PDF Oxu

Köşə

  • 1 487

"Milli Şura"nın direktoru və ya Əli Kərimli öz gününə ağlayır

"Milli Şura"nın direktoru və ya Əli Kərimli öz gününə ağlayır

Rüstəm İbrahimbəyovun "Milli Şura"sı və özünün də həmin "şuraya" sədr seçilməsi adıçəkilən qurumun Rusiya siyasi dairələrinin projesi olmasını bir daha təsdiqlədi. Yəni "Milli Şura"ya sədr AXCP sədri Əli Kərimli, ya da Müsavat başqanı İsa Qəmbər seçilsəydi onda nə isə başqa şey düşünmək olardı. Lakin göründüyü kimi, R.İbrahimbəyov Şimal qospodinlərindən aldığı təlimatları canla-başla yerinə yetirərək, gəldi oldu "Milli Şura"nın direktoru. Əslində, tamamilə millilikdən uzaq olan bu təşkilatın sədrinin İbrahimbəyov olacağını qabaqcadan da bəlli etmək mümkün idi. Çünki bu "ideya" ortaya atılan gündən etibarən onun ətrafında yaşanan qalmaqallar belə deməyə əsas yaradırdı ki, onun Rusiyada oturaraq sifarişlər qəbul etməsi elə-belə məsələ deyil. Yəni axırda o, Rusiyanın adamı kimi "Milli Şura"nı idarə edəcək. Lakin məsələ yalnız bununla sona çatmır.

AXCP sədrindən İbrahimbəyova maraqlı mesaj

Artıq AXCP sədri Əli Kərimli "Milli Şura"nın sədri ola bilmədiyi üçün öz üzgünlüyünü gizlədə bilmir. Belə ki, "cəbhə" sədri mətbuata açıqlamasında bildirib ki, "Kim istəyirsə, onu (R.İbrahimbəyovu-R.) "Milli Şura"nın "vahid namizəd"i kimi qəbul edə bilər. Rüstəm İbrahimbəyov sədr seçildisə, çox böyük ehtimal ki , "vahid namizəd" özü ola bilər".

Gördüyümüz kimi, dünənə qədər bilavasitə rəhbərlik etdiyi "Azadlıq" qəzetində öz təbliğatını aparan AXCP sədri burada da fərqli mövqeyini ortaya qoyub. Daha dəqiq desək, İbrahimbəyovun "Milli Şura"ya sədr seçilməsi ilə razı olmadığını sərgiləyib. Ona görə də deyib ki, "kim istəsə R.İbrahimbəyovun "vahid namizəd"liyini qəbul edə bilər". Yəni Ə.Kərimli konkret qaydada derməyib ki, R.İbrahimbəyov "Milli Şura"nın namizədi seçilməlidir. Çünki bu, ona sərf etməz. Bu səbəbdən də mesaj ötürüb ki, kim istəsə R.İbrahimbəyovu "vahid namizəd" kimi görə bilər, kim də istəməsə görə bilməz.

Qarşıdurmalar yalnız "vahid namizəd"lik uğrunda olmayacaq

Görə bilməyənlərin başında isə, təbii ki, AXCP sədri Ə.Kərimli dayanıb. Nəticədə isə məlum olur ki, əslində, Ə.Kərimli öz gününə ağlayır. Ona görə ki, R.İbrahimbəyovun "Milli Şura"ya sədr, yaxud daha dəqiq desək, direktor təyin olunması "cəbhə" sədrini qane etmir. Qane etmirsə, demək yaxın günlərdə "Milli Şura"da əməlli-başlı qarşıdurmalar yaşanacaq. Yalnız "vahid namizəd" uğrunda deyil, digər məsələlər üzündən də qurum dağılmaq aqibətini yaşamalı olacaq.

Mən hələ Müsavat başqanı İsa Qəmbəri, ALP lideri Lalə Şövkəti, "El" hərəkatının rəhbəri Eldar Namazovu demirəm. İndi gör bu qurumda nə fırtınalar qopacaq. Bax, onda Şimal qospodinləri məcbur olub R.İbrahimbəyovu direktorluqdan azad edərək, "Milli Şura" adlı qurumun ağzını qıfıllamalı olacaq. Oradakı uşqaları isə tökəcək çölə. İnanırsınız? Yaxınlarda bütün bunlar olacaq. Ə.Kərimli isə hələ ki, öz gününə ağlayır...

Digər xəbərlər