PDF Oxu

Köşə

  • 1 427

Pul verin, nə istəsəniz, ondan da olacaqlar

Pul verin, nə istəsəniz, ondan da olacaqlar

Azərbaycanda yaddan çıxacaq qədər qeyri-hökumət təşkilatı var. Yəni ümumişlək dillə desək, QHT var. Amma oğul axtarıram ki, bu QHT-lərin fəaliyyətindən baş çıxarsın. Kim yuxuda qarşısında qara masa və qəhvəyi kreslo görürsə, elə həmin gün qalxıb birbaşa yollanır Ədliyyə Nazirliyinə. Elə həmin dəqiqə hüquqi şəxslərin qeydə alınması idarəsinə yekə bir ərizə yazır, anketi doldurub gedir çayxanaya. 5-10 manat da verib bir dənə taxta möhür alıb atır pencəyinin cibinə. Amma ortada nə ofis var, nə işçi var, nə məqsəd var, nə məram.

İndi əsas məsələ-pul məsələsi işə düşür. Azərbaycanda bütün səfirliklərə müracitə edir ki, qrant almaq üçün layihəm var, mənə qrant verin. Səfirliklər də dovşana qaç, taziya tut deyir. Kimdə tutur, kimdə tutmur. Amma "təki pul verin" prinsipi ilə fəaliyyət göstərən QHT-lər ölkəmiz üçün o qədər təhlükəlidir ki, məhz belələrini qərəzli hesabatlara salırıq, bizi anti-demokratik adlandırırlar.

Xaricdə QHT-lər maarifçiliklə, ictimai işlərlə, siaysi təhlillərlə məşğul olur, amma siyasiləşmir. Yəni qranta görə hər hansı bir qrupun maraqlarını müdafiə eləmir. Qərəzsiz, bitərəf mövqe sərgiləyə bilirlər. Amma bizdə, xüsusilə, müxalifətin şinelindən çıxan şəxslərin hərəsinin gündə bir QHT yaratması gülünc doğurur.

Baxın, Leyla Yunus deyilən müxalifətçi qadının rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu xaricdən o qüvvələrdən qrant alır ki, həmin qüvvələr dolayısı ilə Dağlıq Qarabağda torpaqların qəsbkarları, öldürülən azərbaycanlıların qatilləridirlər. Adını "sülh və demokratiya" qoymaqla təxribata və anti-demokratiyaya hesablanan addımlar atan bu qadın dəfələrlə aldığı pulların müqabilində Azərbaycan haqqında xarici ölkələrdə hazırlanan qərəzli hesabatların cəfakeşlərindəndir. Təpədən-dırnağa qədər siyasiləşən bu qadın QHT rəhbəri kimi yox, daha çox xəyanətlərlə dolu olan siyasi ünsür kimi düşmənlərimizin ayaqlarının altında sürünür. Halbuki QHT-nin məqsədi, məramı var, nizamnaməsində humanist maddələr göstərib, fəaliyyətində naqislik edən, sosial QHT kimi qeydə alınıb daha sonra siyasiləşən bir çox QHT-lərin qeyri-şəffaf fəaliyyəti də "kim pul verirsə, ona xidmət edəcəm" prinsipi ilə yaşamasıdır.

Yeri gəlmişkən, məlumat almışıq ki, müxalifətin şurasında təmsil olunan bir neçə adamın hərəsi əlində bir nizamnamə tutub ki, QHT qurub başlarını girələsənlər. Allah avand eləməsin...

Digər xəbərlər