PDF Oxu

Köşə

  • 1 581

İSLAMÇIYLA DONUZ ƏTİ YEYƏNİNKİ TUTMAZ

İSLAMÇIYLA DONUZ ƏTİ YEYƏNİNKİ TUTMAZ

Bu "Milli Şura"nın hansı yuvanın quşu olması hələ də bəlli deyil. Ona görə bəlli deyil ki, əgər oranın başbilənlərinin dediklərinə inansaq, az qala ölkədə olan bütün təşkilatların "şura"da cəmləşdiyini görmüş olardıq. Ancaq təbii ki, görmürük. Ona görə görmürük ki, "Milli Şura"da toplaşanlar belə, həmin qurumdan narazılıqlarını bu və ya digər şəkildə ifadə edirlər. Məsələn, İslam partiyasının üzvləri kimi...

Belə ki, İslam partiyasının fəalı Abgül Süleymanov mətbuata verdiyi açıqlamasında bildirib ki, təmsil olunduğu təşkilat "Milli Şura"ya heç vaxt daxil olmayıb". Və bildirirəm ki, mətbuatda bizim müstəqil mövqeyimizi əks etdirməyən, guya siyasi bloklara qoşulmağımız barədə xəbərlər səhvdir, iradəmizin əleyhinə olaraq adımızdan istifadə edilməsi halları tamamilə yanlış addımdır".

Lakin ortada maraqlı və ilginc məsələ də var. Məsələ ondadır ki, İslam partiyasının fərqli funksionerləri bir-birlərindən xəbərsiz-ətərsiz zidd fikirlər səsləndirməklə, əslində harada, nə vaxt və necə təmsil olunmaqlarının da fərqinə varmırlar. Məsələn, Abgül Süleymanovdan fərqli olaraq, partiyasının sədri Mövsüm Səmədov deyib ki, həbsdə olduğu üçün "Milli Şura"nın işində yaxından iştirak edə bilmir, buna görə də "şura"da olmağa lüzum görmür. İndi gəl bunların bəyanatlarından, açıqlamalarından baş aç görüm, necə baş açarsan. Ağa sürür dərəyə, nökər sürür bərəyə. Çünki daha bir islamçı - AİP-in sədr əvəzi E.Manafov isə deyib ki, o özü hələ "Milli Şura"da qalır: "Nə qədər ki, məni oradan çıxarmayıblar, iştirak etməkdə davam edəcəyəm. Amma bu, o demək deyil ki, orda qəbul olunan bütün qərarlarla razıyam, həmrəyəm. Biz Hacı Mövsüm Səmədovu dəstəkləyirik. Bizim ümidimiz var, hakimiyyətdə olanlar Hacı Mövsümü azadlığa buraxırlar ki, ən azı seçkilərdə iştirak edə bilsin".

ORTAYA GÜRCÜ ÇAXIRI, ÜÇ-DÖRD DƏNƏ ÇOŞKA VƏ S. MENYULAR GƏLİR...

Qardaş, əgər sən "Milli Şura"dasansa, demək, oranı inhisarları altında saxlamağa çalışan Eldar Namazovun, Əli Kərimlinin, ələlxüsus da, donuz yeyən sədr Rüstəm İbrahimbəyovun verdikləri əmrlərinə "bəçeşm" deməlisən. Yoxsa ki, orada qəbul olunan qərarları öz istədiyin kimi qəbul-etmək, yaxud da etməmək nə deməkdir?

Bir də ki, biz dəfələrlə deyirdik ki, islamçıyla donuz əti yeyəninki tutmaz. Gəl belə bir mənzərəni nəzərimizdə canlandıraq. Tutaq ki, Rüstəm İbrahimbəyov gəldi ölkəyə və "Milli Şura" üzvləri yığışıb getdilər Bakıdakı gürcü restoranların birinə (Axı İbrahimbəyov ötən günlərdə Azərbaycana Gürcüstan vasitəsilə qayıdacağını bəyan etmişdi) və yemək "zakaz" etdilər. Ortaya gürcü çaxırı, üç-dörd dənə çoşka və s. menyular gəlir. AİP təmsliçiləri də qalırlar biçarə ki, ayə, bunlar donuz yeyəcəklərsə, biz də yeməliyik. Yemiriksə, demək, həm məclisi, həm də "Milli Şura"nı tərk etməliyik. İndi gəl baş aç görüm bu problemdən, necə baş açarsan!

Bir sözlə, "Milli Şura"nın o qədər xozeyni var ki. Biri oturub Vaşinqtonda, biri Brüsseldə, biri Moskvada, biri də Tehranda. İpi gah elə dartırlar, gah da belə. İndi bu yazıq kuklalar neynəsinlər ki, vəziyyətdən üzüsulu çıxsınlar? Nə deyim, Allah köməkləri olsun bu binəvaların...

Digər xəbərlər