"Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev jurnalistlərə paylanacaq evlərlə bağlı danışarkən təhqiredici ifadə işlədib. Daha dəqiq desək, dövlətin ölkənin media mənsublarına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, bu yaxınlarda jurnalistlərə təhvil veriləcək binanı "itə atılan sümük" kimi qiymətləndirən M.Əliyev əslində jurnalistləri deyil, özünü təhqir edib və İT adlandırıb. Hərgah M.Əliyevin cəmiyyətdəki davranışları jurnalistikadan daha çox siyasi fərd təsiri bağışlasa da, onun media qurumuna rəhbərlik etməsi məhz belə qənaətə gəlməyə əsas verir. Bir sözlə, dövlətin sosial siyasətinin tərkib hissəsi kimi qələm adamlarına göstərdiyi diqqət Mehman adlı İT-in xoşuna getməyib. Görünür, həm də "İP"-də itlik edən M.Əliyev hər iki addan məmnunluq duymqadadır. Və səhəri gün, M.Əliyev bəlkə də bu köşə yazısını oxusa, məni bir jurnalist kimi məhkəməyə verə bilər. Ancaq maraqlıdır, bu qədər jurnalist ordusuna həqarət edən M.Əliyev bu addımı atmaq gücünü öznündə tapa bilərmi? Məncə, yox. Çünki bu fərd həqiqətən də buna cürət etməz. Etsə belə, qarşısında çoxsaylı qələmdar ordusunu görər! Çünki həqiqi jurnalist Mehmandan fərli olaraq, şəxsiyyətdir, insandır!
QULAĞI KƏSİLƏRƏK, ZƏNCİRLƏNMƏK...
Ümumiyyətlə, təəssüf ki, Azərbaycan həqiqətlərində bəzi itəbənzər fərdlər belə məsələlərə qərəzli, başadüşülməz münasibət bildirirlər. Hətta deyərdim ki, hürürlər, zingildəyirlər. Bununla da, əslində, mənsub olduqları camiyəni deyil, özlərini təhqir etmiş olurlar. Bu amil ictimai əxlaqa, mənəvi dəyərlərə ziddir. Eləcə də nankorluqdur. Baxmayaraq ki, itlər şüurlu heyvanlar sırasına aid olmaqla yanaşı, həm də nankor olmurlar. Təbii ki, mehmankimilərdən fərqlənərək... Hətta "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludan da fərqlənərək... Məsələn, M.Əliyev həmin sözlərini məhz R.Arifoğlunun baş redkatoru olduğu qəzetdə işlədib. R.Arifoğlu isə M.Əliyevin söyüşünə şərh verməkdən imtina edib: "Mənim bu barədə fikrim yoxdur. Məsələyə aidiyyatı olan jurnalistlərlə sorğu aparın".
Demək belə çıxır ki, media azadlığı, söz və ifadə azadlığı kimi pafoslu ifadələrlə özünü "mükəmməl jurnalist" hesab edən R.Arifoğlu da jurnalistika kateqoriyasına aid olmayan tərəflərdəndir. Daha dəqiq desəm, M.Əliyevin itliyini müdafiə edən fərdlərdəndir.
Görünür, daim dövlətçilik əleyhinə xarici qüvvələrə tulalıq edən M.Əliyev bunun müqabilində özünü bahalı avtomobillərlə, bir neçə evlə təmin etdiyinə görə, onu yerdə qalan, öz vicdanı, əqidəsi, ləyaqəti ilə çalışan jurnalistlərin sosial durumu maraqlandırmır. Maraqlınadırmırsa, bu, onun öz işidir. Ancaq İTLİK etmək sadəcə lazım deyildi. Çünki vaxtı çatanda, onun da qulağını kəsib, boynunu zəncirləyə bilərlər...