PDF Oxu

Köşə

  • 1 540

"Yeni Müsavat" yeni məsələdən danışmadı, amma...

"Yeni Müsavat" yeni məsələdən danışmadı, amma...

"Milli Şura" ideyasının fiaskosu göz qabağındadır. Artıq Rüstəm İbrahimbəyov "triumfu" baş tutmur və bu "triumfu" əldə etməkdən ötrü siyasi oyunbazlar, necə deyərlər, bir-birlərinə çamurlar atmaqla məşğuldurlar. Yeri gəlmişkən, son günlər münasibətləri yenidən kəskin halda pisləşən AXCP və Müsavat partiyaları arasındakı söz müharibəsi qızışıb. "Liderlərinin" şəxsi ambisiya məkanlarına çevrilmiş hər iki qurum "al gəldi" mənasında bir-birlərinin qurşaqları altına zərbələr yönəldirlər. Bu dəfə "Yeni Müsavat"ın köşə yazarlarından biri yeni məsələdən yazmasa da, etiraf edək ki, sözün düzünü deyib. Qəzetin köşə yazarı Xalid Kazımlı "Milli Şura"nı "başı böyük, amma bədəni çöp kimi olan raxit uşağ"a bənzədib. Məsələn, o yazır: "Milli Şura" müxalifətin səmimi birliyinə çevrilə bilmir. Qurum daxilində örtülü qazanlar qaynayır, heç də hamının hansı məzhəbə qulluq etdiyi aydın deyil".Köşə yazısında qeyd olunur ki, Rüstəm İbrahimbəyovun piar kampaniyası Eldar Namazovun və onun komandasının, habelə AXCP üzvlərinin inhisarındadır: "Bu qüvvələr İbrahimbəyovu "Milli Şura"ya daxil olan və ona rəğbət bəsləyən digər qüvvələrin hücumundan qorumağa çalışırdılar. Heç 1920-ci illərdə Lenin, Trotski, Stalin dönəmlərində bu qədər "rəhbərə sitayiş" kultu müşahidə olunmamışdı. İbrahimbəyovun sözünun üstündən hər hansı söz demək cəhdi top-tüfənglə, daha çox isə təhqiramiz ifadələrlə qarşılanırdı".Nə deyəsən? Kişinin oğlu düz deyir daaa. Binəva Müsavat başqanı bir balaca özünütəbliğə başlayan kimi, "Milli Şura"nın İbrahimbəyov tərəfdarları başladılar onun ağzına-ağzına "vurmağa" ki, sən hələ namzidəliyini geri götürməmisən belə iddialarda bulunursan, gör namizəd olsan nə edərsən! İndi də başqan acığından öz iddiası ətrafında daha bərkdən dirəniş göstərməklə, onlara acığını bu yolla - "Yeni Müsavat" vasitəsilə çıxır. Ancaq bayaq dediyim kimi, düz söz elə düz sözdür ki, var! Budur ki, bir-birinə düşmən olan, qısqanclıqla yanaşan, ambisiyaları imkanlarından qat-qat böyük olan siyasətbazların toplaşdığı qurum həqiqətən də raxit uşağa bənzəyir. Belə qurumun normal fəaliyyət göstərə bilməyəcəyi ilk günlərdən məlum idi. Müxalifət Rüstəm İbrahimbəyovun xaricdəki bəzi qüvvələr tərəfindən dəstəkləndiyinə ciddi ümidlər bəsləyirdi. Onun vasitəsilə öz iddialarına nail olmaq istəyirdilər. Bu ümidlər artıq puç olmaqdadır. Şübhə yoxdur ki, qoca və sərsəmləmiş kinodramaturqdan əli üzülən ənənəvi müxalifətçilər, bu günədək onu göylərə qaldırdıqları kimi, sabah da eyni coşqu ilə yerə vuracaqlar. Son 20 ildə biz dəfələrlə belə halların şahidi olmuşuq. Amma bir balaca yavaş yerə vursunlar. Qoca adamdır da, ayağı-başı əzilər, sonra da qalarla beynəlxalq təşkilatların əlində...

Digər xəbərlər