PDF Oxu

Köşə

  • 1 427

Müxalifətin qazı kəsilib

Müxalifətin qazı kəsilib

El arasında bir zarafat var. Bir nəfər başqa birinin ev telefonuna zəng vurub özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edərək soruşur ki, qazınız gəlirmi? Ev yiyəsi də dərhal verilən bu suala cavab verir ki, bəli, qazımız gəlir. Bu zəng edən adam da qayıdıb deyir ki, onda qapını açın ördəklər də gəlsin. Bunun mətləbə dəxli olmasa da, ilkin təəssüratınızın "müxalifətin hava qazının kəsilməsi" fikrində sizi bir az saxlamaqdır. Amma söhbət hava qazından, evlərinizdə işlətdiyiniz mavi sərvətimizdən yox, iki ayaqlı qazlardan gedir.

Təsəvvür edin ki, bu boyda insanı-Cəmil Həsənlini aldadıb özlərinə lider elədilər, deməyə cəsarətləri çatmadığı böhtanları bunun vasitəsilə dedilər, mitinqlərdə ondan "Elçibəy" havası altında rəhbər düzəltdilər, altına bahalı maşın aldılar, yanına da başları Niderland yemişinə bənzəyən mühafizəçilər qoydular. İndi hansı köpək oğlu özünün lider kimi hiss eləməz? Amma qaz elə qazdır, istəyirsən lap ayaqqabılarını qızıldan elə, yenə də sürüşüb ayağından çıxacaq.

Oktyabr ayında "mən gəlirəm" deyə hayqıran səs telləri indi utancaqlıq hissindən tutulub, indi "Avropaya şikayət edəcəyik" kimi xırıltılı, bədbin, məğlub kəlmələrlə əvəzlənib. Ay Cəmil bəy, axı nəyinizə lazım idi? Ayda 2000 manat pensiya, müəllim kimi müxtəlif yerlərdən 1500 manat kirayə verdiyin evdən 1000 manat bir bu qədər də qonorar qazanırdın. Kefi çağ-damağı çağ yaşayırdın. Xıdırlı uşaqları demişkən, çujoy paxmel getdin. Başqa tərəfdən də 2 QHT-də təsisçi idin, burdan da minlikləri qazanırdın. Yoxsa guya milli qeyrət sənə bu yaşdamı gəldi? Yoxsa bu yaşdamı başa düşdün ki, millət qara gündədir? İndi daha bunları yazmaq ağılsızlıqdır mənim üçün, çünki daha nə Cəmil qaldı, nə "Milli Şura". Sadəcə az-çox auditoriyanı, qazandığın müsbət enerjisini də itirdin, indi yeni dərs otaqlarında "saxloooon" kəlməsi, "sizə qan uddurajam, canın üçün sizi məhv eləyərəm" kəlmələri qədər məşhurdur.

Barmaqla sayılan günlər öncəsi Ə.Kərimlisi, İ.Qəmbəri "Cəmil bəy bizim liderimizdir" deyə qışqıranda, bu günü hesablamamışdılar. İndi ofislərində ona oturmağa heç yer belə vermirlər. Öz əli, öz ətəyi, düşüb cümlə-cahanın canına ki, mən seçkidə qalib gəlmişəm. Əslində, bu adam xalqı da aşağılayır, hər kəs bilir ki, xalqın çoxluqla verdiyi səsi kimsə qəsb edə bilməz. Yəni xalqın səsini oğurlamaq qeyri-mümkündür, bu 2-3 faizlik üstünlük deyildir ki, azaldıb-çoxaldasan. Bir növ özlərinə qurban elədilər professoru, Əlisi, İsası, Mirmahmudu, Laləsi qazı qabağa verib kəsdirdilər. Belə baxanda müxalifətdə Cəmil qədər sadəlövh funksioner yox idi ki, adlarını çəkdiyim adamların artıq ar elədiyi yükü öz üzərinə götürsün.

İTV-nin 6 dəqiqəlik vaxtı da, Zaqatalanın "Ciciməmə" kəndinin toylarını xatırladan "Milli Şura"nın iclasları da. Di gəl, bundan sonra yaşa və "mübarizə" apar.

Digər xəbərlər