PDF Oxu

Köşə

  • 1 550

Müxalifətə nəzir düşür!

Müxalifətə nəzir düşür!

Belə baxanda, burda həqiqət var. Müqəddəs kitablarda da deyilir ki, ağlını itirənlərə, nə bilim, atalı-analı yetimlərə nəzir düşür. İnsanın ağlına ilk olaraq müxalifətin qabaqda gedən zəncirliləri gəlir. Elə bir şey yoxdur ki, eləməsinlər, sonra da boyunlarına qoymaq olmur.

Əgər gedib bir dəliyə dəli olduğunu desən, adamın nəslini zəncir həlqələri kimi dalbadal düzər. Deyər ki, dəli də özünən, beş də artıq. Yəni dəli dəli olduğun bilirsə, deməli, o, dəli deyil. İndi müxalifəti də başa düşmək lazımdır, qınamalı deyil. Başlarına at o qədər təpib ki, indi eşşək bunların belində gəzir.

Adama (əgər adamdırsa) sual verərlər ki, 5 cəmdək bir yerə yığışıb bir məsələni müzakirə edib vahid nöqtəyə gələ bilmirsiz, bəs niyə milyonların zəhləsini tökürsünüz?

Yadıma bir olay düşdü. Avqustun 18-də 20-ci sahədə "müxalifətin gəzəyənlər şousu" başlamamışdan bir az əvvəl yaxınlıqdakı çayxanada 5-10 adam oturmuşdu. Onlardan birinə yaman tez-tez zənglər gəlirdi, o da "tez olun gəlin, hər şey qaydasında olacaq, madiyyatdan sıxılmayın..." cümləsini hər zəng edənə təkrarlayırdı. Mən elə bilirdim ki, indi yol pulu olmayan müxalifətçi əbləhdir ki, bunlar da kömək edir. Sən demə, İsa və Əli kimilər yazıq İbrahimbəyovun cibinin ağzını açıb pul paylayırlarmış. Eldar Namazov da payını götürüb vasitəçi kimi pulun qalanını da əlində cəm edibmiş. Allah canın sağ eləsin, Əflan İbrahimov özü dili ilə ərz elədi ki, "mənə 200 manat pulu mitinqdə Köçəri Nağıbəyli verib."

O Nağıbəyli ki, müxalifətdə 113 dənə vəzifə daşıyır. Məsələn, Müsavat partiyasının ZIRT-PIRT MƏRKƏZDƏN İDARƏOLUNMA ŞÖBƏSİNİN müdiri, "Milli Şura"nın CƏNUB-ŞƏRQİ AFRİKA ÜZRƏ KORPUSUNUN ANALİTİK ŞÖBƏSİNİN BAŞ MƏSLƏHƏTÇİSİNİN KÖMƏKÇİSİNİN KÖMƏKÇİSİ, İsa Qəmbərin "bokovoy" zərbələrinin müxalifət üzrə əlaqələndiricisi və nəhayət, ""Milli Şura"nın üzvü.

Açığı, bu adamciyəzin pul paylaması normaldır, adətən belə şeylərdə pulu şərəfini pula satanlara verirlər ki, paylasın. Onun haqqında da az eşitməmişik. İndi deyilənə görə, onun paxırı açıldığından başqaları əl-ayağa düşüblər ki, müxalifətin növbəti biabırçi piketində pul onların əli ilə paylansın.

Mən təklif edirəm ki, hər kəs "Milli Şura"nın qabına 2 manat pul atsın, hesabına pul versin! Bir şərtlə ki, pulun atıldığı qab ya İsa Qəmbərin, ya da Əli Kərimlinin evində olsun. Yəni bankda hesab açdırmasınlar, elə evlərinə bir qutu qoysunlar, kim istəsə gəlib ora pul atsın.

And içirəm ki, əgər elə etsələr, çox adam pul verəcək. Ən azı, İsa Qəmbəryanın mübarək olmayan üzünü yaxından görmək çoxunun istəyidir.

Digər xəbərlər