"Azadlıq" radiosunun Conibaz qələmdaşı, seksibaşı, həm də naşı əməkdaşı Xədicə İsmayılovanın yanvarın 26-da icazəsiz aksiyada iştirak etdiyinə görə 400 manat cərimələnməsi və nəticədə məhkəmə tərəfindən 220 saatlıq ictimai işə cəlb olunması haqqındakı qərara etiraz etməsi özü-özülüyündə sual yaradır. Sual yaranır ki, eşşək bir dəfə palçığa batanda ikinci dəfə həmin palçığa girmir. Özü də eşşəyə ot-ələf deyil, xurma yedirtsən belə ora girməz. Bəs Xədicə bilə-bilə ki, icazəsiz aksiyada iştirakına görə müəyyənləşdirilmiş cəza alacaq, onda nəyə görə həmin aksiyada iştirak edib?
Eşşək bəzilərindən fərli olaraq, çox ağıllı heyvandır
Demək, belə çıxır ki, eşşək bəzilərindən fərli olaraq, çox ağıllı heyvandır. Həm ağıllı, həm də özünə hörmət qoyan. Xədicə isə bir deyil, iki deyil, üç deyil, hətta on beş, iyirmi dəfə deyil, yüz dəfə də olsa başlı-ayaqlı dürtür özünü həmin palçığın içinə. Nədi-nədi ona verilən sifarişlərin arxasında özü qədər də yağlı vədlər söz verilib. Bu baxımdan, eşşəyə xurma versələr belə, binəva heyvan palçığa girməyə etiraz edir, Xədicəyə verilən xurma isə onun tamahını daha da artırır. Beləliklə, fərq göz qabağındadır.
Başqa tərəfdən, X.İsmayılova deyir ki, 220 saatlıq ictimai işə cəlb olunması onu qorxutmur. Yəni o, 220 saatdan sonra bayıra çıxanda heç kim onu tanımayacaq. Bilirsiniz niyə? Çünki Xədicəni o qədər ictimai yerlərdə işlədəcəklər ki, o da hazırkı fiqurasını 90 x 60 x 90 ölçüsünə uyğunlaşdıracaq. Hamı deyəcək ki, gör bu adam 220 saatın içində nə qədər dəyişildi! Xədicə lap ünlü Hollivud aktrisası Ancelina Coliyə çevrilib!
Bütün agentliklər, sosial paylaşımlar, nüfuzlu portallar yazacaqlar ki...
Hətta Xədicəni çox-çox sevən BBC telekompaniyasının, "Azadlıq" radiosunun ABŞ və Avropa bürosunun, Almaniyanın "Şpigel" dərgisinin əməkdaşları tökülüb gələcəklər Azərbaycana ki, görünməmiş bu olay haqqında dünya ictimaiyyətinə məlumat versinlər. Bütün agentliklər, sosial paylaşımlar, nüfuzlu portallar yazacaqlar ki, "Xədicə Ancelinanı pasda qoydu", "Ancelina Coli Xədicə İsmayılovaya həsəd aparır!", "Ancelina Coli daha bir dənə deyil!" və s. Bax, bundan sonra X.İsmayılova düşəcək iqtidarın ayaqları altına ki, onu 220 saatın içində adam edib, ortaya çıxardı. Daha o da palçığa batmayacaq. Ancaq bunlar hələlik proqnozlardır. Çünki Xədicə deyir ki, ictimai işlərdə pislikləri təmizləyəcək. Bəli, Xədicənin ictimai işlərə cəlb olunması hazırda onun kimi pislikləri də narahat edəcək və onlar da təmizlənəcəklər. Lakin belə pisliklərin təmizlənmələri bir balaca vaxt aparacaq. Çünki həyatlarında o qədər murdarlıqlara bulaşıblar ki...