PDF Oxu

Köşə

  • 1 477

TIK-TIK XANIMIN MACƏRALARI

TIK-TIK XANIMIN MACƏRALARI

"Milli Şura"nın Tık-tık xanımı, ər dəyişmək üzrə çempionu, qadınlar arasında reneqatlıqda tayı-bərabəri olmayan Gültəkin Hacıbəyli növbəti dəfə yuyulmamış qaşıq qismində ortalığa düşüb və iddia edib ki, guya "ölkədə insan hüquq və azadlıqları pozulur". Bir sözlə, köhnə hamam, köhnə tas. Ancaq Gültəkin Hacıbəylidən soruşmaq lazımdır ki, ağəəəz, bəs sən vaxtilə parlamentdə oturanda, gününü Strasburqda keçirəndə, bütün instansiyalarda hörmət və izzətlə qarşılananda niyə belə danışmırdın? Əksinə, o zaman bütün tribunalardan ölkədə insan hüquqlarının qorunması haqqında ağzıdolusu danışırdın. Yaxşı, bəs keçmiş ərinin valideynlik hüququnu pozub onu azyaşlı övladına həsrət qoyanda niyə insan hüquqları yadına düşmürdü? Goranboyda onlarla hektar torpaq, çoxsaylı mülk, obyekt sahibi olanda niyə indi qucağına atıldığın müxalifətin guya "insanların mülkələrinin başlarına uçurulması", "sahibkarların hüquqlarının pozulması" barədə cınqırını belə çıxarmırdın?Üstəlik, millət vəkili kimi bütün dünyanı gəzməyə, özün üçün qeyri-qanunu imtiyazlar əldə etməyə vaxt və imkan tapırdın, amma bir dəfə də olsun elə həmin o Goranboyda yerləşən hərbi hissələrimizə baş çəkib əsgərlərimizin vəziyyəti ilə maraqlanmadın. İndi nə haqla digər olmayan problemlərlə yanaşı, milli ordumuza şər atır, onu "əsgərlərimizin ölüm maşını" adlandırırsan?! Əslində, G.Hacıbəyli kimiləri üçün Vətən, millət, qanun, ədalət yalnız şəxsi maraqlardır. Şəxsi maraqlar təmin olunursa, deməli, hər şey yaxşı və gözəldir, yox, əgər təmin olunmursa, deməli, hər şey pis və bərbaddır.Bu gün həmin o müxalifətçi Tık-tık xanım gedib oturub Cəmil Həsənlinin qucağına və pafoslu-pafoslu şəkildə deyir ki, "C.Həsənli bu gün kəfənini əyninə geyinib bizim üçün, bizim və övladlarımızın xoşbəxt və ləyaqətli gələcəyi üçün çətin və müqəddəs bir yola çıxıb. Onu millətimizin şərəfi və namusu uğrunda savaşda tək qoymağı ləyaqətimizə sığışdırmamalıyıq... Cəmil Həsənlinin altı dəqiqəlik iki çıxışı cəmiyyəti silkələdi" (??!!).Xeyr, Gültəkin xanım. Siz və sizin kimilər ziyalı dediyiniz adamları kəfənə bürüyüb, elnən sürüyüb biabır edirsiniz. Ziyalı olduğunu iddia etdiyiniz adamlar təmsil olunduğunuz düşərgədə ilk addımını atan kimi, ilk sözünü deyən kimi cəmiyyət tərəfindən inkar olunurlar. Millətimizin şərəfi və namusu gündə bir düşərgə dəyişərək öz ləyaqətlərini hərraca çıxaranlara qalmayıb. Millətin şərəf və namusunu qoruyan da, onun üçün ölümə gedənlər də var. Amma sizin kimi dönüklər, xəyanətkarlar, öz maraqlarını Vətən və millətdən yüksəkdə tutanlar bu insanların sırasında deyillər.Gültəkin bilməlidir ki, C.Həsənlinin "cəmiyyəti silkələyən" iki altı dəqiqəlik çıxışının nəticəsini onun kimi beş-on nəfər əttökən fərdlərlə yanaşı, özünə hörmət qoyan, sağlam düşüncəli cəmiyyət də gördü. Araz Əlizadə demişkən, "bu, bunların balıq naziri, bu da bunların professor namizədi". C.Həsənli özünü sərt tənqid etdiyiniz, adam yerinə qoymadığınız Hafiz Hacıyevdən də aşağı saldı. Hətta tərəfdarlarınız belə C.Həsənlidən ziyalılıq, etika, təmkin, böyüklük gözlədikləri yerdə qaraçıya, çingənəyə xas olan həyasızlıq, həyasıza xas olan səviyəsizlik, səviyyəsizə xas olan düşüklük gördülər. Ona görə də avqustun 22-də onunla görüşə yenə də jurnalistlər və "Milli Şura"dakıların ailə üzvlərindən başqa kimsə gəlmədi. Belə namizədlə ancaq sizin kimilər fəxr edə bilərlər. Milləti, cəmiyyəti bura qatmayın! Yoxsa millət, cəmiyyət sizləri qabağına qataraq, müvafiq yerlərə kürüyüb atar!

Digər xəbərlər