PDF Oxu

Köşə

  • 1 488

Düşüncəsizlərin "Düşüncə Mərkəzi" reallaşa bilərmi?

Düşüncəsizlərin "Düşüncə Mərkəzi" reallaşa bilərmi?

Deyirəm, bu müxalifətin işi-gücü qurtarıb. Daha doğrusu, avaraçılıq bəzən müxalifət başbilənlərini mənasız ideyalarla çıxış edib, qeyri-ciddi blok və qurumlar yaratmağa sövq edir. Məhz bu avaraçılığın nəticəsidir ki, son iki il ərzində müxalifət liderləri ümumilikdə 12 adda qurum yaradıblar. Amma bu qurumların heç biri müxalifət üçün birlik modelinə çevrilə bilməyib. Necə bəh-bəhlə yaradıb gündəmə gətiriblərsə, eləcə də bir-birini söyüb təhqir etməklə həmin qurumları tarixin arxivinə atıblar. Bu günlərdə, fatihəsinə birbaşa üzünə dedikləri "İctimai Palata"nın buraxılmasından sonra, AXP sədri Pənah Hüseyn "Düşüncə Mərkəzi"nin yaradılması ideyası ilə çıxış edib. Müxalifətin texnoloqlarından sayılan P.Hüseynin bu ideyası söz yox ki, özünün beyninin məhsulu olmadığı şübhəsizdir. Yəni bu ideya Müsavat başqanı İsa Qəmbər tərəfindən irəli sürülüb. Sadəcə, AXCP sədri Əli Kərimli ilə qarşıdurma vəziyyətində olduğundan, İ.Qəmbər açıq şəkildə beynində formalaşdırdığı ideyanı açıq şəkildə dilə gətirmək istəməyib. Danışan dili, deyən sözü olan P.Hüseyn həmin ideyanı gündəmə gətirməklə, bir növ İ.Qəmbəri çıxılmaz durumdan qurtara bilib. Amma bu "Düşüncə Mərkəzi" ideyasının siyasi düşərgədə uzunömürlü olub ciddi quruma çevriləcəyi inandırıcı deyil. Ən azı ona görə ki, müxalifət düşərgəsində müxaliflərlə bağlı formalaşan rəy bunu deməyə əsas verir.

"Düşüncə Mərkəzi"nin aqibəti "Milli Şura"dan fərqlənməyəcək

Söz yox ki, "Düşüncə Mərkəzi" adlı qurumun yaradılması bir qədər əvvəl Müsavatın tərk etdiyi "Milli Şura"ya alternativ yaradıldığı şübhəsizdir. Yəni Müsavat başqanı İ.Qəmbər Ə.Kərimli ilə olan düşmən münasibətini "Düşüncə Mərkəzi"ndə təmsil olunan partiya sədrləri ilə davam etdirmək fikrindədir. Artıq bəlli olduğu kimi, "İctimai Palata"da təmsil olunmuş şəxslər və partiyalar "Düşüncə Mərkəzi"ndə təmsil olunmağa razılıqlarını bildiriblər. Sadəcə, orada "EL" Hərəkatının sədri Eldar Namazovun adı çəkilmir. Bunun da səbəbini E.Namazovun Rusiyadakı anti-Azərbaycan mövqeli qüvvələrdən bununla bağlı hələ də konkret fikir öyrənə bilməməsidir. İddialara əsaslanaraq demək olar ki, Rüstəm İbrahimbəyov hələ ki, E.Namazovun "Düşüncə Mərkəzi"ndə təmsil olunması ilə bağlı məsələyə konkret razılıq vermir. Bu da "EL" Hərəkatının "Düşüncə Mərkəzi"ndə təmsil olunmasına tərəddüdlər yaradır. Digər tərəfdən, "Düşüncə Mərkəzi"nin maliyyələşdirilməsi məsələsi ilə də bağlı E.Namazovun dəqiqləşdirə bilmədiyi nüanslar mövcuddur. Məhz bu və digər amillər İ.Qəmbərin planlaşdırdığı məqsədlərinin tam şəkildə reallaşmasına ciddi əngəllər yaradır. Bu baxımdan demək olar ki, İ.Qəmbər üçün "Düşüncə Mərkəzi" deyilən ideyanı reallaşdırmaq o qədər də asan olmayacaq.

Digər xəbərlər