Müsavat partiyası "Milli Şura" qapısını çırpıb getdikdən sonra çırpılmış qapının küləyi çəkilib getməmiş, qurumda maraqlı hadisələr yaşanmağa başlayıb. Məsələ ondadır ki, "Milli Şura"da təmsil olunan fərdi şəxslərlə "Milli Şura" sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli arasında görüş keçirilib. Daha çox kolxoz klubunun zəhmətkeş yığıncağına bənzəyən toplantıda, daha dəqiq desək, ssenariləşdirilmiş görüşdə fərdi şəxslər bir-bir çıxış edərək, Cəmil Həsənli ilə Əli Kərimiyə "şura"nın fəaliyyət göstərməsində "israrlı", eləcə də "işləmək əzmində" olduqlarını bildiriblər. Söz yox ki, bütün bunlar sadəcə görüntü və siyasi reklam xarakteri daşıyan məsələlərdir. Ancaq sən demə, bu görüşün məqsədi arxasında daha bir məqsəd da varyımış. Məsələn, əsas məqsəd həmin görüşdə "Milli Şura"nın keçmiş sədri və fəxri sədri Rüstəm İbrahimbəyovun yenidən fəxri sədrlik postuna gətirlməsi məsələsidir.
"Milli Şura"da təmsil olunan hüquq müdafiəçisi Namizəd Səfərov mərbuata açıqlamasında utanmaz-utanmaz deyib ki, qurumun bu həftə keçiriləcək sessiyasında İbrahimbəyovun fəxri sədr postuna geri qaytarılması müzakirə olunacaq: "Cəmil Həsənlinin Rüstəm İbrahimbəyovla əlaqə saxlayır. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun fəxri sədr qalmaq məsələsinə yenidən baxılsın".
Bax, gülüş, iztehza doğuracaq məsələ də budur ki, "Milli Şura"nın özü bir sıra xarici dairələrin əllərində əl kuklası kimi oynadılarkən, qurum təmsilçiləri də başda AXCP sədri Əli Kərimli və Cəmil Həsənli olmaqla Rüstəm İbrahimbəyovu əməlli-başlı "iqruşkaya" çeviriblər. İstədikləri kimi o yana - bu yana çevirirlər. Gah alta salırlar, gah da üstə çıxarırlar. Adını da qoyurlar ki, "biz siyasət yürüdürük". Amma nə siyasət, hansı siyasət hələ də bəlli deyil ki, bəlli deyil... Bircə bəlli olan budur ki, bunlarınkı həmdən-həmə, dəmdən-dəmə siyasətidir.
Müxalifətdə az-çox elektoratı olan Müsavatı kənara itələyərək, siyasətdən başı çıxmayan Rüstəm İbrahimbəyovun ətəyindən yapışıb mən ölüm-mənölümlə geri qaytarmağın arxasında isə bircə amil dayanıb: "Milli Şura"nın itirilmiş pul kisəsinin ağzını yenidən açmaq. Əlbəttə ki, İbrahimbəyovun qaranlıq xarici əlaqələri sayəsində. Deyəndə ki, bunların abırları-həyaları yoxdur, o saat durub bar-bar bağırırlar ki, bizi tənqid edirlər və həmin tənqidlər əbəsdir. Deyəndə ki, bunlar pul-paradan ötrü öz ləyqətlərini, vicdanlarını, hətta şərəflərini satmağa hər an hazırdırlar, yenə də deyirlər ki, yox, belə deyil, elədir. Deyəndə ki, bütün bunların arxasında AXCP sədri Əli Kərlmi var və həmin bu Əli Kərimli Rüstəm İbrahimbəyovla Cəmil Həsənlini barmağına dolayır, yenə də xoşlarına getmir. Bə nə deməliyik, axı bəylər? Deməliyik ki, cəmiyyət sizdən ötrü ölümə də gedər, uf deməz? Deməliyik ki, "Milli Şura"dan başqa hər şey yalanıdr. Ondan başqa doğru yol yoxdur? Əlbəttə ki, deməməliyik və deməməyimizdə yüzə-yüz faiz əminik!
Məsələ həm də ondadır ki, Müsavatın küləyi "Milli Şura"dan çəkilməmiş qoxusu çəkilməmiş Rüstəm İbrahimbəyovun adıçəkilən qurumun fəxri sədrliyinə mümkün qayıdışı heç nəyi dəyişməyəcək. Ona görə ki, dəyişilməyən elə bu müxalifətin özüdür. Bir halda ki, dəyişilə bilmirlərsə, onda nəyi dəyişdirəcəklərini düşünürlər? Bəlkə İbrahimbəyovun pampersini?