PDF Oxu

Köşə

  • 1 350

QƏLİZ MƏSƏLƏ

QƏLİZ MƏSƏLƏ

Bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib! "Bəyin oğurlanması" filmindəki bu fraqment mənim yadıma ona görə düşdü ki, hazırda müxalifətin baş sındırdığı "Milli Şura" ideyası da bax həmin bu qəliz və "vacib" məsələyə çox oxşayır. Bəlkə də rəhmətlik Səməndər müəllim sağ olsaydı, "Milli Şura"dakı oğurlanmış bəylərə də həmin sözləri deyərdi. Hətta deyərdi ki, ay "liderlər, bir qulağınızdan eşidin, o biri qulağınızdan da oynayın dəəə! Bilirsiniz niyə oğurlanmış bəylərə? Deyim siz də eşidin.

ELƏ OYNAYIRLAR Kİ...

Vaxtilə Qərb siyasi dairələri tərəfindən saqqızları oğurlanmış bəylər hazırda Şimal tərəfindən oğurlanıblar. Yəni oğurlanaraq tovlanıblar. Oğurlanıb, başlarına pis-pis şeylər doldurduqdan sonra isə, başlayıblar "Milli Şura" yaratmağa. Nəticədə müxalifət düşərgəsində aləm qarşıb, məzhəb itib. Əslində, bunlarda məzhəb anlayışı da yoxdur. Çünki əgər məzhəbləri olsaydı, nə saqqızlarını, nə də ki, özlərini ona-buna oğurlatmazdılar.

İndi də çox qəliz bir məsələ ilə üz-üzə qalıblar. Bəziləri bir neçə gün öncə bəyan edirdilər ki, "Milli Şura" xəyanətkarlar yuvasıdır, "Milli Şura"da əməkdaşlıq etmək şərəfsizlikdir, "Milli Şura" siyasi fahişəlik qurumudur və s. ancaq həmin bəyanatları verənlər bu gün düşüblər ortaya və başlayıblar "Milli Şura"nı mətaha mindirməyə. Guya dünənə qədər əks ifadələri onların heç biri işlətməyb. Sanki bunlar da (söhbət ACP-dən, ALP-dən, KXCP-dən, AMİP-dən, "Ümid"dən gedir - R.) Rüstəmin, Eldarın, Eldənizin, Əlinin, İsanın və sairələrin oynadıqları havanı eşitdikdən sonra marağa düşüblər. Bir qulaqlarından alıb, o biri qulaqlarından da oynayırlar. Özü də elə oynayırlar ki, Rüstəm İbrahimbəyov olub onların yanlarında heç nə. Ancaq adama deyərlər ki, siyasətçi öz iradəsini göstərməkdən ötrü sözündən dönməz. Dönərsə, demək, heç siyasətçi də deyil. Əslində, bunlara siyasətçi demək də düzgün deyil.

RUS İYİNƏ QAÇANLAR

Çünki bunlar ən yaxşı halda "sitatətçidirlər". Biri ağzından hansı havanı çıxarırsa, o biri dərhal siyasətçiliyini bir kənara qoyub, o birisinin sitatını tutuquşu kimi təkrarlayır. Bununla da siyasətçidən "sitatətçiyə" dönür.

O günləri "Ümid" partiyasının sədri İqbal Ağazadə internet televiziyalarının birində durub deyib ki, "Milli Şura"dan rus iyi gəlir. Bu gün isə həmin bu Ağazadə müxalifət mediasına çıxaraq bildirir ki, "Milli Şura" müxalifətin birliyi üçün ən münasib təşkilatlardan biridir (?!-R.). Gəl indi bu dazı anla görək, nə demək istəyir?! Dərhal AMİP rəsmiləri bəyan etdilər ki, "Milli Şura"nın mövqeyi dəstəklənməlidir. ACP bir tərəfdən, KXCP də o biri tərəfdən bu sözləri təkararlayıblar.

Vallah da, billah da bu "Milli Şura" çox qəliz məsələyə dönüb. Amma bu qəliz məsələnin "vacibliyi" cəmiyyətə heç də səmimiyyət təsiri göstərmir. Görəsən, "Milli Şura"nı vaxtilə tənqid edənlərin ağızlarına atılan sümüklərin qiymətləri neçəyədir?

Yaxınlarda bu sualın da cavabını öyrənib sizlərə deyəcəyəm...

Digər xəbərlər