PDF Oxu

Köşə

  • 1 536

ŞƏXSİYYƏTSİZLƏRƏ PASPORT DÜŞMÜR

ŞƏXSİYYƏTSİZLƏRƏ PASPORT DÜŞMÜR

Köşəmə belə bir təriflə başlamaq istərdim - İnsanın şəxsiyyətini müəyyənləşdirən sənədə pasport deyilir. Yəni pasport amili hər bir insanın özlüyünü, kimliyini təsdiq edən funksiya kimi başlıca faktorlardan birinin daşıyıcısıdır. Mənim üçün, sənin üçün, onun üçün, hər birimiz üçün. Yalnız bir nəfər şəxsiyyətsizdən başqa. Həmin o bir nəfər isə o günləri facebook səhifəsində inim-inim inildəyir ki, bəs onun partiyası hakimiyyətə qarşı səmimi mübarizə aparır. Lakin hakimiyyət bu səmimiliyi görməyərək, ona qarşı qeyri-səmimi davranır və pasport vermir (?!-R.). Adamdan soruşarlar, sən hansı səmimi siyasətdən dəm vurursan ki, əlini kimlərinsə cibinə salıb, bunun da günahını başqalarının üzərinə atırsan? Yaxud ağayi mollalara, tovariş qospodinlərə, ser və misterlərə, eləcə də senyorlara və müsyölərə dil töküb dilənçilik siyasəti aparmaq nə vaxtdan şəxsiyyət amili ilə bir cərgədə dayanıb?

DƏXLİ-XÜSUSİYYƏT

Yuxarıda qeyd etdiyim kimi, bu sualları adamdan soruşmaq lazımdır. Bir halda ki, həmin damada şəxsiyyət amili formalaşmayıbsa, demək, onun adamlığa-madamlığa heç bir dəxli-xüsusiyyəti yoxdur. Dəxli-xüsusiyyət yoxdursa, onda pasport da olmamalıdır. Bir də ki, şəxsiyyətszilik simvoluna çevrilən birisinin pasporta-zada nə ehtiyacı ola bilər axı...

Bu günlərdə Azərbaycan Respublikasının pasportunu daşımağa layiq olmayan həmin fərd barədə elə onun özünün təmsil olunduğu düşərgə təmsilçisi yenə də facebookda qəşəngcənə bir status yazıb. Lakin onun adını bəri başdan açıqlayım - "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu. Arifoğlu yazıb ki, "Biri var, yenə qaşınır. İtini-pişiyini, zombilərini üstümüzə qısqırdıb... Üç seçkidir doğru bilib yapdığı ancaq və ancaq yanlış olur, fəlakət gətirir, düşərgəni iflic edir, bölür, parçalayır. Amma nə olsun, bəhanəsi var. "Yeni Müsavat"ı, Müsavat partiyasını suçlatdırır, çamur atdırır, hər kəsi xəyanətkar elan edib durur kənarda... Mən həyatım boyu bunca həyasız birisini görmədim. Əlinin kimlərin cibindən çıxdığını yazacam, yenə ara qarışacaq... Özü də bilir ki, nələri bilirəm..."

Yəqin ki, dəyərli oxucularımız bildi söhbət kimdən gedir. Ancaq onun barəsində həqiqəti əks etdirən və deyilən hər bir söz, hər bir cümlə yerinə düşür. Hətta həmin söz və cümlələri təmsil olunduğu düşərgə adamları işlətsə belə...

Digər xəbərlər