2 gün əvvəl İTV-nin ekranlarında canlı yayında Cəmil Həsənli bəlkə də ömründə almadığı bir zərbəni aldı. Elə bir zərbə ki, bu, təkcə onun deyil, həm də bütövlükdə müxalifətin iç üzünü, saxtakarlıqlarını. Cibində milyonları qoyub başqalarından qəpik uman, qaraçı arvadları kimi özünü həyasızlığın son həddinə qoyan bu adam öz saxtakar əməllərinə cavab verə bilmədi.
Məlum oldu ki, C.Həsənli 2011-ci ilin ortalarından bu vaxta qədər saxta yollarla, min bir fırıldaqla düzəltdiyi 2000 manat məbləğində pensiya alır. Keçdiyi həkim ekspertizasına görə də, guya onun gözləri görmür və ancaq məhdud əmək qabiliyyəti var. Təkrarçılıq olmasın, kimsə C.Həsənlini eynəkdə də görməyib. Üstəgəl, əgər bu adamın məhdud əmək qabiliyyəti varsa, bu boyda prezidentlik iddiası nəyinə gərəkdir. Bu adamın əlilliyi də yoxdur. Həkim rəylərinə inansaq, bu adamın gözündə hazırda yekə bir eynək, yerişində-duruşunda isə qüsurlar olmalı idi. Ancaq bütün bunlarla yanaşı, onu da başa düşürük ki, müxalifətin vahid namizədi elə bu cür də xəstə olmalı idi.
2009-cu ildə onun yazdığı kitabda göstərilir ki, Azərbaycan Respublikası AXC-nin varisi kimi yüksək dəyərlərə və sarsılmaz dövlətçiliyə malikdir. Məhz bu sarsılmaz dövlətçiliyin səbəbkarının Ulu Öndər olduğunu yazan C.Həsənli bu kitabı o vaxt yazmışdı ki, onda deputat idi. Deputat olduğu müddətdə isə həmişə bu faktı təsdiqləyir, öz kitablarında Azərbaycanın böyük qüdrətə sahib olduğunu yazır, ancaq deputat seçilməyən kimi başlayır bunun əksini yazmağa. 10 il deputat olduğu müddətdə bu adam bir dəfə ağzını açıb bir məsələni qaldırmayıb, heç bir problemi Milli Məclisə qaldırıb onun həllini göstərməyib. Lakin 2010-cu ildə deputat mandatını qazanmayan kimi özünü tənqidçi, vətənpərvər və müxalifətçi kimi göstərməyə başladı.
Bu adam deputat mandatına görə, əqidəsini də satmışdı. Belə ki, 20 il üzvü olduğu AXCP-dən 2005-ci ildə məhz deputat mandatına görə çıxmışdı. Bu, həmin vaxt idi ki, müxalifətdən seçilən deputatların heç biri guya legitim sayıb, Milli Məclisə getmədilər. Ancaq Əli Kərimli ilə dalaşıb deputat mandatını əqidəsindən üstün tutan C.Həsənli papkasını qoluna vurub parlamentə qaçdı.
Cəmil Həsənlini ortaya atıb dividend qazanmaq istəyən Ə.Kərimli və İ.Qəmbər gözəl bilirdi ki, prezidentliyə namizəd olsalar rüsvay olacaqlar. Məsələn, İ.Qəmbərin sahibi olduğu klinikaların, apteklər şəbəkəsinin, Ə.Kərimlinin malik olduğu turizm şirkətlərinin, biznes obyektlərinin də sənədləri ortaya çıxacaq.