PDF Oxu

Köşə

  • 1 502

Müxalifətin axırına xarici qüvvələrə işləmək çıxacaq

Müxalifətin axırına xarici qüvvələrə işləmək çıxacaq

Bəzən insanın başına nə bəla, hansı müsibət gəlirsə, qeyri-qanuni yolla pul əldə etmək üstündə gəlir. Düzdür, qeyd etdiyim fikirlər yeni fikir deyil. Heç bu fikri özümünküləşdirmək də istəmirəm. Sadəcə, ta qədimdən bu günə qədər pul, var-dövlət üstündə insanların biri-biri ilə apardıqları çarpışmaları qısa mövzuda qeyd etməklə, həm də bu ənənənin bu gün də davam etdiyini ifadə etməyə çalışıram. Maraqlı, həm də, təəccüb doğuran haldır ki, müxalifət düşərgəsində pul əldə etmək üçün daha amansız və qəddar üsullardan istifadə edilir. Belə ki, ali dəyər olan dövlət və milli maraqlar müxalifət başbilənləri üçün maddi təminat əldə etmək prosesində o qədər də önəmli deyil. Yəni milli və dövlətçilik maraqlarını xarici qüvvələrə satmaq hesabına qrantlar almaq müxalifət partiyası liderləri üçün adi hal hesab olunur. Artıq təsdiq olunmuş faktlar onu deməyə əsas verir ki, Müsavat, AXCP kimi partiyalar dəfələrlə ABŞ, Rusiya, İran, Fransa və Norveçdən külli miqdarda qrantlar alıblar. Təbii ki, bugünkü reallıqda heç kəs boş yerə öz vəsaitini kiməsə verməz. Əgər bu maliyyə yardımı edilirsə, deməli, bunun arxasında hansısa maraqlı məqamların ödənilməsi istəyi dayanır. Deyək ki, bu maraqların ödənilməsi ölkədəki ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma və iğtişaşlar yaratmaqdır. Bununla bağlı dəfələrlə cəhdlər də göstərilib. Amma reallıq ondan ibarətdir ki, xarici maraqlı qüvvələrin istək və arzuları müxalifət tərəfindən həyata keçirilə bilməyib. Çünki Azərbaycanda möhkəm əsaslara malik ictimai-siyasi sabitlik mövcuddur. Eyni zamanda, Azərbaycan xalqı dağıdıcı müxalif qüvvələri ümumiyyətlə qəbul etmir. Bütün bunlar xarici maraqlı qüvvələrlə dağıdıcı müxalifət arasında qarşılıqlı inamsızlığın yaranmasına gətirib çıxarıb.

Xədisə İsmayılın "satqınlar siyahısı" müxalifəti narahat edir

Bu və ya digər amillərə görə də, bəzi hallarda müxalifət partya sədrləri Avropadakı dostlarını qınayan açıqlamalar da verirlər. Misal kimi Müsavat başqanı İsa Qəmbərin Avropa İttifaqının Ukraynada baş verən hadisələrə görə tutduğu prinsipial mövqeni tənqid etməsini göstərmək olar. Eləcə də, AXCP sədr müavini Razi Nurullayevin ABŞ-ın müəyyən dairələrini demokratiyaya öz dövlət maraqlarından baxmasına görə ittiham etməsini də qeyd etmək olar. Görünür, müxalifətin nala-mıxa vuran hərəkətlərini izləyən ABŞ-ın müəyyən maraqlı dairələrinin Azərbaycandakı təmsilçiləri öz narahatçılıqlarını hazırladıqları hesabatları Vaşinqtona göndərməklə, nümayiş etdirməyə çalışırlar. Bu günlər "Azadlıq" radiosunun müxbiri Xədicə İsmayılın müxalifət partiya funksionerləri haqqında Vaşinqtona göndərdiyi "satqınlar siyahısı"nda məsələnin hansı formada olduğunu təsdiqləyir. Məlum olur ki, ABŞ-dakı bəzi qruplarla yanaşı, ölkəmizdəki X.İsmayıl kimi insanlar da müxalifətin qeyri-ciddi formada olub, fəaliyyətsiz durumda olmasından ciddi təşviş keçirirlər. Məhz bu baxımdan xarici dairələrdən müxalifətə maliyyə yardımını dayandırmasını və bununla da, onların cəzalandırılmasını istəyirlər. Amma məsələ ondan ibarətdir ki, İ.Qəmbər, Əli Kərimli, Rauf Arifoğlu, Sərdar Cəlaloğlu, Eldar Namazov kimi şəxslər X.İsmayıl kimilərin "fəaliyyətindən" o qədər də məmnun deyillər. Daha doğrusu, ABŞ-dakı qüvvələrlə onlar arsındakı münasibətlərin yəqinləşməsini istəmirlər. Bu baxımdan, X.İsmayılı təsir altında saxladıqları qəzetlərdə tənqid edib və onu daxili məsələləri xarici qüvvələrə ötürməkdə günahlandırırlar. Bunun sonunun necə olacağını proqnozlaşdırmaq çətin olsa da, bir şey məlumdur ki, pula görə milli və dövlətçilik maraqlarını satanlar siyasətdə uğur qazana bilməyəcəklər. Necə ki, hazırkı proseslərdə müxalifət siyasi məğlubiyyət yaşamaqadır.

Digər xəbərlər