ACP lideri "Milli Şura"nı partlayacaq şara bənzədib
"Milli Şura" ideyası fiaskoya uğramaqla yanaşı, müxalifət liderləri tərərfindən də ciddi ittiham olunmaqdadır. Lakin ortada olan fikir müxtəliflikləri vəziyyəti daha da gərginləşdirib. Maraqlıdır ki, az öncəyə qədər R.İbrahimbəyovu ciddi tənqid atəşinə tutan ACP sədri Sülhəddin Əkbər də rəhbərlik etdiyi partiyanın liderinə qarşı çıxıb. Belə ki, R.Quliyev ACP-nin "Milli Şura"da təmsil olunmasının əleyhinə olsa da, partiya sədri onun mövqeyinə əks olaraq, Rusiyanın qaranlıq siyasi dairələri tərəfindən ortaya atılmış oyunun içinə girib. Belə ki, nəzərə alsaq, R.Quliyev, bilavasitə Qərb meyilli fərdlərdəndir, bu zaman ACP daxilində baş qaldırmış qarşıdurmanı da unutmamalıyıq.
Onu şar kimi dayanmadan şişirtsəniz sonda partlayacaq
Əsas məsələ ondadır ki, ACP lideri R.Quluyev "Milli Şura" ideyasını "fuflo" adlandırıb. Məsələn, ACP lideri bildirib ki, "Milli Şura"nın yaradılması başlanğıcdır: "Milli Şura"nın vəzifəsi 10 problemi həll etməkdirsə, yaradılması birinci addım atılması deməkdir..."Milli Şura" gündə 24 saat real və konkret işlərlə məşğul olan bir təşkilata çevrilməlidir".
Bəlli olur ki, ACP lideri burada "Milli Şura" ideyasının gerçəkləşməsinə inanmadığını dolayı yolla etiraf edir. Məsələn, R.Quliyev demək istəyir ki, hələlik, "Milli Şura" "fuflodur" (boş havadır). Onu şar kimi dayanmadan şişirtsəniz sonda partlayacaq. Yəni bir halda ki, boş qurum partlayacaqsa, onun yaradılmasına və boş-boş bəyanatların verilməsinə də ehtiyac qalmır.
Lakin bəlli olan da budur ki, "Milli Şura" ideyası düşərgədə çox xəmirin suyunu aparacaq. Hətta onun səbəbindən partiyalar daxilində yeni intriqalar və qarşıdurmalar şiddətlənərək, özünün partlayış nöqtəsinə qədər inkişaf edəcək. Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu hal ACP-də baş qaldırıb. Lider-sədr, yəni R.Quliyev-S.Əkbər qarşıdurması buna sübutdur.
Sözügedən faktor eyni zamanda AXCP-də Əli Kərimli-Fuad Qəhrəmanlı, Müsavatda İsa Qəmbər - Arif Hacılı, eyni zamanda, fəaiyyətinə xitam verilmiş "İctimai Pala"ta qruplaşmalarında da açığa çıxmaqdadır. Belə olan təqdirdə "Milli Şura" ideyasının reallaşmaması qalsın bir yana, hətta seçkilərə qədər davamiyyət göstərməsi də inandırıcı təsir bağışlamır.