PDF Oxu

Köşə

  • 1 468

RUSTAMBEKİN 1 MANATLIQ SSENARİSİ

RUSTAMBEKİN 1 MANATLIQ SSENARİSİ

Bilirdim! Yüz faiz bilirdim ki, bu "Milli Şura" deyilən zadın "dəyəri" uzağı olsa-olsa bir manatdan yuxarı deyil. Çünki başda Rustambek olmaqla oradakıların hər biri ayrı-ayrılıqda onun-bunun marağına satılan siyasiləşmiş muzdlu ünsürləridirlər. Çünki "şura" təlxəklərinin Rustambekin ssenarisi əsasında çıxdıqları oyunbazlıqların dalından zatən başqa heç nə çıxmayıb. Ya pul, ya da ki, pul!

Ona görə də cəmiyyət "Milli Şura"nın sədri Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına etdiyi əttökən "müraciəti" ciddi deyil, istehza ilə qarşılayır. Dəyərli oxucularımıza məlumat üçün bildirim ki, o, "Yeni Müsavat"a açıqlamasında xalqı "Milli Şura"ya dəstək olmağa çağırıb. Necə deyərlər, avazı "Urusiyyətdən" yaxşı gəlir, hərgah, oxuduğu Quran və ya İncil olsa. Rustambek deyir ki, əgər xalq dəyişiklik istəyirsə (?-R.), "Milli Şura"nın hesabına 1 manat köçürsün. Guya ki, ən azı 1 milyon insan belə etsə, bu, həm də o deməkdir ki, seçicilərin 25 faizi hakimiyyətə "get" deyirmiş (?!-R.). Daha gör nə var!

Bu müxalifət onsuz da xalqın başını 20 ildir ki, tovlayır və həmin tovlamalar "şotuna" bu illər ərzində Qərbdən nəinki 1 milyon, 10 milyonlarla dollar mənimsəyib. Daha kimlər bu müxalifətə "krışalıq" etməyib?! "Soros", "Fridrix Nauman", "Konrad Adenauer" və bu kimi onlarla fondlar ənənəvi müxalifətə hər seçkilər öncəsi kifayət qədər vəsait ayırıb. Amma sonra nə olub? O olub ki, məqsədli şəkildə xərclənən pullar elə həmin müxalifət "liderləri" tərərfindən yeyilib.

İndi, görünür, Qərbin və müəyyən dairələrin müxalifətə inamsızlığlı yavaş-yavaş özünü büruzə verməkdədir. Ona görə də pulu tükənməyə başlayan Rüstambek çıxış yolunu pafoslu müraciətində görür. Deyir vahid namizəd ola bilmədim-bilmədim, barı son anda 1 milyon pul toplayıb köçüm birdəfəlik ABŞ-a və xalqa necə atdığıma baxım kef edim.

Fəqət, Rustambek, sən bir əhəmiyyətli məqamı unudubsan. Unudubsan ki, sənin Bayıldakı mitinqinə "birləşmiş müxalifətdən" vur-tut 1000-cə nəfət adam yığıla bildi. Demək, sənin müraciətinə əsaslansaq, "Milli Şura" 1000-cə manat pul toplaya bilər. Hətta daha da az.

Başqa tərəfdən, Rustambek həmin mitinqə desəyən, bir neçə yüz min dollar pul ayırmışdı. İndi həmin pulların əvəzini çıxarmaq istəyir. Ancaq unudur ki, siyasət biznes deyil ki, gedib haradasa əyləncə mərkəzi-filan tikəsən. Siyasət real hadisələri elə reallıqla da qiymətləndirmək deməkdir. Ancaq göründüyü kimi, "Milli Şura" sədri təsəvvür və xəyalpərəst fərd olduğu üçün bu dəfə də həmin kontekstdən çıxış edərək, uğursuz ssenari yazıb. Hətta deyərdim ki, bu ssenarinin qiyməti ən yaxşı halda 1 MANATDIR.

Rustambek utanmalıdır. Utanmalıdır ki, o boytdana "Oskar"ın adını da özü kimi bədnam etdi.

Digər xəbərlər