"Milli Şura"nın üzləşdiyi böhranlı, rəzil və rüsvayçı halı qalsın bir yana, bu yandan da müxalifətin təbliğat maşını olan "Azadlıq" qəzeti özünü lap gülünc vəziyyətdə qoyub. Daha dəqiqi, AXCP sədri Əli Kərimlinin əlində ingilis bayrağı kimi müxtəlif istiqamətlərə əsən (öz aramızdır, "Milli Şura" təmsilçilərinin London səfərini də buna misal göstərmək olar-M.) "Azadlıq" adlı cəfəngiyyat makinası bu dəfə açıq şəkildə özünü ifşa edib. Məsələ ondadır ki, qəzetin 11 sentyabr 2013-cü il tarixli buraxılışında yer alan məqalədə yazılıb ki, "Azadlıq" qəzetinin kollektivi "Milli Şura"nın seçki fonduna, yəni Cəmil Həsənliyə maliyyə yardımı edib. Məqalədə "Azadlıq" əməkdaşlarının bunu özlərinə mənəvi (?!-M) borc bildikləri və onların "dar günün dostu olduqları" bildirilir. Birincisi, Əli Kərimli olan yerdə hər hansı mənəviyyatdan, ləyaqətdən, namus və qeyrətdən danışmağın yeri yoxdur. Gəlin yada salaq - məşhur dil ustası Azər Əhmədov, Qan Turalı, Natiq Güləhmədoğlu və onlarla digərləri. Belələrinin adları arxasında o qədər sübuta yetirilmiş çirkinliklər, murdarlıqlar və s. əməllər dayanıb ki, mənəviyyat ifadəsinin burada ümumiyyətlə, yeri yoxdur.
Digər tərəfdən, ulu babalarımız belə yerdə yaxşı deyiblər ki, "özünə umac ova bilmirsən, başqasına əriştə kəsirsən". Yəni "Azadlıq" adlı divar qəzeti əməkdaşlarının elə imkanları var idisə, "Milli Şura"ya yardım etmək yerinə, gedib "Azərbaycan" nəşriyyatına olan borclarını ödəyəydilər. Hansı ki, onlar üzərlərinə nə az, nə çox, düz 40 min manat borc yığıblar və iddia edirlər ki, "Qasid" yayım şirkəti onlara borclu olduğuna görə bu vəsaiti ödəyə bilmirlər.
Qəzetin 10.09.2013 tarixli sayında Rahim Hacıyev göz yaşı tökərək əməkdaşlara maaş verə bilmədiklərini, qəzetdə acınacaqlı maliyyə durumu olduğunu iddia edir. Bu zaman necə olur ki, "acından köpük qusan", camaatdan "xilas" üçün vaxtaşırı pul dilənən, bir balaca çətinliyə düşən kimi tumanlarını başlarına çəkib, üz-gözlərini şüvəncəsinə lezvalayan "Azadlıq" əməkdaşları hərəsi 50, 20, 10 manat məbləğində C.Həsənlinin seçki hesabına pul köçürürlər? Məsələ aydındır - axı seçkilər ərəfəsində siyasi fahişəliyi kim etməlidir? Kim dabanına tüpürərək, xarici səfirliklər qarşısında quyruq bulamalıdır? Kim sifarişlər və təlimatlar əsasında Azərbaycanda söz və mətbuat azadlığının olmadığı barədə zəhlə tökməlidir? Təbii ki, Əli Kərimlinin birbaşa nəzarətində olan "Azadlıq" adlı cəfəngiyyat qəzeti! Yəqin qəzetə sponsorluq edən filankəs ağa icazə versə, onlar bütün borcu ödəyərlər. Bir də ki, adamdan soruşarlar ki, a gədə, əgər sən maaş almayaraq qəzetdə çalışırsansa, çörəyi haradan qazanırsan? Ona görə də bunlara demək gərəkdir ki, gedin özünüzə qanmaz və səfeh deyin. Camaat çörəyi qulağına yemir!
Daha bir misal. "Azadlıq" qəzeti bir nömrəsində "Tanınmış hüquqşünaslardan Cəmil Həsənliyə dəstək", "Məhəmməd Hatəmidən C.Həsənliyə dəstək", "Xalqın Cəmil Həsənli kimi rəhbərə ehtiyacı var" başlıqlı üç materialda prezidentliyə namizədliyi irəli sürülmüş C.Həsənlinin təbliğatını aparır. Yəni rəsmi təbliğat və təşviqata start verilməmiş, adıçəkilən qəzet seçki qanununu kobud şəkildə pozur. Çünkio öz səlahiyyətlərini icra edən dövlət başçısının cari fəaliyyəti haqqında KİV-lərdə gedən materialları qərəzli şəkildə seçki təbliğatı kimi qələmə verən "Milli Şura" öz namizədinin qanunazidd təbliğinə niyə reaksiya vermir? Yoxsa "Azadlıq" qəzeti və C.Həsənli Mars planetinin qanunverici əsasları ilə yaşayır?
Sonda rəhmətlik qonşumuz Şamo dayının ağzından düşməyən bir sözünü bunlara demək istərdim - "Adam kişi olar, əgər adamdırsa, bir də ki, kişi çörəyi yeyirsə". Bunlar isə nəinki kişi çörəyi yemirlər, üstəlik, onun-bunun ora-burasında dil pəhləvanlığı göstərirlər. Görünür, onların qidalandıqları mənbə onlar üçün daha xoşdur.