PDF Oxu

Köşə

  • 1 525

ARTIQ SONDUR

ARTIQ SONDUR

Məlum olduğu kimi, "El" hərəkatı "Milli Şura"da təmsil olunmuş partiyalardan incik düşərək sentyabrın 3-də keçirilən sessiyaya qatılmayıb: "Səbəb sadədir - "El" rəhbərliyi iddia edir ki, bu təşkilatlar istintaq altında olan "El"-çiləri müdafiə etməyiblər, bəyanatlar verməyiblər, gərəkən diqqət göstərməyiblər"

Beləliklə, qənaətə gəlmək mümkündür ki, "Milli Şura"nın dağılma prosesi yekunlaşmaq mərhələsindədir. Çünki bu ideyanı ortaya atan, Rüstəm İbrahimbəyovu meydana çıxaran, müxalifəti bir araya gətirən əslində "EL"-çilər olub. Əgər "EL" hərəkatı "Milli Şura"dan küsüb və ya küsdürülübsə, tam əminliklə demək olar ki, artıq sondur. AXCP ilə Müsavat axır ki, təşəbbüsə yiyələndi. "EL" hərəkatının sədr müavini, politoloq Zəfər Quliyev "sizin"-"bizim" ifadələri işlədir, "Milli Şura"nın sessiyasına qatılmamağı sadəcə "El"-in toplantısının çağrılması ilə əlaqələndirir. Digər tərəfdən şuranın iclasında ALP də iştirak etməyib. Partiyanın sədri Əvəz Temirxan bunu təsdiqləsə də, səbəbləri barədə hələlik danışmaq istəmədiyini deyib.

3 minin "əvəzi" - 30 bayraq

Eldar Namazov Rüstəm İbrahimbəyovla bunları o ki var barmaqlarına doladılar, indi də cavab alırlar. Müsavat və AXCP göstərirlər ki, istəklərinə nail olublar və bundan sonra kino çəkən və onun kassirinə ehtiyacları yoxdur. Özü də pul gəlmir, Moskvadan dəstək yoxdur, İbrahimbəyovun o 3 mini də Eldar Namazovun hesablaması ilə ən uzağı 20-30 bayrağı görür. Daha neyləyirlər bunları.

"El" hərəkatının "Milli Şura"nın iclasında iştirak etməməsinin əsas səbəbi E.Namazovun qurumun vahid namizədi seçilməsinə AXCP və Müsavatın imkan verməməsidir. Çünki R.İbrahimbəyovla E.Namazov "Milli Şura"nı tamamilə başqa məqsədlə yaratmışdılar. Ona görə də E.Namazov və onun "El" hərəkatında Eldəniz Quliyev başda olmaqla yaxın tərəfdarları öz planlarının baş tutmamasından bərk qəzəblənərək "Milli Şura"nı tərk etmək qərarına gəliblər. Zəfər Quliyev isə AXCP-yə yaxın adamdır və Ə.Kərimlinin tapşırığı ilə "El" hərəkatını parçalayaraq onun üzvlərini AXCP-nin yedəyinə qoşmaq missiyasını yerinə yetirir.

"İMİC"

Bu arada Cəmil Həsənli bildirib ki, onların gücləri öz imiclərindədir. Gəlin "Milli Şura"da əsas "simaları" götürək və onların imicinə baxaq. İsa Qəmbərlə Əli Kərimliyə artıq "Əməkdar müxalifət xadimi" adları verilməlidir. AXC-Müsavat hakimiyyətinin qalıqları olaraq onlar heç zaman xalq tərəfindən dəstəklənməyiblər, adları çoxsaylı qalmaqallarda hallanıb. Rəsul Quliyev "mafiozi", R.İbrahimbəyov kosmopolit və ermənipərəst, Eldar Namazov reneqat... Bu imiclə "Milli Şura" hara və nə vaxtacan gedəcək? Cəmil Həsənli yəqin onu nəzərdə tutub ki, bunların imiclərini düzəltmək üçün heç böyük dövlətlərin büdcəsi də yetməz. Ona görə də belə məsələlərə pul sərf etmək lazım deyil. Yaxşı olardı ki, həmin pulları özlərinin ağıllarının müalicəsinə sərg etsinlər. Yoxsa bunların gələcəkləri yaman pis görünür.

Digər xəbərlər