Bu gün Rüstəm İbrahimbəyovun ard-arda irəli sürdüyü "ideyalarının" elə ard-arda da fiaskoya uğramasının arxasında hansı amilin dayandığını və həmin amilin nədən ibarət olduğunu hər birimiz çox yaxşı bilirik. Məsələn, yaxşı bilirik ki, "Ziyalılar Forumu"nun, "EL" adlı qondarma qurumun, eləcə də "Milli Şura"nın uğursuzluq sindromları antimilli əsaslara söykənir və əgər ortada antimillilik mövcuddursa, demək, sözügedən "ANTİ" faktoru burada öz sözünü deyir. Yəni xalqın və dövlətin milli maraqlarını təmin etməyən istənilən mövzu reallaşmır. Məhz "Milli Şura" da elə bu günə kimi yağışdan sonra pırt edib ortaya çıxan göbələklər kimi və sonradan da ölüb gedən qurmların yolunu davam etdirdi.
Hanı?!
Lap elə götürək 21 ildir müxalifətdə haray-şüvənçiliklə dividend axtarışına çıxan ənənəvi partiyaları və onların bu illər ərzində yaratdıqları çoxsaylı siyasi qurumları. Sual oluna bilər ki, bəs hanı onların bəh-bəhlə tərif etdikləri "birliklər"? Hanı DUBB? Hanı SİDSUH? Hanı DUH? Hanı MKM? Hanı "Amal" adlı "Ziyalılar hərəkatı"? Hanı "Bizim Azərbaycan" bloku? Hanı "Azadlıq" bloku? HANI...?!
Göründüyü kimi onların heç biri yoxdur. Çünki onların yoxluğu bilavasitə müxalifətin 21 ildə əldə edə bilmədikləri arzularının puç olması deməkdir. Ona görə də deyə bilərik ki, növbədə "İctimai Palata", "Demokratik Qüvvələrin Məşvərət Məclisi", "Qarabağ" bloku, "EL" adlı qondarma "hərəkat", "Ziyalılar Forumu" adında reneqatlar toplumu, həmçinin haqqında danışdığımız (yazdığımız -R.) antimilli "Milli Şura"dır.
"Milyarderlər İttifaqı"nın "Milli Şura"sı, ya da separatçı Söyün Sadıqov
Bir də ona görə ki, adicə siyasi partiya kimi fəaliyyət göstərə bilməyən "liderlərin" qondarma qurum və birliklərdə "zəfər" qazanmaları da inandırıcı görünmür. Əgər hər şey onların dediyi kimi olsa idi, faktiki olaraq hakimiyyətə yiyələnməyə macal tapardılar. Ancaq çox şükür ki, belə milli xəyanətkarlar hakimiyyətin həndəvərinə də yaxınlaşa bilməyiblər. Çünki hazırkı iqtidarı dəstəkləyən güclü xalq ordusu seçkilərdə həmişə öz səsini onlara rəva görməyib və çox düz seçim də edib!
Eyni zamanda, bəzi məqamlara diqqət yetirsək, çox məqamların üzə çıxdığının şahidi olarıq. Belə ki, doğrudur, nəyə görəsə, cəmiyyətə güclə sırınan bu "şura" ictimaiyyətdə R.İbrahimbəyovun "Milli Şura"sı kimi səsləndirilsə də, ancaq ictimaiyyət burada haqlı olsa da, məncə, daha bir reallığı ortaya qoymalıdır. Məsələn, R.İbrahimbəyovla yanaşı, Rusiyada fəaliyyət göstərən və erməni lobbisinin maraqlarına cavab verən "Milyarderlər İttifaqı"nın "Milli Şura"sı, ya da separatçı Söyün Sadıqovun "Milli Şura"sı... Bu siyahını o qədər uzatmaq mümkündür ki, bütün qəzet səhifələrini tutmaq olar. Çünki belələrinin xəyanətləri tükənməz qədərdir!
Xəyanətlər isə bağşlanmır. Necə ki, xalq R.İbrahimbəyovun antimilli "şurasını" yaxın ərəfələrdə arxivə gömülmüş digər qurumların yanına göndərəcək...
RƏFİQƏ