PDF Oxu

Köşə

  • 1 425

Ağıl qoymalı tərəf kimdir?

Ağıl qoymalı tərəf kimdir?

"Əli Kərimli Ukrayna hökumətinin əsas səhvini göstərdi". Bu sözlər o günləri "Azadlıq" qəzetinin saytında yer almışdı. Əslində, kiminsə səhvini axtarıb-araşdırmaq pis ənənə deyil. Ancaq baxasan, görəsən ki, səhv axtaranın özü kimdir və nəçidir. Məncə, AXCP sədri Əli Kərimlinin kimliyini, hansı məqsədə qulluq etməsini araşdırsaq belə nəticəyə gələ bilərik ki, onun nə ölkədə, nə də ölkə xaricində ağıl qoymağa, deyərdim ki, mənəvi hüququ yoxdur. Niyə və nəyə görəmi? Ona görə ki, bu adam partiya sədri olaraq iki onillikdən artıq bir müddətdə nəinki iqtidara gələ bilməyib, eləcə də iqtidara gəlmək istəyən digər müxalifət partiyalarına badalaqlar vurub, quyular qazıb, satıb, satılıb. 20 ildən artıq bir müddətdə siyasi ağılsızlıq sindromundan qurtula bilməyən Əli Kərimli büyün bunlardan nəticə çıxarmaq yerinə, indi də durub Ukrayna hadisələrində hakimiyyəti ələ almış tərəflərdə səhv axtarmağa başlayıb. Üstəlik, münəccimlik etmək eşqinə də düşüb. Məsələn, deyib ki, "Yaxşı halda ölkənin ərazi bütövlüyü xeyli itki bahasına təmin olunacaq, pis halda isə qüvvə tətbiqi də uğursuz olacaq..."

Gəl indi onun bu sözlərindəki münəccimliyi anla görüm, necə anlayırsan. Guya bu adam daha öncə verdikləri proqnozlarının reallaşmasını əsas gətirərək, indi də bütün bunları adamlarının başına qaxır. Hansı ki, adamlardan buna nə... Qardaş Ukrayna faktiki olaraq iki hissəyə parçalanıb, bu adam hələ nələrin baş verəcəyini proqnoz kimi verir. Adama deyərlər ki, daha minnət və sünnətə nə gərək var?! Və hələ bu harasıdır?!

AXCP sədri "proqnozlarının reallaşmasından" sevinərək, "nə qədər ağıllı siyasətçi" olduğunu camaatın gözünə dürtməyə çalışır. Görün daha sonra nə deyir?! Deyir ki, "7 apreldə yazdığım yazıda qeyd etmişdim ki, siyasət ilk növbədə lazım olan vaxtda, lazım olan qərarları vermək peşəsidir. Bu yazıda isə əlavə etmək istəyirəm ki, bütün digər peşələr kimi siyasət də peşəkarlığı sevir, həvəskarların yeri deyil".

Gəl indi bu fərdi qınama görüm, necə qınamayasan! Əşşi, əgər sən həqiqətən də özünü siyasətin peşəkarı hiss edirsənsə, nəyə görə böyründən yel ötəndə də hakimiyyəti hədəfə alırsan? Əgər sən həqiqətən də peşəkarcasına siyasət aparırsansa, hansı səbəbdən geriyə dönərək, arxana baxmır, işlətdiyin çoxminli səhvlərini analiz etmirsən? Axı peşəkar siyasətçilər məhz öz səhvlərini təhlil etməklə, həmin səhvləri təkrarlamamağa çalışırlar. Amma sən -Əli Kərimli olaraq, özünü hamıdan "ağıllı" hesab etməklə, başını əsdirə-əsdirə "müdrik" göstərməyə çalışırsan. Amma ətrafdan heç də sənin özünü gördüyün kimi görünmürsən. Ətrafdan sən və sənin ucuz, rəzil partiyan daha biədəb, daha biabırçı görünür. O ki qala yanındakı Cəmil Həsənli və digərlərinə, onlar da sənin "ağlına" necə deyərlər rəng qatırlar. Amma bu rəng də ürəkbulandırıcı görünür.

Beləliklə, iki onillik boyu hakimiyyətə gələ bilməyən Əli Kərimli həftə səkkiz mən doqquz çıxır "Azadlığ"a və guya nə qədər ağıllı olduğunu göstərməyə çalışır. Fəqət, onun nə qədər "ağıllı" olmasını hər kəs, elə özü də yaxşı bilir. Ona görə də ağıl qoyulası tərəf elə Əli Kəriminin özüdür.

P.S. Görəsən Timoşenko, Kliçko, Poroşenko və digərləri bilsələr ki, Əli Kərimli bunlara ağıl qoyur, nə edərdilər, əcəba?

Digər xəbərlər