PDF Oxu

Köşə

  • 1 542

İNGİLİS MƏTBUATI İBRAHİMBƏYOVDAN NƏ YAZDI?

İNGİLİS MƏTBUATI İBRAHİMBƏYOVDAN NƏ YAZDI?

"Milli Şura"nın baş seenariçisi, kinoçəkəni və suflyoru Rüstəm İbrahimbəyov bu dəfə ingilis mətbuatının hədəfinə tuş gəlib. Səsi-sorağı gah ABŞ-dan, gah Rusiyadan, gah da Fransadan gələn kinoşünas İbrahimbəyovun "siyasətşünaslığa" keçməsi Britaniyanın nüfuzlu "The İndependent" qəzetində sərt şəkildə tənqid olunub. Yəqin ki, bu dəfə "Milli Şura"dakı siyasətbazların deməyə də sözü yoxdur. Çünki onların zorla seçilmiş "vahid namizəd"lərinin yanından külək keçən kimi, bunu da hakimiyyətin üzərinə atırdılar. Maraqlıdır, görəsən, onlar "The İndependent"in yazdığına da bu kimi iddialarla çıxış edəcəklərmi? Əgər etsələr, demək, onların həqiqətən də ağılları-başları kökündən çaşıb.

Yaxşı, gəlin görək Britaniya mətbuatı Azərbaycanda keçiriləcək prezident seçkiləri və namizədlərin şansları barədə nələr yazıb?

İbrahimbəyov xarizmatik lider olmamaqla yanaşı, gənclərin də marağında olmayan qocadır

İlk olaraq nəşrin "Rüstəm İbrahimbəyov xarizmatik lider deyil, gənclər ona səs verməyəcəklər" ifadəsi diqqəti cəlb edir. Çünki dumanlı Albionda da hər kəs çox gözəl bilir ki, Azərbaycanı dünyada tanıdan, onun tükənməz potensialını ölkəsinin güclənməsi naminə, xalq naminə istifadə edən məhz hazırkı iqtidar namizədidir. "The İndependent" yazarı onu da yaxşı bilir ki, bu gün ölkə gəncləri də məhz Cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Bu səbəbdən də yazır ki, İbrahimbəyov xarizmatik lider olmamaqla yanaşı, gənclərin də marağında olmayan qocadır.

Başqa tərəfdən, nəşr yazır ki, Rüstəm İbrahimbəyov, həmçinin nə xarizmatik natiqdir, nə də ki, hakimiyyətin uzunmüddətli tənqidçisi. O, əvvəllər hakimiyyətyönlü bir insan olaraq tanınıb.

"İbrahimbəyova müasir kadr kimi baxmırlar və beləliklə, o, gənclərin maraqlarının təmsilçisi hesab olunmur"

Yəni "Milli Şura"nın sədri danışanda sərsəmləyir, tənqid edərkən də özü tənqid atəşinə tuş gəlir. Özü də o, vaxtilə hakimiyyətə sığınan şəxslərdən biri olub və sonradan üzüdönüklük edərək, xəyanətkarlıq mövqeyindən çıxış edib. Belələri isə xalqa və dövlətə rəhbərlik edə bilməz.

Məhz bu çərçivədən çıxış edən "The İndependent" yazır ki, iqtidara müxalif olan gənclər İbrahimbəyovu dəstəkləməyəcəklər: "Çünki İbrahimbəyova müasir kadr kimi baxmırlar və beləliklə, o, gənclərin maraqlarının təmsilçisi hesab olunmur".

Göründüyü kimi, ingilis mətbuatı R.İbrahimbəyovu kifayət qədər təhlil edib və düzgün nəticə çıxarıb. Bu kimi nəticələr isə, həm "Milli Şura"nı, həm də İbrahimbəyovu nəticəsizliyə doğru aparan həqiqətdir.

Digər xəbərlər