R.Quliyevlə A.Hacılı arasındakı dava-dalaşı guya sakitləşdirmək istəyən, onlar arasında sülh yaratmaq istəyən müxalifətçilər də peyda oldu. Özü də elə müxalifətçi ki, zalım oğlu A.Hacılının çıxıb onun dalınca yekə bir sandıq asacağından qorxmur. Necə deyələr, söhbət Zəfər Quliyevdən gedir. "Milli Şura"ya daxil olan partiyalar arasında qarşılıqlı ittihamların artması ilə bağlı bu möhtərəm şəxsiyyət bildirib ki, "Milli Şura"nın birliyinə təhlükə yaradır: "ortalıqda ciddi mübahisə predmeti də yoxdur. Bütün narazılıqların müzakirəsini sonraya saxlamaq laızmdır".
Birincisi, Zəfər Quliyev də bilir ki, narazılıq predmeti birincilik iddiasıdır. Bu qurumda hamı birinci olmaq istəyir. İkincisi, bu qurumda "birləşənlər" arasında tarixi ziddiyətlər var və bir-birilərinə qarşı pataloji nifrət amili kifayət qədər güclüdür və heç bir süni birlik modeli bu problemi həll etmək iqtidarında deyil. "Narazılıqların müzakirəsini" sonraya saxlamaq təklifi isə postseçki dövründə "Milli Şura"da təmsil olunmuş şəxslər və qurumlar arasında didişmənin qaçılmaz olduğuna işarədir.
1992-ci ildə bunlar hakimiyyətə gələndən sonra AXC-dən Müsavat, AXCP, KXCP, BAXCP və daha nələr çıxdı, bir-birini az qalıb didib bitirsinlər. İndi təsəvvür edin ki, bunlar yenidən hakimiyyətə gələcəkləri təqdirdə millətin başında necə turp əkə bilərlər.
İndi hər şey bir yana qalsın, Z.Quliyevin "Milli Şura"ya "can yandırması" da inandırıcı deyil. Çünki onun verdiyi proqnozlara baxanda "Milli Şura" rəhbərliyini normal adam adlandırmaq düz olmazdı. Necə olur ki, hörmətli Z.Quliyev hansısa ölkədə 1 milyon üzvü olan, parlamentdə yüzlərlə deputatla təmsil olunan, siyasi proseslərə təsir etmək gücü olan, istədiyi vaxt küçələrə milyonları tökə bilən partiyalar haqqında elə proqnoz verir ki, onun sonradan Müsavat haqqında yekəfason danışması da gülünc çıxır. Tutaq ki, Z.Quliyev Türkiyədə milyonları küçələrə tökən MHP, CHP haqqında danışsa yüz faiz deyəcək ki, onlar zəif partiyalardır. Amma Müsavat və AXCP haqqında sosial bazadan-zaddan danışsa, nə bilim nəsə müstəsna bir şeydən danışacaq.
İndi R.Quliyevlə A.Hacılı arasında pərdə tutmağa çalışanların da məqsədi hansısa üçüncü qüvvənin mövqeyidir. "Milli Şura"da hər birinə işləyir, hərə bir deşikdən çıxır, hərənin bir dənə gizli papası var. Anlamaq olmur.
RUSun DƏMi gəlir
Guya dahidirlər müxalifətçilər. Ağsaqqalları Rüstəm İbrahimbəyov gələnə kimi deyirlər dalaşmayaq. İndi bu adam Tbilisidən gələcək, amma hər kəs də bilir ki, külək hardan əssə elə RUSun DƏMidir, RÜSTƏMİDİR. Ata öləndə vəsiyyət xatirinə onun başına yığışan körpələr kimi bütün müxalifətçilər də onun son sözlərinə qulaq asacaq, dodaq tərpənişlərini böyük məhəbbətlə seyr edəcəklər. İş ondadır ki, acgöz uşaqları elə onun leşini yerdə qoyub başlayacaqlar pul üstündə milli qırğıan. Hamısı da deyəcək ki, sən filan vaxtı atamın sözünə baxmamışdın, sən onu satmışdın, sən ona gözün üstə qaşın var demişdin. Elə bunlar bəs edər. Sonra baxacaqsan ki, hərəsi bir dənə zırpı bir donos yazıb göndəriblər AŞ-a. Avropa Şurasından da məktub gəlir ki, "gedin, dədənizi özünüz basdırın".
Yasında iştirak etmək ümidi ilə...