PDF Oxu

Köşə

  • 1 405

Fuadın "QƏHRƏMANLIĞI"

Fuadın "QƏHRƏMANLIĞI"

Allah-Taala Fuad Qəhrəmanlını məmur olmaqdan, vəzifə sahibi etməkdən qorusun, yoxsa hər tində bir asılmış cəsəd görərik. Bunu tam əminliklə deyirəm. Bu adamın əlinə fürsət düşsə, Şabanın filmindəki Kabadayı kimi həmin adamın gözünü oyar, dərisinə saman təpər.

Yeni Azərbaycan Partiyasına könüllü üzv olan orta məktəb müəllimlərinin siyahısnı tutmaq da Fuadın işidir. Guya hakimiyyətə gələcəkmiş və YAP-a üzv olan müəllimlərə qan udduracaqmış. Bunu özümüzdən demirik, AXCP gənclər birliyindəki "əqidəli cəbhəçilərdən" biri nəql eləyib bunu bizə. Gənc deyir ki, Fuad bəy bir gün yaman əsəbi idi, tez hamımızı yığıb tapşırıq verdi ki, hər kəs yaşadığı rayonda orta məktəblərdəki YAP üzvü olan müəllimlərin siyahısını hazırlasın. Niyəsini soruşduq, cavab verdi ki, "az qalıb, gəlirik, ondan sonra biləcəksənizi ki, nələr olacaq..."

F.Qəhrəmanlının bu cümləsi mənə çox tanış gəlir. Hələ 2003-cü ildə mən 10-cu sinifdə oxuyanda İsa Qəmbərin və Əli Kərimlinin üç-beş əlaltısı daş atıb baş yarırdılar ki, bir həftədən sonra hakimiyyətə gəlirik. Mənim yaşım az idi, şagird idim. Amma onların bu tipli bəyanatlarına həmin ərəfələrdə o qədər lağ edib gülmüşdüm ki, müxalifətçilər mənimlə düşmən olmuşdular. Biri deyirdi ki, ali məktəbə daxil olma, olsan da səni çıxardacağıq, biri deyirdi ki, səni nəfəs almağa qoymayacağıq. Bir sözlə, onlar dedi, mən qulaq asdım və beləcə üstündən nə az-nə çox düz 11 il vaxt keçdi. Mən ali məktəbi də bitirdim, özü də ikisini, işlədim də, amma mənə hədə-qorxu gələnlərin 11 ildən sonra nə işlə məşğul olduğunu desəm, hamı utanar. Nə olsun ki, hələ də sərsəm bəyanatlarında qalmaqda davam edirlər.

Deməli, həmin adamlardan biri müsavatçı idi, kürəkənini də arxasınca salıb "siyasətçi" eləmişdi. İndi özü toylarda tamadalıq edir, kürəkəni də yekə bir qəsəbəni narkotiklə zəhərlədiyi üçün həbs olundu. Cəbhəçi isə, vəzifə həsrəti ilə, icra başçısı olmaq arzusu ilə o qədər içdi və çəkdi ki, bir neçə ay bundan əvvəl ürək kanserindən dünyasını dəyişdi. Hələ o birilərini demirəm, kimisi polisə "işlədi", kimisi çayxana açdı, kimisi min bir fırıldaqla camaata sosial yardımlar düzəldir."

Daha gecdir, Fuadı haqqa çəkmək, onun doğrunu başa düşməsi çox gecdir, qatar gedib, o da yubanıb. 20 il həsrətmi olar? Heç Məcnun Leyliyə, Fərhad Şirinə bu qədər vaxtı hərət qalmamışdı. Bu boyda dərdmi olar, İlahi? 20 ildir bu şəxslər işlərini güclərini, karyerlarını bir küncə atıb boş və mənasız ideyalarla, hakimiyyət sevgisi ilə yaşayırlar. Fuad Qəhrəmanlı müxalifətçi olanda Çin Xalq Respublikası yeni qurulurdu, artıq dağılır. Amma o, istəyinə hələ də çata bilməyib ki, bilməyib. O, Əli Kərimliyə aşiq olandan bu yana dünuyada beş-on dənə dövlət dağılıb- qurulub, amma o istəyinə nail olmayıb ki, olmayıb. İlahi, sən özün rəhm elə, ya bu xəstəliyi onlarda sağalt, ya elə öz başlarında bir turp ək. Təki bizdən uzaq olsunlar.

Digər xəbərlər