PDF Oxu

Köşə

  • 1 459

ABŞ səfiri bunu oxusun

ABŞ səfiri bunu oxusun

Hərfi və azacıq da yüngül başla tərcümə etsək, MORNİNQSTAR sözü "səhər ulduzu" mənasını verir. Amma bu sözün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstara qətiyyən dəxli yoxdur, çünki bu səfirdən "səhər ulduzu" olmaz. Keçən dəfə köşə yazımda bir atalar sözü yazmışdım, köşə ABŞ haqqında idi. Eşitdiyimə görə, bütün səfirlik yığışıb, amma o atalar sözünü Riçarda izah eləyən tapılmayıb. Düz iki gündən sonra bir xanım qolunu-qanadını sındır-sındıra bir təhər tərcümə edib.

Əvvəllər həmin xalqın dilini, adət-ənənəsini bilməyən şəxsi həmin ölkəyə səfir göndərməzdilər. Bu, bir növ həm də xalqa olan hörmət idi. İndi sarı nömrələrlə ölkəni gəzmək, Şəkinin paxlavasından, Lənkəranın ləvənəgisindən boğmalanıb səfirlik etməyə nə var ki?! Bir köpək oğlu, sənə deyə bilməz ki, niyə dilimizi bilmirsən. Bunu Riçard əmi yaxşı bilir ki, Azərbaycanın harasına gedibsə, qabağına xonça, xalça çıxarıblar, hörmət göstəriblər. Paytaxtın ən yaxşı yerində qalır, istədiyi kimi dolanır. Amma istədiyi kimi də dolamağa çalışır, ağlına nə gəlirsə yazıb ABŞ-a göndərir. Elə bil ki, cəbhədə əsgərlikdə oturub iki saatdan bir dədəsinə məktub yazır. Nə olub, ay qardaş? Sənin ölkəndə problem yoxdurmu? Sənə nə düşüb ki, dövlətçilik maraqlarını satdığına görə həbs olunan şəxsi və ya şəxsləri müdafiə edəsən?

Mətləbim ABŞ-ı, Riçardı müzakirə etmək yox, elə Qərbən bizə gələn "atalar sözləri"ni diqqətinizə çatdırmaqdır. Bizim dilimizdə maraqlı atalar sözləri var, bir balaca araşdırma aparanda şahidi oluruq ki, bunların bizim dədə-babalarımıza aidiyyatı yoxdur. Qərbdən yemək-içməyi, yeni sözləri alıb-verdiyimiz kimi atalar sözlərimiz də dəyişib düşüb, bir növ kitabların şinelində keçib bizə. Məsələn, "şərikli arvadın olsun, amma şərikli malın olmasın". Sizcə, bizim at belində qılınc oynadan babalarımızdan belə söz çıxarmı? Belə peysər babalar yalnız Qərbdə ola bilər. Ya da elə Qərbin özünün ticarətçilərinin dilimizə dürtdüyü kəlmələrdəndir.

Başqa bir misal çəkək: "Allahsız yerdə otur, amma böyüksüz yerdə oturma". Bunun da bizə dəxli yoxdur, kökünü araşdırsanız görərsiniz ki, ya italyanın, ya rusun, ya da hansısa butulkavari amerikanlının uzağı 50-60 il əvvəlki sözüdür. Dostumuz Avropadan yeni gəlib, ordakı demokratiyadan danışır. Deyir ki, oralar o qədər "azad və demokratik"dir ki, ər ona xəyanət edən arvadına ən azı Şekspirin ayrılıq şeirini oxuyub bir-iki gün küsülü qala bilər. Ən pis halda, pivə içər, kazinoya gedər. Hünərin varsa, kiminsə yanında hərbidən, vətənə, dövlətə xidmətdən danış. Orada hərbiyə çağrıldığına görə dövləti məhkəməyə verənlər də var.

Digər xəbərlər