PDF Oxu

Köşə

  • 1 182

İRƏLİ AZƏRBAYCAN!

İRƏLİ AZƏRBAYCAN!

Daha bir uğur, daha bir inkişaf mərhələsi... Azərbaycan İsveçin Malmö şəhərində keçirilən "Eurovision-2013" musiqi yarışmasında növbəti dəfə öz gücünü, mədəniyyət qüdrətini bütün Avropaya və dünyaya nümayiş etdirdi. İsbat olundu ki, Azərbaycanın mahnı müsabiqəsindəki daha öncəki uğurları heç də təsadüf deyilmiş!

Əlbəttə ki, Azərbaycanın bu kimi uğurlarını həzm etmək istəməyən bəzi dairələr də mövcuddur. Lakin belə dairələrin ciddi-cəhdlə ölkəmizin nüfuzuna vurmaq istədikləri mənfi çalarlar elə arzu olaraq, onların ürəklərində qalır. Çünki reallığa, həqiqətə qarşı heç bir riyakarlıq ayaq tuta bilməz. Necə ki, bizlərə qarşı belə hiylələri və riyakarlıqları Londonda keçirilən Olimpiya oyunlarında da gerçəkləçdirməyə səy göstərdilər. "Bilet qalmaqalı", yaxud, Milli Boks Federasiyasına qarşı aparılan qarayaxma kampaniyalarının arxasından "siyasi meyarlar" göründü və bu meyarlar məhz Azərbaycanda iqtisadi maraqları olan dövlətlərin bəzi dairələri tərəfindən ortaya atıldı. Fəqət, yenə də həqiqətə qarşı gücsüz qaldılar.

ONLARIN GÜCSÜZLÜYÜ

Və bu gücsüzlük bu dəfə Malmödə peyda oldu. Baltikyanı ölkələrdən birinə məxsus internet saytında "20 avroluq ələ almaq kampaniyası"nı, yəni səsvermə zamanı guya Azərbaycanı dəstəkləmək müqabilində xarici vətəndaşlara ödənilən "rüşvəti" heç də inandırıcı görünməyən "gizli kamera" ilə çəkib-yayan tərəflər öz qaranlıq məqsədlərinə çata bilmədilər. Çünki ortada arqument olmadı.

Gəlin bir daha bu iddiaları süzgəcdən keçirək. Malmödə yerləşən kiçik bir barda bir neçə nəfərə 20 avro verilir və onlar guya 20 avronun müqabilində Azərbaycana səs verirlər (?!-R.). Bu, axı məntiqsizlikdir! Məntiqsizlikdir ona görə ki, Azərbaycan çıxışlardan sonra bir çox ölkələr tərəfindən 12 balla, yəni maksimum balla mükafatlandırıldı. Belə olna təqdirdə, beş-on nəfər 20 avroluq dəyərində olan insanın Aszərbaycana səs verməsi nəyi həll edə bilərdi? Əlbəttə ki, heç nəyi! Çünki REALLIQ AZƏRBAYCANIN TƏRƏFİNDƏ OLDU. 20 avroluq rüşvət isə, əslində, Avropanın bəzi dairələrinin iç sifətlərini bəlli etdi. Başqa tərəfdən, Azərbaycanın qələbəsini, demək olar ki, Malmöyə toplaşan bütün xarici jurnalistlər də istəyirdilər. Çünki "Eurovision-2012"-də Azərbaycanda gördükləri möhtəşəmlik tarixlər boyu unudula bilməz.

Qaldı ki, ölkəmizin birinciliyə layiq ikinciliyinə, burada da tam əminliklə deyə bilərik ki, 40-a yaxın Avropa ölkəsini bu kimi mötəbər mahnı və mədəniyyət müsabiqəsində geridə qoymaq elə QƏLƏBƏDİR! Belə qələbələr isə Yaradanın izni ilə daha çox olacaq. Hətta Qarabağa doğru gedən qələbə yolları da məhz belə qələbələrdən, belə zəfərlərdən keçir!

Elə isə növbəti qələbələrdə birgə sevinmək adı ilə İRƏLİ, AZƏRBAYCAN!

Digər xəbərlər