PDF Oxu

Köşə

  • 1 407

QARŞIYA QOYULASI PAPAQ VARMI?

QARŞIYA QOYULASI PAPAQ VARMI?

"Milli Şura"nın 19 avqust tarixində keçirilən sessiyasındakı qalmaqallı hadisələr əslində 12 avqust sessiyasındakı kəskin qarşıdurmaların davamı idi desək, məncə yanılmarıq. Hətta İvanın verdiyi tövsiyyələr belə, "şura" üzvlərinin boğzlarından keçməyib. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq müşkülü görünür elə müşkül olaraq da qalacaq. Bunu "vahid namizədlik" məsələsində yekdil rəyin əldə olunmamasından, eləcə də seçkilərdə iştirak, yaxud boykot qərarında ümumi razılığın əldə edilə bilinməməsindən də görmək mümkündür.

"Milli Şura"nın qara pişiyi

Bu arada daim dırnaqarası təşəbbüsləri ilə gündəmə çıxan ACP "lideri" Rəsul Quliyevin "Milli Şura" təmsilçilərinə verdiyi maraqlı ismarıcını dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdim. "Milli Şura" "liderlərinə" sərt mesaj yollayaraq deyib ki, onlar papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər, yoxsa peşman olacaqlar...

Qurumun qalmaqallı 19 avqust sessiyasında irəli sürülən ehtiyat namizəd qərarına qarşı çıxdığını iddia edən ACP "lideri" eks-deputat Gültəkin Hacıbəylinin də namizədliyinin irəli sürülməsinin "Milli Şura" üçün faciə olduğunu deyib. Eləcə də qurumun 18 avqustda keçirdiyi rüsvayçı mitinqə də istehzalı münasibət bildirən Rəsul Quliyev sonda bir həqiqəti söyləmiş olub: "Qaranlıq otaqda qara pişiyi tapmaq olmaz, xüsusilə əgər pişik orada yoxdursa". Yəni bu qədim çinlilərin zərb məsəli olan bu ifadənin mənası sadəcə olaraq olmayan şeydə mövcudluq axtarmaq əbəs işdir deməkdir. Quliyev demək istəyib ki, iddia olunan 20 min nəfərin yerinə uzağı min nəfərin toplaşması da bütün həqiqətləri ortaya qoymuş olub. Ona görə də havanın selsi üzrə 32 dərəcə bə sərin olmasına baxmayaraq, qurum "liderlərinin" 40 dərəcə tropik istiyə görə aksiya iştirakçılarının az olduğunu iddia etmələri eks-spikeri hövsələdən çıxarıb. Yəqin şişirdilən hava proqnozu da mitinqçilərin pivə içib, aradan çıxmalarına səbəb olub. Nə deyəsən, əslində, belə müxalifətdən başqa heç nə gözləməyə dəyməz. Bu müxalifət elə 20 ildir ki, özündən sonra zir-zibil və tör-töküntü qoyaraq aradan çıxır.

İvanın rus şapkası

"Milli Şura"nın hər bir üzvünun papağını qarşısına qoyub düşünməli olduğunu da məsləhət görən Rəsul Quliyev görünür bir dəfə həqiqəti deyəndə, o biri dəfə qeyri-həqiqəti söyləyir. Məgər eks-spiker bilmir ki, bu müxalifətin bir başıpapaqlısı var idi və o da rəhmətlik Elçibəy idi və o da indi haqq dünyasından baş verənləri izləyib inim-inim inləyir? Çünki onun papağına sahib çıxmaq istəyən İsa Qəmbərlər, Əli Kərimlilər və başqaları onu elə bir vəziyyətə salıblar ki, qarşıya qoyulacaq qədər də deyil. Yəni bu müxalifətin papağı yoxdur. Yoxdursa, onda getsinlər İvan dayılarının yanına bəlkə onlara papaq deyil, rus şapkası bağışlaya...

Digər xəbərlər