Bəli, nəhayət, "Milli Şura" qaynar 12 avqust sessiyasında müzakirəyə çıxardığı beş məsələni həll etmədikdən sonra qızmar günəş altında mitinq keçirmək qərarını verdi. Meydan, tin və küçə müxalifəti bir daha sübut etdi ki, onların ağıllı siyasətlə-filanla işləri-zadları yoxdur. Sadəcə, mitinq keçirmək, hakimiyyətə gələ bilmədiklərinə, zəifliklərinə, eləcə də başqa məsələlərə görə bağıraraq özlərinə təsəlli vermək bunların köhnə şakərləridir. Məsələn, mitinq adı gələn kimi o saat mətbuata çıxıb və başlayıblar ki, "nəhəng kütlə" iqtidarı devirmək üçün (?!-R.) Bayılda toplaşacaq.
Bu kino ki var, çox qəliz məsələdir...
O günləri "Milli Şura"nın üzvü Zəfər Quliyev qurumun avqustun 18-də keçiriləcək mitinqi ilə bağlı çıxıb, Əli Kərimlinin sarı mətbuatına və bildirib ki, bu mitinq çox vacibdir. Bu "vacib" ifadəsi mənim yadıma rəhmətlik korifey kino sənətkarımız Səməndər Rzayevin "Bəyin oğurlanması" filmindəki "Hidayət müəllim" obrazını canlandırdı. Rüstəm İbrahimbəyovun siyasi ssenarisi ilə "Milli Şura"dakıların oynamadıqları kimi, kinoda rəqs etmək istəməyənlərə Hidayət müəllim belə müraciət edib: "Bu kono ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib!"
"Milli Şura"nın Hidayət müəllimi - Zəfər Quliyev
İndi bu Zəfər Quliyev də "Milli Şura"da Hidayət müəllim obrazını canlandırmağa çalışıb. Deyib ki, "həqiqətən də uzun müddət idi ki, cəmiyyət toplumun böyük kəsimini özündə birləşdirən "Milli Şura"dan aksiyalara başlamasını gözləyirdi. Avqustun 18-dəki aksiyanın məqsədi "Milli Şura"nın seçki öncəsi gücünü göstərməklə yanaşı, rəsmi Bakının (??!!-R.) yürütdüyü siyasətə etiraz bildirmək və eyni zamanda da Rüstəm İbrahimbəyova dəstək verməkdir".
İndi gəlin görək, "Milli Şura"nın Hidayət müəllimi burada nəyi demək istəyib. İlk öncə, Z.Quliyev Azərbaycanda yaşaya-yaşaya, burada siyasi fəaliyyət göstərə-göstərə özünün və qurumdakıların həqiqətən də Rusiyanın qaranlıq dairələrinin adamları olduqlarını ifşa edib. Demək belə hesab etmək olar ki, Z.Quliyev "rəsmi Bakı" deməklə, bu ölkənin vətəndaşı kimi deyil, məhz Rusiyanın adamı kimi danışıb. Bunu başqa cür izah etmək də olmaz!
Getsin psixoterapevtlərin yanına və ağlından muğayat olsun
Başqa tərəfdən, "Milli Şura" adlandırılan qondarma bir qurumda guya cəmiyyətin böyük bir kəsiminin cəmləşdiyini iddia etmək çox gülünc səslənir. Axı böyük canfəşanlıqla adını çəkdiyiniz "Milli Şura"da kimlərin təmsil olunduğunu cəmiyyət hamıya çox yaxşı bilir. "Millilik" donu geyindirdiyiniz bu "şura" əslində 20 ildir yerində saymaqla məşğul olan İsa Qəmbər və Əli Kərimli kimi siyasətbazların satqınlıqlarına görə hakimiyyətdən qovulmuş Rəsul Quliyev, Eldar Namazov kimi siyasi demaqoqların, siyasətlə kinonu çaşbaş salan Rüstəm İbrahimbəyovla Eldəniz Quliyev kimi diletantların, yenidən deputat olmaq xülyası ilə yaşayan Cəmil Həsənli və Gültəkin Hacıbəyli kimi karyeristlərin toplantısından başqa bir şey deyil. Bu cür adamların seçki öncəsi "güc" nümayiş etdirəcəyini demək çox gülməli görünür. Digər tərəfdən də, mitinqlərlə hakimiyyət çevrilişi etmək xülyasına düşənlərin boşboğazlığı Azərbaycan xalqına 20 ildir ki, yaxşı məlumdur. Ona görə də Z.Quliyev yaxşı olardı ki boş-boş, gülünc bəyanatlar verməmişdən öncə getsin psixoterapevtlərin yanına və ağlından muğayat olsun.
Bunların qızmar istilərdə təpələrinə gün döyə-döyə Bayıl düzündə mitinq keçirmək arzuları həqiqətən də ağillarının yerinə olmadıqlarına dəlalət edir. Deyirəm, işləri-gücləri qurtarıb eee...