PDF Oxu

Köşə

  • 1 869

Müxalifətin "Fəvvarələr" meydanı sevgisi yenə çuşa gəldi

Müxalifətin "Fəvvarələr" meydanı sevgisi yenə çuşa gəldi

Fahişənin əlinə girəvə, bəhanə düşən kimi gedib nəsə bir qələtdən-zaddan eləyir. Sonra da özünə bəraət verir ki, həyat çətindir. Yazıq HƏYAT! Kimin nə zibili varsa hamısını onun üstünə atır.

İndi balaqlarından qan fışqıran "Milli Şura"çılara elə ki, hər hansı bir səbəbdən mitinq keçirmək üçün icazə verilmədi, o saat başlayacaqlar ki, "biz gedirik "Fəvvarələr" meydanına. Bəlkə də uşaq vaxtı göbəklərini bura atıblar. Başqalarını bilmirəm, amma Müsavat başqanı İsa Qəmbərin göbəyi yüz faiz Dərnəgül tərəfə atılıb, 20 ildir onu Dərnəgülün 100 metrlik diametrindən başqa heç yerdə görmək olmur.

Yaxınları söhbət edir ki, İ.Qəmbər bir gecə yuxuda hansısa Peyğəmbəri görübmüş (inanan daşa dönsün). Guya o, Peyğəmbərə deyib ki, mən dinə gəlmək istəyirəm, amma oğurluq edirəm və üzə dururam. O da yol göstərib ki, bunun üçün gərək üzə durmağı tərgidəsən, oğurluq eləməyinin eybi yoxdur. Deyilənə görə, Müsavat başqanı ilə Peyğəmbər yuxuda razılaşıblar ki, daha oğurluq və üzə durma olmasın. Bir müddət keçəndən sonra Peyğəmbər yenə də İ.Qəmbərin yuxusuna girib. Başqan Peyğəmbərə deyib ki, üzə durmağı tərgitmişəm, indi mənə iman, din ver. Peyğəmbər də cavab verib ki, sənə əvvəl demişdim ki, üzə durmağı tərgit, oğurluğun eybi yoxdur. Ancaq gərək oğurluğu da insafla edəsən. Ona görə sənə iman, din düşmür.

Kor-peşman olan İ.Qəmbər birbaşa yollanır Müsavatın qərargahına, Cəmilə zəng edir, ordan da Əliyə sms atır, yığışırlar. Qərara alırlar ki, mitinq üçün müraciət etsinlər, amma mitinqi elə bir günə salsınlar ki, hökumət buna icazə verməsin. O zaman əlimizə girəvəmizi, 3-4 dənə plakatımızı, züyümüzü, tütüyimizi alıb gedək "Fəvvarələr" meydanına.

Mən dəqiq bilirəm ki, İ.Qəmbərin yuxusuna girən Rüstəm İbrahimbəyov imiş, sadəcə bunun gözünə Peyğəmbər (əstəğfürullah) cildində görsənib. Heç adama sula verərlər, siyasi partiya sədrinin də yuxusuna Peyğəmbər girərmi? Özü də kimin kimin, 60 illik ömrünün 59 il, 361 gününü küfr içində keçirən İ.Qəmbərin yuxusuna. Söhbətdən qaçmayaq.

Hə, "Fəvvarələr" eşqi ilə yanıb cövlan eləyən müxalifətçilər mətbuat konfransı da keçirəcəklər ki, mitinqi necə və hansı formada edək. İçərilərində bir normal baş sahibi yoxdur ki, bunlara başa sala ki, kimə arxayın olub çuşa gəlmisiz? Camaat işində-gücündədir, artıq dövlətin başçısı da xalq qarşısında and içib, həyat da öz axarında davam edir. Bir tərəfdən də qış gəlir, nəyinə lazımdır ki, bu soyuqda su şirnağı səni isladıb cünun eləyə, ya da ki, Nizami küçəsi boyu sən qaçasan polis qaça. Yaxşısı budur ki, 2015-ə heç olmasa indidən hazırlaşın, yoxsa yenə də seçikiyə bir ay qalmış əl-ayağa düşməyin.

Sizi and verirəm, babalarınızın olmayan cəddinə, bu "Fəvvarələr" meydanı sevginizdən də əl çəkin.

Digər xəbərlər