Elə adamlar var ki, onlar üçün vəzifədən, puldan, səlahiyyətdən çox dürüstlük, sədaqət öz əqidəsində sabitlik hər şeydən üstündür. Siyasətdə də belədir, dostluqda, biznesdə, yoldaşlıqda da. Lakin elələri də var ki, onun üçün belə dürüstlük hissləri tamamilə yaddır. Onlar hər şeyi şəxsi mənafeyinə qurban verir, sədaqət, əqidə hissindən uzaq olurlar. Hazırda "EL" hərəkatının sədri kimi siyasi arenada var-gəl edərək, heç nəyə nail ola bilməyən Eldar Namazov da məhz belələrinə aiddir. Sirr deyil ki, bu adam uzun müddət bir komandanın tərkibində olub. Sonra işdə yol verdiyi ciddi qüsurlara, alverçi təfəkkürünə, ayağısürüşkənliyinə görə işdən qovulur. Məhz bundan sonra o, keçmiş mövqeyini 180 dərəcə dəyişir və dönür olur "müxalifətçi"...
Onun gördüyü ən yaxşı iş papka və kostyum daşımaqdan ibarət olub
Ancaq yenə də köhnə günlərin, qara dərili kreslonun, sarı-qırmızı rəngli telefonların xiffətini çəkir, gecələr gözlərinə yuxu getmir və utopik xəyallara dalır. Ona görə də özünə heç yerdə "yer tapa bilmir" və hara gəldi burnunu-başını soxur. Bir vaxtlar "Milli Şura"da "lider" olmaq istəyən Namazov indi də hərəkatını partiyaya çevirmək üçün dəridən-qabıqdan çıxır. Bunun üçün gah ABŞ səfirliyinin, gah da Fransa səfirliyinin qapısında xarici ağalarının ona verəcəyi təlimatlarını gözləyir. Beləliklə də, kənar qüvvələrin, Azərbaycanda öz maraqları olan tərəflərin əlində maşaya, hətta döşəmə əskisinə çevrilir. Bütün bunların yerində özünü elə aparır ki, guya böyük bir "siyasətçidir". Ancaq fikirləşmir, sual etmir ki, onu kim tanıyır? Axı o unutmamalıdır ki, zamanında sıradan bir məmur olub və həmin vəzifəsinin də icrasından dorğu-dürüst gəlməyi bacarmayıb. Onun gördüyü ən yaxşı iş papka və kostyum daşımaqdan ibarət olub. Demək, belə qənaətə gəlmək olar ki, Eldar Namazov papka daşıyanda onun üçün hər şey yaxşı idi. Elə ki, işdən çıxartdılar, hər şey "pis oldu"...
Viktor Polyaniçkonun "gənc alim" yetirməsi
Əgər bu adamın dönüb keçmişinə baxsaq, onda hər şey aydın olar. Əslinədə Namazovun xəyanətkar xislətin sahibi olması hələ ötən əsrin 90-cı illərindən məlum idi. O vaxtlar Azərbaycan xalqı öz milli müstəqilliyi və suverenliyi uğrunda "ölüm-qalım" mücadiləsi aparırdı. Bu hərəkatın müvəffəqiyyətlə başa çatmasının qarşısını almaq, ona fitnə-fəsad qarışdırmaq üçün imperiyanın xüsusi xidmət orqanları min bir oyundan çıxırdılar. Bu məqsədlə öz canişinlərini xüsusi tapşırıqla Bakıya rəhbər işlərə göndərmişdilər. Həmin canişinlər hərəkata elə adamlar yerləşdirməli idilər ki, onlar pozuculuq işlərini lazımınca apara bilsinlər. Bu məqsədlə həmin canişinlərdən biri Az.KP.MK-nın ikinci katibi Viktor Polyaniçko "Gənc alimlər" klubu yaratmışdı. Həmin kluba "xüsusi qabiliyyətli" aspirant və dissertantların bir qismi də cəlb edilmişdi. Həmin "xüsusu"lərdən biri də bugünkü "EL"-in sahibi idi. Məhz o vaxtdan bu adam xarici kəşfiyyatların əlində oyuncağa çevrilərək ölkəmizə qarşı hazırlanmış planların həyata keçirilməsində rupor rolunu oynayıb. Rüstəm İbrahimbəyovun dili ilə elan olunan "EL" də bax o məqsədlə yaradılıb. İndi özünüz ona qiymət verin və görün bu adam kimin agentidir? Hər halda bu sualın cavabı hər kəsə gün kimi aydındır.