PDF Oxu

Köşə

  • 1 488

"Qarabağ" blokunun da iki adlaxlısı var

"Qarabağ" blokunun da iki adlaxlısı var

"Ümid"-lə yanaşı, ADP də öz namizədini irəli sürəcək

Nə qədər qəribə də olsa, Azərbaycan Demokrat Partiyası (ADP) ilə "Ümid" partiyalarının birgə təmsil olunduqları "Qarabağ" bloku prezident seçkilərində iki namizədlə iştirak edəcək. "Sərdar Cəlaloğlu bu gün prezidentliyə namizəd olan şəxslərin heç birindən əskik deyil. Əlbəttə, o da prezidentliyə namizəd ola bilər" - deyə bildirən "Ümid" partiyasının sədri İqbal Ağazadə qeyd edib ki, o, "Qarabağ bloku"nda birgə təmsil olunduqları Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizəd olacağı ilə bağlı açıqlamasına təbii yanaşır. "Ümid" sədri dedi ki, "Qarabağ bloku"ndan həm onun, həm də ADP sədrinin prezidentliyə namizəd olması birliyin dağılacağı anlamına gəlməməlidir. Lakin bu hal baş verə də bilər: "Ümid" və ADP ayrı-ayrı partiyalardır və hər iki partiyanın müəyyən siyasi iddiaları var. Əgər hər iki partiyanın eyni maraqları olsaydı, təşkilatlardan birini buraxıb, eyni ad altında birləşərdik. Bu baxımdan, ADP-nin də seçkilərdə öz namizədi ilə iştirak etmək niyyətini normal qarşılayıram. Ancaq hər partiyayın öz nizamnaməsi olduğuna görə, "Qarabağ" blokun fəaliyyətini dayandıra da bilər".

İ.Ağazadənin sözlərinə görə, oktyabr marafonuna ayrı-ayrı qatılsalar da, yekun olaraq ortaq mövqeyə gəlməyə çalışacaqlar. Bunun üçün müəyyən razılaşmanın əldə olunması da vacibdir. S.Cəlaloğlu bununla razılaşsa, bəlkə blokun varlığını qoruyub-saxalaya bilərik: "Hər bir halda çalışacağıq ki, prezident seçkilərinə bir yerdə gedək".

Budəfəki seçkilər də nə ADP-yə, nə də "Ümid"-də heç nə verməyəcək

Bütün bunlardan belə nəticə hasil olur ki, "Qarabağ" bloku prezident seçkilərdə iki namizədini irəli sürəcək. Bu, həm də ADP-nin ilk namizədi anlamına gəlir. Əvvəllər eks-spiker Rəsul Quliyevin Demokrat Partiyasına sədrliyi səbəbindən seçkilərdə namizədliyini irəli sürə bilməyən birinci müavin vəzifəsində çalışmış S.Cəlaloğlu üçün bu, ilk, bəlkə həm də son şansdır. Düzdür, R.Quliyev ADP rəhbərliyindən hələ 2007-ci ildə uzaqlaşdırıldı. Məhz bu səbəbdən də S.Cəlaloğlunun 2008-ci ilin prezident seçkilərində iştirak imkanı vardı. Lakin "müxalifətin Eynşteyni" adlandırılan ADP rəhbəri həmin il namizədliyini irəli sürmədi. O, nədənsə iddiasını bu ilin seçkilərində ortaya qoyub. Lakin görünən odur ki, budəfəki seçkilər də nə ADP-yə, nə də "Ümid"-də heç nə verməyəcək.

Digər xəbərlər