PDF Oxu

Köşə

  • 1 613

PƏNAH HƏLƏ QARPIZ NÜBAR EDİR

PƏNAH HƏLƏ QARPIZ NÜBAR EDİR

Həəə, qarpızın da nübarı gəldi! İndi hamı bir tikə pendirdən-lavaşdan dürmək edib, düşəcək qarpızın canına. Qarpız demişkən, nədənsə bu barədə danışanda, yadıma Pənah Hüseyn düşür. Bu münasibətlə AXP sədrini ürəkdən təbrik edirəm. Qarpız nübarı ilə bağlı...

İndi ayın 28-də təsis olunması gözlənilən "Milli Şura"nın "ideyavericisi" Rüstəm İbrahimbəyov da P.Hüseynin qarpız nübarını yeyib-qurtarmasını gözləyir ki, onu "Milli Şura"ya dəvət etsin. Ancaq əbəs yerə. Çünki nə qarpız Pənahdan vaz keçəndir, nə də ki, Pənah qarpızdan. Elə bil Allah bunların ikisini bir-birləri üçün yaradıb. Qarpız və Pənah, Pənah və qarpız!

O günləri mətbuata müsahibə verən AXP sədri deyib ki, "Milli Şura"da formalaşma getdiyi üçün hələ ki, təmsil olunub-olunmayacağı ilə bağlı yekun qərar vermək fikrində deyil. Yəni belə çıxır ki, o, ümumiyyətlə, "Milli Şura"ya qatılmayacaq. Çünki onun böyük qağası hesab etdiyi Müsavat başqanı İsa Qəmbər də son məqamda "Milli Şura"ya qatılmayacağını sərgiləmək üzrədir. Daha dəqiqi, "şura"nın yaranma ərəfəsində İ.Qəmbərin xarici səfərlər etməsi, ayın 28-nə kimi Azərbaycana dönməyəcəyi sözügedən amilin kifayətli göstəricisidir. Məhz bu səbəbdən də, gedərkən, P.Hüseynə qarpız yeməyi tövsiyyə edən Müsavat başqanı bu vasitə ilə R.İbrahimbəyovun başını qatmağı tapşırıb. P.Hüseyn də qarpızın dilimlərini bir-bir içəri guppuldatdıqca, mətbuata müsahibələr verir. Nə ət, nə balıq təsiri bağışlayan müsahibələrdən də görünür ki, nə o, nə də Müsavat başqanı "Milli Şura"ya getməyəcəklər. Çünki getsələr, Əli aşından da olarlar, Vəli aşından da. Bu səbəbdən də xarici səfərdə olan İ.Qəmbər ölkəyə dönən kimi qəşşşəng bir bəyanat verəcək. Deyəcək ki, Müsavat "Milli Şura"ya qatılsa, "İctimai Palata"nın işi dayana bilər. Bununla da Müsavat başqanı seçkilərə "palata"dan qatılacaq. Ə.Kərimli isə "Milli Şura"nı dəstəkləyəcək. Beləliklə, vəziyyət yaman "xərəbdür". Hətta o qədər "xərəbdür" ki, P.Hüseyn çoxlu qarpız yeyərək, partlamaya düşə bilər. Vay onun, bir də R.İbrahimbəyovun halına. Biri qarpız yeyir, o biri də oturub bunun qarpızı nə vaxt yeyib-qurtarmasını gözləyir. İşə bax eee...

P.S. Deyilənlərə görə Eldar Namazov badımcanın, Əli Kərimli də təzə xiyarın nübarını gözləməkdədirlər.

Digər xəbərlər