PDF Oxu

Köşə

  • 11 631

Günel Mövlud kim(lər)ə xidmət edir?

Günel Mövlud kim(lər)ə xidmət edir?

Bu günə kimi Günel Mövlud tipli "simaları" millətimiz, xalqımız çox görüb və təbii ki, belələrinin əslində hansı "məzhəbə" qulluq göstərmələri də bəllidir. Ancaq o da bəllidir ki, nə Günel Mövlud, nə Əkrəm Əylisli, nə Leyla Yunus, nə də ki, Xədicə İsmayıl heç vaxt bu xalq qarşısında hörmətə, nüfuza sahib ola bilməyiblər. Hətta onlardan istifadə edən Azərbaycan düşmənləri də zamanı çatanda belələrindən üz çeviriblər.

Qeyri-insani düşüncənin aşkar çılpaqlığı

Bu gün Günel Mövludun qırılmış qələminə aldığı yazı-pozularına diqqət yetirəndə ilk nəzərəçarpan şey o olur ki, bu xəyanətkar fərd Azərbaycan əleyhinə çalışan qüvvələrin hazırladığı ssenarilərin davamıdır. Məqsəd isə bəs-bəllidir - ölkəmizin uğurlu beynəlxalq nüfuzuna arxadan zərbə vurmaq! Söz yox ki, onun ermənilərə - həmin ermənilərə ki, Xocalıda, Qərbi Azərbaycanda, Qarabağda yüzlərlə soydaşımızı uf demədən qılıncdan keçiriblər. "Mən sizi öz qarşımda deyil, özümü sizin qarşınızda günahkar bilirəm" deməsi artıq bütün insanlıq çərçivələrini aşır, qeyri-insani düşüncəni çılpaqlığı ilə ortaya qoyur. Günel Mövludun milli maraqlara zidd olan fikirlərinin bu günlərdə, daha dəqiq desək, Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində işıq üzü görməsi də qətiyyən təsadüfi sayıla bilməz! Çünki həmin iyrənc müraciətin mətni ona verilmiş təlimatlara uyğun olaraq məhz soyqırımı günü üzə çıxmalıydı və təəssüf ki, çıxdı da...

Xəyanətin cəzası həm yerdə, həm də göydə çox ağır olur...

Digər tərəfdən, Günel Mövludun qırılmış qələminə aldığı yazılarında başlıca yeri yalnız xəyanət amili tutmayıb. Orada bölücülük, regionçuluq, milli ayrı-seçkilik məsələsi də kifayət qədər üzə çıxıb. Bu adamda olan bölücülük xisləti ziyalılara qarşı münasibətdə də özünü göstərir.Beləliklə, Almaniyada eyş-işrət, kef məclislərində iştirak edərək "nüfuz qazanmaq" üçün Günel Mövlud əlindən gələni edir. Təki ona bu imkanlar yaradılsın və təki onun istəkləri yerinə yetsin. G.Mövluddan rüsvayçı bir tərzdə xristianlığı qəbul edərək milli və dini heysiyyatını itirən bir insandan əslində başqa bir şey gözləməyə dəyməz. İstər-istəməz bu kimi insanlar çox keçmədən sabun köpüyü kimi yox olacaqlar. İndiyə qədər belələrini çox görmüşük. Ancaq o da unudulmamalıdır ki, belə xəyanətlərə görə, qanunla yanaşı, Allah qarşısında da cavab verməli olacaq Günel Mövlud. Hətta bu cavabı vermək üçün onun hansı cəzalara layiq olacağı da bəri başdan bəllidir. Çünki xəyanət elə xəyanətdir. Xəyanətin cəzası isə həm yerdə, həm də göydə çox ağır olur...

Digər xəbərlər