PDF Oxu

Köşə

  • 1 374

İNƏK SİYASƏTİ

İNƏK SİYASƏTİ

Bu gün "Milli Şura"da daha kimlər yoxdur ki? "Milliyyətçilər", separatçılar, qondarma ziyalılar və daha kimlər və kimlər... Nəticədə bu kimi həftəbecər bir qurumun siyasi məsələlərdə hər hansı ciddi nəticələr əldə etməsi məncə, yəqin ki,sizcə də, dəyərli oxucularımız, mümkünsüzdür.

Lakin bu arada həmin bu sözləri "Azadlıq" partiyasının sədri Əhməd Oruc da təkrarlayıb. Onun sözlərinə görə, hadisələrin ciddi bir məcrada davam etdiyi halda Rusiyanın müəyyən siyasi dairələrinin "Milli Şura"ya dəstək vermədiyi ortaya çıxıb. Ə.Oruc iddia edib ki, "şuradakıların" Tbilisiyə getmələri də yalandan diqqəti cəlb etmək üçün idi: "Bizim müğənnilər də ölkədə uğur qazanmayanda başqa ölkələrə üz tutur. Sonra da deyirlər ki, orada dəhşətli konsert veriblər və çalışırlar ki, burada elektorat yığsınlar. Bunların da Tbilisi səfəri müğənnilərin xarici ölkə turnesi kimi bir şeydir.

Rauf Arifoğlu Əhməd Orucun saxladığı inək fermasını niyə lağa qoyub?

Reallıqda hamıya bəllidir ki, "Milli Şura" daxilində ziddiyyətlər mövcuddur. Ziddiyyətlər olmasa belə bu təfəkkürün daşıyıcıları Azərbaycana yaxşı heç nə gətirə bilməz. Azərbaycanda hakimiyyətə gəlmək üçün uzun müddət milli-demokratik düşərgədə olmuş, milli dəyərlərin davasını aparmış şəxslərin Rusiyanın dəstəyi altında hakimiyyətə gəlməyə çalışması qeyri-ciddi, utancverici və gülünc məsələdir. Bu layihə onların başlarında çatladı və bir daha biabır oldular".

Xatırladaq ki, son günlər "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Əhməd Orucun saxladığı inək fermasını lağa qoyub. O, hətta dolayısı ilə yazıb ki, "Azadlıq" partiyasının sədrinə daha çox inək saxlamaq yaraşır, nəinki siyasətlə məşğul olmaq.

Qoyulan nırxa maraqlı cavab

Lakin "Yeni Müsavat"ın baş yazarı Ə.Oruca nırx qoymağıyla dərhal cavabını alıb. Məsəlçün, Əhməd Oruc iddia edib ki, onun ağıllı, süd verən göyçək inəkləri "Milli Şura"nın fəaliyyətindən daha xeyirlidir. Onun sözlərinə görə, heç zaman inəyini ümumilikdə "Milli Şura'' ilə dəyişməz. Düz sözə nə deyəsən ki? Biz tərəflərdə deyərlər ki, di get, aldınmı şappadan cavabını? Malades Əhməd bəyə ki, Arifoğlu kimi qeyri-arifin cavabını verə bilib. Sübut edib ki, "Milli Şura"dakı qondarma ziyalılar, separatçılar, "milliyyətçilərin" cəmləşdirdikləri "siyasət", ümumiyyətlə, inək siyasətinə daha çox bənzəyir. Düzdür, inək səmərəverici heyvan olsa da, yenə də inəkdir. Camaat südündən, yağından, pendirindən, qatığından yeyib oxxay deyir. Ancaq bir halda ki, sən inəyin səmərə verməyən tərəfindən - "şüursuzluğundan" istifadə edirsən, burada günah özündədir. Yəni inək siyasəti yürütməyində ağıllı olardınız, inəklik etməyib xalqın maraqlarını xarici maraqlara satmazdınız. Satmısınızsa binəva Ə.Orucun inəklərinin günahı nədir?

Digər xəbərlər