PDF Oxu

Köşə

  • 1 467

"HUMAN RİGHTS WATCH"-IN 100-LÜK DIAMETRİ

"HUMAN RİGHTS WATCH"-IN 100-LÜK DIAMETRİ

Anormal və cəfəng "əsasları" ilə dünyada məşhur olan "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı hazırladığı növbəti qərəzli hesabatı cəmiyyətdə birmənalı qarşılanmadı. Təbii ki, müxalifət düşərgəsindən fərqli olaraq hadisələrə dürüst qiymət verməyi bacaran sağlam düşüncəli insanlar "Human Rights Watch"ın məlum hesabatının haradan və necə qaynaqlandığını bilirlər. Yəni bilən bilir ki, 100 səhifəlik cızma-qara yazan "Human Rights Watch"ın müəyyən yerində 100-lük diametr həcmində deşiyi var. Bu deşikdən elə havalar çıxır ki, gəl görəsən. Amma sual edən yoxdur ki, nəyə görə "Human Rights Watch"ın deşiyi bu qədər böyükdür? Yəqin ki, bu yaxınlarda həmin deşik haqqında da müəyyən mülahizələrimizi söyləyəcəyik. Ancaq necə deyərlər, əlqərəz edib keçirik mətləbə.

"Azərbaycanda vintlərin bərkidilməsi dövrü: vətəndaş cəmiyyəti və müxalifətə qarşı hücumlar" adlı 100 səhifəlik hesabatda daha hansı cəfəngiyyatlar yazılmayıb! Bir sözlə, məmə yeyəndən, pəpə deyənədək hakimiyyət olub "günahkar". "Human Rights Watch"un rəyinə görə, Snouden banditdir və onu elektrik masasına oturtmaq lazımdır. Amma "Nida" təşkilatının "Molotov kokteylli", qaz tapançalı, daşlı-zopalı üzvləri "siyasi fəaliyyətlərinə görə həbs olunmuş gənc fəallardır". Özü də, sən demə, onlar "yazarlar", sosial şəbəkələrin "fəal istifadəçiləri" olublar.

Başqa tərəfdən, təcridxanada həmin başıpozuq gənclərin başlarının qırxılmasını qüsur kimi göstərən "Human Rights Watch"ın diametri böyük olan deşikli rəhbərlərindən soruşmaq lazımdır ki, bəs ABŞ-da, eləcə də Qərb ölkələrində necə edirlər? Bəlkə sözügedən hesabatınızda Azərbaycana insan həyatlarını maksimum dərəcədə məhdudlaşdıran, alçaldan, aşağılayan Quantanamonun daxili qaydalarının tətbiqini tövsiyə edəsiniz? Axı ABŞ-ın demokratiyasında belə şeylər də mövcuddur. Bu, danılmazdır!

Bu gün "Human Rights Watch" tipli təşkilatlar Emin Hüseynliyə, Rəşid Hacılıya pul-para verib "məhbus jurnalsit" ovuna çıxarırlar, sonra da onların tapdıqları narkomanları, xuliqanları, cinayətkarları söz azadlığı "mücahidləri" elan edirlər. Gəlin daha dərindən mülahizə edək. Bu təşkilatın fikrincə, hakimiyyətin mətbuata "antaqonist" münasibəti nədə özünü büruzə verir: "Azadlıq" qəzeti cərimə olunub. Bəs "Azadlıq" qəzetinin cəmiyyətə, vətəndaşlara, ziyalılara, nüfuzlu insanlara qarşı antaqonist informasiya siyasətindən niyə danışmırsınız? Demək, belə çıxır ki, söymək olar, cavab almaq olmaz? Elə isə başqa dövlətlərə "demokratiya" dərsi keçən "Human Rights Watch" Rupert Merdokun "News of the World" nəşrinin fəaliyyətinin dayandırılmasına qarşı nəyə görə hesabat hazırlamayıb? NDİ Azərbaycanda çevriliş planları qurur, gənclərin beyinlərini yuyub yoldan çıxarır, onları maliyyələşdirir, dövlətə qarşı yönəldir. Bütün bunlara görə onunla müqaviləni uzatmaqdan imtina edəndə də, deyirlər xarici təşkilatların fəaliyyəti dayandırılır. NDİ-nin Bakı nümayəndəliyinin rəhbəri Qriqorevs hesabından çıxardığı pulların hesabatını niyə indiyə kimi verməyib? Bütün bunlardan sonra bu siyasiləşmiş və qərəzli QHT həyasızcasına hələ Azərbaycan hakimiyyətinə "tövsiyələr" də verir. Guya onun iddialarını saya salan var ki, hələ "tövsiyələrinə" də əməl edən tapılsın?!

P.S. Yaxşı olardı ki, "Human Rights Watch" orda-burda "tövsiyə" xarakterli "hesabatlar" hazrlamaqdansa getsin açılmış 100-lük diametrini yamatsın. Yoxsa bu deşik sonradan ona çox ciddi əziyyət verər. Amandır!

Digər xəbərlər