PDF Oxu

Köşə

  • 1 396

BOYKOTUN MÜSAVATA DƏXLİ YOXDUR

BOYKOTUN MÜSAVATA DƏXLİ YOXDUR

"Əhrar" partiyasının sədri Vaqif Hacıbəyli deyib ki, onun "Milli Şura"nın fəaliyyəti arzu olunan səviyyədə deyil. O, bunu belə izah edib ki, bir sıra məsələlərdə münasibətlərə xələl gətirən addımlar atılıb və əgər "Milli Şura" boykot seçimi etsə Müsavat bu və ya digər şəkildə seçkidə iştirak edəcək. Yəni ehtimal olunan boykot variantı işə düşsə, bunun Müsavata heç bir dəxli-filanı olmayacaq. Nə deyəsən? Bu V.Hacıbəylinin öz şəxsi fikridir. Çünki seçkiləri boykot edərlərsə demək öz gücsüzlüklərini, zəifliklərini sübut etmiş olacaqlar. Qısası "Əhrar" sədri də demək istəyib ki, "Milli Şura" sədri Rüstəm İbrahimbəyov ölkəyə qayıtmasa, Müsavat başqanı seçkilərə qatılacaq.

Nə üçün Rafiq Əliyev yox, məhz Rüstəm İbrahimbəyov "vahid namizəd" seçildi?

Başqa tərəfdən də göründüyü kimi, R.İbrahimbəyovun müxalifətin birliyinin həqiqi rəmzinə çevriləcəyi fikri "Milli Şura"da təmsil olunanların ürəklərini hələ də fəth edə bilməyib. Bu zaman sual oluna bilər ki, nə üçün Rafiq Əliyev yox, məhz R.İbrahimbəyov "vahid namizəd" seçildi? Məhz burada qeyd etmək mümkündür ki, İbrahimbəyov Rusiyanın ipli kuklasıdır. Əgər onun yerinə R.Əliyev seçilsəydi, Rusiya bu oyununu oynaya bilməyəcək, "Milli Şura"nı isə idarə etməkdə çətinlik çəkəcəkdi. Həmçinin, Rusiya-Azərbaycanla münasibətlərində soyuqluq yarandığını güman edən müxalifət Rusiyadan dəstək ala bilmə ehtimalı ilə R.İbrahimbəyovla yaxınlaşdı. Həm də onun hakimiyyəti müxalifətlə bölüşəcəyi haqqında fikirləri şirnikləndirici rol oynadı.

İsa Qəmbər xisləti

Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı məsələsi Azərbaycan cəmiyyətinin və hakimiyyətinin problemi və Rusiya ilə Azərbaycan arasında danışıqlar predmeti deyil. Bu, Rusiya prezidentinin səlahiyyətlərinə aid məsələdir. Belə olduğu təqdirdə "Milli Şura" bu məsələni necə nəzarətə götürəcək və hansı yolla Azərbaycan hakimiyyətini qeyri-qanuni hərəkətlərə sövq edəcək? İsa Qəmbərin məntiqindən və atdığı addımlarından da görünür ki, hakimiyyətin qeyri-qanuni hərəkəti istənilən yolla R.İbrahimbəyovun prezidentliyə namizədliyinin qarşısının alınmasını ehtiva edir. Bu isə İ.Qəmbərin namizədliyinə yol açır. Sən demə "qara qızın dərdi varmış". Sözdə İbrahimbəyovu tərifləyir, əməldə isə onun qarşısına sədlər düzür. Buna da İsa Qəmbər xisləti deyərlər.

Həqiqət isə bundan ibarətdir ki, "Milli Şura"da təmsil olunanları demokratiya və xalq deyil yalnız və yalnız hakimiyyətə yiyələnmək hərisliyi maraqlandırır. Onlar Azərbaycanın hər hansı dövlətlə münasibətlərinin pozulmasından belə hədsiz sevinc hissi keçirir və bunu nəinki gizlətmir, hətta bayram əhval- ruhiyyəsi ilə qeyd edirlər. Bu amalla "Milli Şura"nın əslində anti-milli olması şübhə doğurmur.

RƏFİQƏ

Digər xəbərlər