Budur, artıq nəhəng jurnalistlər ordusundan nə az, nə çox, düz 155 ailə dövlətimizin diqqət və qayğısı nəticəsində, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə şəxsi mənzillə təmin olundu. Bu, həm də dünyada analoqu olmayan nəhəng layihənin başlanğıcıdır desək, məncə yanılmarıq. Yənin nəniki MDB məkanında, eləcə də dünyanın heç bir dövlətində olmayan ilk layihə, məhz Azərbaycanda reallaşdı. Təbii ki, bütün bunların arxasında ölkəmizin iqtisadi gücü, qüdrəti və insan amilinə verilən yüksək qiymət faktoru dayanıb. Bu faktordan məhz qələm sahiblərinin də yararlanması isə təbii ki, çox önəmli hadisədir. Mən burada özlərini jurnalist adlandırıb, tamamilə başqa peşənin qulpundan yapışanları həmin cərgəyə qatmaq istəməzdim...
UNUTMAQ LAZIM DEYİL Kİ...
Hələ bir neçə il öncə, sözügedən mövzu gündəmə gələrkən, bəzi ağzıgöyçəklər, xüsusilə də, dağıdıcı müxalifət mətbuatında oturub, hakimiyyətə qarşı arxadan qılınc vuranlar bu gün nədənsə susurlar. Niyəsi isə budur ki, dövlətimiz, ölkə rəhbərliyi böyüklük göstərib və siyasi mənsubiyyətindən asılı olmayaraq, iqtidarlı-müxalifətli jurnalistləri bir damın altında ev-mülk sahibi etdi. Necə deyərlər, darısı olmayanların başına! Amma unutmaq da lazım deyil ki, bu kimi əhəmiyyətli amili "jurnalistlərə verilən rüşvət" kimi qiymətləndirənlərin çalışdıqları qəzetlərin qələm sahibləri də yeni binadan təmir olunmuş mənzillərlə təmin olundular. Nəticədə kimin-kim olduğu bir daha öz təsdiqini tapdı. Yəni dövlətin yürütdüyü siyasəti aşırı şəkildə tənqid edənlər dövlətin qanadı altında sığındılar. Bax, böyüklük də budur ki, dövlət siyasi mənsubiyyəti deyil, insanlıq amilini, ön görür və bundan sonra da görəcək.
290 JURNALİST AİLƏSİ, HAZIRLAŞIN!
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Prezidenti bu dəfə daha bir möhtəşəm binanın təməlinin açılışında iştirak etdi. Lakin bu dəfə mənzillərin sayı daha çox - düz 290-na qədər olacaq. Bu isə yaxın iki ildə tikiləcək binada 290 jurnalist ailəsinin fərdi mənzillə təmin olunması deməkdir. Ona görə də həmkarlarına xoş olsa da, qısqananların nəzərinə, heç də pessimistliyə qapanmağa dəyməz. Necə deyərlər, mənzillərlə təmin olunan həmkarlarımızın sağ əlləri mənzil gözləyənlərin başlarına...