PDF Oxu

Köşə

  • 1 611

Rüstəm İbrahimbəyov kimin quludur?

Rüstəm İbrahimbəyov kimin quludur?

"Gözünüz aydın", ey mənim uca millətim, "Milli Şura"nın sədri Rüstən İbrahimbəyov yenidən ortaya yuyulmamış qaşıq kimi düşüb və quş buraxıb! Belə ki, uzun müddətdən bəri mətbuatda görünmədiyi üçün İbrahimbəyov fikirləşib ki, birdən onu yaddan çıxararlar, o, da qalar Moskva çöllərində. Ona görə də çox qəribə bir açıqlama ilə çıxış edib. Deyib ki, teledebatlarda iştirak edən müxalifət adlı prezidentliyə namizədləri "qondarmadır" və "qul psixologiyasından o yana keçmədilər"...

Çox ilginc açıqlamadır deyilmi? Demək, belə çıxır ki, Araz Əlizadə Cəmil Həsənliyə demişkən, meymun güzgüyə baxarkən, adını özgəyə qoyurmuş. Çünki İbrahimbəyov sözügedən açıqlamanı ictimailəşdirərkən tamamilə unudub ki, axı onun özü elə qondarma namizəd kimi İsa Qəmbər və Əli Kərimli tərəfindən ipli kuklalar qismində oynadıldı, sonra da işlənmiş salfetka kimi atıldı bir kənara. O, həm də unudub ki, bu gün başının üstündə Söyün Sadıqov kimi ağası var və İbrahimbəyov qul psixologiyasına qapılaraq Sadıqova, eləcə də erməni lobbisinə qulluq edir. Yəni R.İbrahimbəyov hazırda "çistakrovnıy" QULDUR!

Beləliklə, bir layihə olan birisinin digərlərini "qondarma" adlandırması ən azından həyasızlıq adlandırıla bilər. Çünki bu gün hamı, o cümlədən "Milli Şura"dakılar da qəşəngcənə qanırlar ki, R.İbrahimbəyov və "Milli Şura" Rusiyanın müəyyən qaranlıq siyasi dairələrinin uğursuz bir layihəsi idi və baş tutmadı. İndi də bu layihə - İbrahimbəyov layihəsi dilə gəlib və həyasızcasına başqalarını "layihə" olmaqda ittiham edir.

Kişi tüpürdüyünü yalamaz!

Rüstəm İbrahimbəyov dublyoru Cəmil Həsənlini "xalqın lideri" adlandırarkən, yəqin, rus "vodka"sını qədərindən çox içib. Belə yerdə deyirlər ki, əşşi, sənə demişdim axı axrıncı "rumkanı" içmə! Həm də belə görünür ki, Rüstəm İbrahimbəyovun siyasi diletantlığı aşıb-daşaraq artıq bərq vurur. Bu adamlar hələ də başa düşə bilmirlər ki, C.Həsənli vaxtilə məqam düşən kimi indiki iqtidarın siyasətini böyük canfəşanlıqla təbliğ edib. Özü də ortada faktlar ola-ola! Növbəti dəfə deputat mandatı əldə edə bilmədikdən sonra öz mövqeyini dəyişərək dağıdıcı müxalifətə qoşulmağın özü də bu kimi faktlardan sonra baş qaldırıb.

Dəyərli oxucularımızın özləri qiymət versin - C.Həsənli müxalifətdə olub, sonradan mandat əldə edərək müxalifətə tüpürüb. İkinci dəfə deputat seçilmədikdən sonta, yəni seçicilərinin qarşısında etimadını doğrultmadıqdan sonra iqtidar olub "günahkar" və C.Həsənli vaxtilə tüpürdüyü müxalifətə qaçaraq qurumamış tüpürcəyini yalayıb. Bizdə isə belə deyərlər: "Ə, KİŞİ TÜPÜRDÜYÜNÜ YALAMAZ"! Ona görə də əvvəl "cəbhəçi", sonra isə az qala YAP-ın üzvü olmağa hazırlaşan, ondan daha sonra yenidən dağıdıcı müxalifətə üz tutmaqla, siyasi əqidəsini paltar kimi asanlıqla dəyişən bir adam necə xalqın lideri ola bilər?

İt də getdi, ip də...

Hafiz Hacıyev demişkən, Cəmil Həsənli özünü İsa Qəmbərin və Əli Kərimlinin "oduna" atmaqla çətin vəziyyətə salıb. Amma bir şey dəqiq məlumdur ki, o, "Milli Şura"nın namizədi olmağa razılıq verdiyinə görə indi çox peşmandır. Düşünür ki, nəyimə lazım idi "Milli Şura"nın namizədliyi, indi ayda gül kimi ayağımı uzadıb, 2000-cə manat pensiyamı alırdım, xarici ölkələrə səfərlər etməklə, kitab yazmaqla məşğul olurdum və s. Artıq çox gecdir, C.Həsənli! İt də getdi, ip də...

Digər xəbərlər