Jurnalistika peşəsinin üz qarası hesab olunan və bununla da jurnalistlikdən daha çox zurna püfləyən zuranalistlərə daha çox bənzəyən fərdlər yenə düşüblər ortaya və nə qədər təəccüblü görünsə də, "halal zəhmətdən", "ləyaqətdən", "vicdandan" dəm vururlar. Nədir ki, dövətin qələm sahiblərinə göstərdiyi diqqət və qayğı bunların gözlərinə girir. Bəli, məhz gözlərinə!
Nəyə görəsə, müxalifət mediasına mənsub olan zurnalistlər - İdrak Abbas, eləcə də "Yeni Müsavat"ın köşə yazarı Zamin Hacının yadlarına "mənəviyyat amili" düşüb və onlar dövlətin tikərək jurnalistlərə paylayacağı evlərdə, mənzillərdə yaşamağı özləri üçün "təhqir" hesab edirlər.
Məgər İdrak, ya da Zamin bu qədərmi "mələk" və "ideal" jurnalistlərdirlər?
Məsələn, "Ləyaqət hissi olan jurnalist heç vaxt hökumət verən evlərdə yaşamaz", yaxud da "həmin evlərin verilməsi əslində rüşvət sayılmalıdır" deyən hər iki "namuslu", "izzətli", "mənəviyyatlı", "ləyaqətli", "ismətli", "vicdanlı" zurnalist öz açıqlamaları ilə içlərindəki qaralığı, xəbisliyi bir daha ortaya qoyublar. Adama qayıdıb deyərlər ki, danışanda ağzına çullu dovşan sığışmır, indi sizlərəmi qaldı dövlətin apardığı siyasəti öz təbirlərinizə uyğun şəkildə müzakirə etmək? Məgər İdrak, ya da Zamin bu qədərmi "mələk", "ideal" jurnalistlərdirlər ki, mənasız ömürlərini yalnız "halal zəhmətlə" keçiriblər? Lazım olarsa, onlar haqqında mənəviyyatsızlıqlarla, əyaqətsizliklərlə dolu olan o qədər faktlar ortaya qoyular ki, bu sözləri dediklərinə görə ömürləri boyu peşman olarlar. Sadəcə, onları istəməsək belə, "həmkar" deyib, pis vəziyyətdə qoymaq fikrindən uzağıq.
Allah bunlara həqiqətən də ağıl versin...
Jurnalistlərə paylanacaq evlərə, mənzillərə sahib olacaq hər bir yazar əhlinin ailələri, uşaqları həyatlarındakı yeniliyə görə sevinərkən, nəyə görə vaxtilə reketçilik edib pul qazanan iki nəfər dılğırın acı sözlərinə tuş gəlməlidirlər? Axı ömürlərini jurnalistikaya həsr edən kifayət qədər həmkarlarımız nə İdrak Abbas kimi dəyərsiz fərdin, nə də ki, Zamin Hacı kimi sarsağın işlətdikləri sözlərə layiq deyillər. Məhz bu amilin özü də deməyə əsas yaradır ki, həm İdrak, həm də Zamin bu kimi xəbislikləri ilə öz şərəfsizliklərini ortaya qoyublar. Sonra da durub ləyaqətdən danışırlar. Buna necə ləyaqət hissi adlandırmaq olar? Əlbəttə ki, heç cür!
Əslində, hər iki fərd həmkarlarını "satın alınmış" kimi görürlərsə, demək, onların normal cəmiyyətdə yaşamaları da qəbuledilməzdir. Amma nə edəsən, bir halda ki, belələri anormal mühitdə formalaşdıqlarına görə də öz anormallıqlarını zaman-zaman sərgiləyirlər. Allah bunlara həqiqətən də ağıl versin, yazıqdırlar!