PDF Oxu

Köşə

  • 1 429

Əli Kərimli haqqında daha bir siyasi ballada

Əli Kərimli haqqında daha bir siyasi ballada

AXCP sədri Əli Kərimlinin son oyunbazlıqları onun Müsavat başqanı İsa Qəmbəri bir sıra manevrlərlə aldatdığı kimsəyə sirr deyil. Məsələn, hələ seçkilər ərəfəsində İ.Qəmbərin öz namizədliyini geri götürməsində "cəbhə" sədri və mənsub olduğu qruplaşma öz rolunu oynayırdı. Belə ki, əgər Müsavat başqanı seçkilərdə namizəd olsaydı, Kərimli ilə müqayisədə onun şansı daha yüksək olardı. Yəni o, heç olmasa cüzi fazilə müəyyən səs toplaya bilərdi.

Digər tərəfdən, AXCP sədrini Müsavat başqanı ilə daha bir müqayisə ilə fərqləndirmək olar. Ə.Kərimli İ.Qəmbədən fəqrli olaraq, kənardan çox asanlıqla idarə olunan adamdır. Xatırlatmaq yerinə düşərdi ki, seçkidən öncə, Eldar Namazovla gizli görüşdən sonra Ə.Kərimli Müsavat başqanının əsas aparıcı əleyhdarına çevrildi. Bütün bunlar isə onun dəyişkən siyasətçi və şəxsi maraqlarına xidmət etməsindən irəli gəlirdi. "Cəbhə" sədri başqa-başqa qurumlara xidmət etmək bacarığı olan və müxalifəti içindən dağıtmağı bacaran "siyasətçidir". Elə son günlərdə müşahidə edilən fəaliyyətinə baxanda tam şəkildə məlum olur ki, bu partiya kimə və nəyə xidmət edir. Əli Kərimlinin isə həmin proseslərdən əldə etmək istədiyi qənimət 2015-ci ildə parlamentdə yenidən təmsil olunmaqdır. Əslində Əli Kərimlinin İsa Qəmbərə olan nifrətinin arxasında onun şəxsi maraqları durur. AXCP hələ bir neçə ay əvvəl "İctimai Palata" ilə Müsavat arasında nifaq salmağa müvəffəq oldu. AXCP sədrinin səyləri nəticəsində seçkilərə buket şəklində gedən müxalifət siyasi rəqiblərinin yenidən heç bir saxtalaşdırılma aparılmadan seçkilərdə qalib gəlməsinə zəmin yaratdı. Beynəlxalq təşkilatlar, yerli və xarici müşahidəçilər də vurğulayırlar ki, artıq 10 ildir ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradılıb. Lakin AXCP sədri şəxsi maraqlarına, ambisiyalarına görə dəfələrlə müxalifətdə və xüsusilə Müsavatda təfriqə yarada bildi. Bütün bunlara nəzər yetirdikdə məlum olur ki, keçmiş cəbhəçinin AXCP-dən istefa verməsində bu siyasi təşkilatın sədri Ə.Kərimli amilinin də təsiri var. Hazırkı mərhələdə görünən o oldu ki, Əli Kərimli seçki prosesində bir o qədər aktivlik nümayiş etdirmədi. Bununla da Cəmil Həsənlinin uğursuzluğunu təmin etdi. Hətta müəyyən məsələlərə münasibətdə demək olar ki, partiya sədri passiv gözə dəydi.

Bu da yayılan şübhələrin əsaslı olması anlamını ortaya qoyur. Guya AXCP üçün bir qərargah ala bilmədiyini deyən, kasıb və dilənçi kökündə təqdim edilən Ə.Kərimli, əslində, ölkəmizin müxalif məkanında maddi imkanlara malik partiya sədridir. Onda belə nəticə hasil olur ki, Ə.Kərimli növbəti mərhələdə də xaricdən külli miqdarda maliyyə vəsaiti alıb indi guya ki, sözdə onun yolunu davam etdirir. AXCP sədri özünü cəmiyyətə "əzabkeş" kimi təqdim etməklə özünü xarici himayədarlarına "ana" müxalifət kimi təqdim etmək istəyir? Son günlər baş verən bir sıra hadisələr müəmmalı maliyyə əməliyyatlarından xəbər verir. Bu, olduqca gizli və müəmmalı məsələdir. AXCP sədrinin bahalı villası olduğu halda öz üzvlərindən ianə istəməsi, beş qəpikdən, bir manatdan pul yığması biabırçılıq və öz tərəfdarlarına hörmətsizliyindən savayı bir şey deyil. Ə.Kərimlinin guya xalqın acından ölməsi ilə bağlı iddialarının fonunda onların adının milyonluq layihələrdə hallanması, bahalı mülklərə sahib olması ziddiyyətdir. Beynəlxalq aləmdə ölkəmizi nüfuzdan salmaq, dövlətimizi təhdid etməklə, xaricdəki ağalarından pul alır və bununla özlərinə zəngin həyat qurur. Sadalananlar onu göstərir ki, milli mənafeyi satmağa hər an hazır olan AXCP sədrinin adının ən ziddiyyətli qalmaqallarda çəkilməsi əbəs yerə deyil. Ə.Kərimli bununla qrantlarının miqdarını daha da artırıb.

Digər xəbərlər