Bu günlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Milli Şura"nın rüsvayçı seçki məğlubiyyətini yenidən ört-basdır etmək məqsədi ilə ötrü mətbuata bildirib ki, guya hakimiyyətin bütün cəhdlərinə baxmayaraq seçkilərin nəticələrini beynəlxalq səviyyədə tanıtmaq mümkün olmadı və s. O, eyni zamanda, ATƏT-in rəyindən (?!-R.) sonra guya aparıcı dövlətlərin seçkilərin nəticələrini tanımamaqla bağlı mövqelərini ortaya qoyduqlarını iddia edib. Lakin F.Qəhrəmanlının gözünün içinə qədər yalan danışdığını hər kəs çox gözəl bilir. Hətta onun özü də yaxşı anlayır ki, danışdığı yalandır və yalandan başqa heç nə deyil. Lakin...
Lakin daha bir amil də budur ki, əslində, seçkilərdə üzləşdikləri məğlubiyyətdən sonra F.Qəhrəmanlı kimi başbilənlər bu kimi açıqlamalar verməklə özlərini bir növ təmizə çıxarmağa cəhd edirlər. Eyni zamanda, hər seçkidən sonra "ağıllı müxalifətçilər" dəyişməz "ehtimal" və "proqnozlarla" çıxış edirlər, amma zaman keçdikcə onların nə qədər reallıqdan uzaq olduğu əyani şəkildə, kifayət qədər öz təsdiqini tapır.
Əgər AXCP-nin sədr müavini bilmirsə, ona daha bir xatırlatma edək. Belə ki, həm ATƏT-in qısamüddətli müşahidə missiyası, həm də ATƏT PA-nın müşahidə missiyası ATƏT DTİHB-nin hesabatıyla razılaşmadıqlarını və ona qoşulmadıqlarını dəfələrlə bəyan etdilər. Deməli, F.Qəhrəmanlı hər hansı hesabatdan danışırsa, həmin hesabat sahibsizdir.
Başqa tərəfdən, Fuad Qəhrəmanlı bu qədərmi siyasi bilgidən uzaq ünsürdür ki, sadəcə ATƏT DTİHB və ABŞ Dövlət Departamnetindən başqa heç bir nüfuzlu qurumu beynəlxaql aləm kimi görmür?! Demək, onun dediklərindən belə anlamaq mümkündür ki, beynəlxalq aləm deyəndə, yalnız ATƏT-in uzunmüddətli müşahidə missiyası və ABŞ Dövlət Departamentimi nəzərdə tutulur? Yaxşı, bəs bu zaman 28 ölkəni təmsil edən Avropa Parlamenti, 40-dan artıq dövləti birləşdirən Avropa Şurası, 10 ölkənin təmsil olunduğu Müstəqil Dövlətlər Birliyi, onlarla digər müşahidə missiyaları kimdirlər? Onların beynəlxalq aləm olmadığını F.Qəhrəmanlı necə sübut edə bilər? Görünür, "Milli Şura" və onun xarici havadarları indi də beynəlxalq rəylə manipulyasiya mövqeyini tutaraq öz arzularını "həqiqət" kimi qələmə verməyə çalışırlar. Məhz bu səbəbdən də "Milli Şura" bir-iki təşkilatı kənara çıxmaqla yanaşı, özünü beynəlxalq izolyasiyaya salıb və həmin izolyasiyadan çıxa bilmir.