və digər çoxsaylı üstünlükləri! Artıq "Eurovision" dedikdə, bir çox avropalının nəzərlərində gözəl Bakı, füsunkar Xəzər, möhtəşəm Azərbaycan canlanmaqdadır. Bu, sadə deyim deyil, faktdır, aksiomadır!
Hətta Malmöyə toplaşan "Eurovision" azarkeşlərinin əksər çoxluğu yarışmaya qatılacaq Azərbaycan musiqi heyətinin qələbə qazanmasını inanın ki, tam səmimiyyətlə arzulayırlar. Bilirsinizmi nəyə görə? Ona görə ki, əgər Azərbaycan bu dəfə də qələbə qazansa, onlar bizim ölkənin daha bir əsrarəngiz fərqliliklərini seyr etmək xoşbəxtliyi əldə edəcəklər. İnşaallah, bunun da görərik...
MALMÖ SAKİNLƏRİ YAMAN NARAHATDIR
Ancaq qayıdaq Malmöyə. Avropa kanallarının birində şahidi olduğum bir reportajın kiçik hissəsini oxucularımızın diqqətinə çatdırmaq istərdim. "Eurovision"la bağlı reportajda şəhər sakinlərindən müsahibə alan alman jurnalist heyrətini gizlədə bilmir. Belə ki, şəhər sakinləri "Eurovision"un onların həyatına müdaxilə etdiklərini deyirlər. Hətta bildirirlər ki, Malmö belə hadisələrin baş tutması üçün uğurlu şəhər deyil. Malmö sakinləri, ümumiyyətlə, bayram əhval-ruhiyyəsindən tamamilə kənar olduqlarını davranışları ilə təsdiq edirdilər. Bax, məsələ də budur!
Təəssüf ki, İsveçdə "Eurovision"un belə sönük keçməsi ötən il Azərbaycanda siyasi və süni qalmaqallar yaratmağa çalışan qalib iştirakı Lorenin iddiaları ilə üst-üstə düşmür. Sən demə Loren oxuduğu və qalib gəlidiyi "Azadlıq" musiqisini öz ölkəsinə həsr edibmiş. Daha qəqiq desək, azadlığını tapa bilməyən Loren ölkəsinə arzuladığını burada oxudu və qalib gəldi.
Bir sözlə, bu gün Avropanın göbəyində, İsveçin Malmö şəhərində toplaşan avropalılar Azərbaycanın qələbə qazanmasını istəyirlər. Hətta Azərbaycan qələbə qazanmasa belə, bu istəyin özü, yəni avropalıların Azərbaycan arzuları həmin qələbəni artıq bizlərə bəxş edib.