Müxalifət liderlərinin bir-birlərindən fərqlənməyəcəklərini bəri başdan demək lazımdır. Ancaq hər dəfə olduğu kimi, bu dəfə də partiya və funksionerləri ağızdolusu möhtəşəm təşkilatda "birləşəcəklərini" gah bu, gah da digər formada cəmiyyətə sırımağa cəhd edirlər. Gah "Milli Şura"nın, gah da "EL" hərəkatının "faydasından" dəm vuran xəyanətkarlar toplumu əslində həmin "faydanı" kimlərə verdiklərini də yaxşı bilirlər.
BURADA YA İVAN DAYANIB, YA DA Kİ, ANDREY
Hadisələri izləyənlərə bir daha aydın olur ki, onların sıralarında bir dənə də olsun normal "lider" yoxdur, bundan sonra da olmayacaq. Bir sözlə, yenə də pafos, yenə də populizm və belə-belə şeylərə oxşayan ifadələr... Bu gün heç bir mahiyyət kəsb etməyən "Milli Şura"nın, "EL"-in nədən qaynaqlanmasını xatırlasaq, bir daha bəlli olacaq ki, bu qaynağın təməlində ya İvan dayanıb, ya da ki, Andrey. Yəni mahiyyət etibarilə belə qurumları izah etməyə lüzum yoxdur.
BAŞQAĞRISI VERƏN İDEYA
Ultimativ çıxışlar edən Əli Kərimlinin, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun, İsa Qəmbərin məqsədlərinin hakimiyyətdən qisas almaq xalq-hakimiyyət birliyinə zərbə vurmaq olduğu heç kimə sirri deyil. Bu kimi "liderlərdən" nə desən gözləmək olar. Ona görə də bu gün onlara inananlar sadəcə bir həqiqəti anlamalıdırlar. Onlar sadəcə inamsız "inananlardırlar"."Milli Şura" ideyasına gəincə, bu ideya müxalifətə hələ çox başağrısı verəcək. Bir şey ki, baş ağrıdırsa, məncə, ona uzun-uzadı münasibət bildirmək də baş ağrıdar. Yaxşı olardı ki, nə özümün, nə də oxucularımın başlarını ağrıdım. Növbəti mövzuda görüşənədək...