PDF Oxu

Köşə

  • 1 474

QIRĞINA BAX, QIRĞINA!

QIRĞINA BAX, QIRĞINA!

"Yeni Müsavat"ın rəhbər qardaşlarının yenə AXCP sədri Əli Kərimliyə nifrət və qəzəb mərəzi baş qaldırıb. Bu dəfə Azər Ayxan da özünü büruzə verib. Nə sirdirsə, hər dəfə belə olur - bu adamların Ə.Kərimli problemi başlayır". Bu sözləri "facebook" sosial şəbəkəsində "Azadlıq" qəzetinin redaktoru Alı Rza yazıb. O, "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın sosial şəbəkədə AXCP sədri Əli Kərimlini kəskin söz və ifadələrlə ittiham edib.

Əli Kərimli necə hıqqanırmış?

İsa Qəmbərin ətrafında olanlar AXCP sədrinin bir sıra manevrlər etdiyini, amma bütün bunlara baxmayaraq, növbəti dəfə rüsvayçılıqla üzləşəcəyini bildirirlər. "Bu cür situasiyaları çox yaşamışıq. İ.Qəmbərə qalib gəlib qabağa düşmək, müxalifətin şəriksiz lideri olmaq istəyənlər hər dəfə biabırçı durumla üzləşiblər. 2003-cü ilin prezident seçkisindən sonra bəzilərinə elə gəldi ki, daha hər şey bitdi, yeni dönəmin lideri odur (Əli Kərimli nəzərdə tutulur, həmin dövrdə müxalifətin iqtidarı olmağa əsas iddialı o idi - R.). Hıqqandı, gücəndi, düşərgənin tək lideri ola bilmədi. 2005-ci ildə meydan təxribatı edib (bu arada qeyd edək ki, söhbət 2005-ci ilin parlament seçkiləri ərəfəsində Əli Kərimlinin "Qələbə meydanındakı dinc mitinqdə aksiyaçılara "yerə oturun" göstərişi verərək, İsa Qəmbəri və Müsavatı çıxılmaz vəziyyətlə üzləşdirməsindən gedir - R.) sonra hərəkatı məğlubiyyətə uğradanlar Əli Əliyevin davasını aparıb İsa bəyi "ne prav" çıxarmaq istədilər. Axırda məlum oldu ki, nə işlər görülürmüş "Azadlıq" blokunda" deyə A.Ayxan bildirib.

"Ac həriflər" - çox düzgün və yerində işlədilmiş fraza!

A.Ayxan Ə.Kərimlinin hazırda Müsavat başqanı ilə bağlı həmlə manevrlərinə də toxunub: "İndi də Rüstəm İbrahimbəyovun arxasında (yəni "Milli Şura"da - R.) gizlənib İ.Qəmbəri bitirmək istəyir bəzi gerizəkalılar öz aləmlərində. Bu sürəcin necə böyük bir biabırçılıqla yekunlaşacağı zatən indidən görünür. Prezidentliyə namizəd kimi hakimiyyətlə döyüşməyə cəsarəti çatmayan bir siyasətçi necə müxalifət lideri ola bilər, bax, bunu ağlım kəsmir. Bəziləri 2003-cü ildə bir milli xəyanətkarın namizədliyini müdafiə edib baş girlədi, daha doğrusu, özünü növbəti mərhələnin lideri kimi qorumağa çalışdı, axırda quru yurdda qaldı, indi də bir kosmopolitin və qorxağın arxasından bizə dil uzadırlar. Kabab iyinə yığışan ac həriflər!"

Bütün bunlar onu göstərir ki, "cəbhə" sədri Ə.Kərimlinin əbədi-əzəli rəqibi İ.Qəmbərə hansı tələlər qurmasından Müsavatda da çox yaxşı məlumatlıdırlar.

Bununla, "Yeni Müsavat" - "Azadlıq" rinqində başlanan döyüş şiddətli hal alıb. Məsələn, "facebook"da yazan A.Rza deyib ki, Ə.Kərimliyə ittiham uyduran A.Ayxana bircə deyəcəyi var: "2003-cü il seçkisindən sonrakı aylarda Ə.Kərimlinin "Yeni Müsavat" və şəxsən onun qardaşı üçün etdiklərini yadına salsın. Bu, nəyisə başa qaxınc etmək deyil, başa salmaq cəhdidir".

P.S. Məncə, başqa şərhə ehtiyac yoxdur. Necə deyərlər, qırğına bax, qırğına!

Digər xəbərlər