Bilmirəm bu nə işdirsə, çalışdığı sahədə, fəaliyyət göstərdiyi yerdə uğur qazana bilməyən insan qaçmağa üstünlük verir. Bəzən bu qaçışı aradan çıxmaq kimi də dəyərləndirənlər olur. Amma elmi və bədii kitabları vərəqlədikdən sonra aydın olur ki, əslində qaçmaqla aradan çıxmaq arasında çox ciddi fərqlər var. O mənada ki, bir var fəaliyyət göstərdiyi yerdən qaçasan, bir də var ki, aranın qarışıb, məzhəbin itdiyi məqamda aradan çıxasan. İki eyni prinsip daşıyan bu məqamlara daha çox siyasətdə rast gəlindiyini desək, səhv etmərik. Çünki müşahidələrə və araşdırmalara əsasən demək olar ki, hər iki halla siyasi fəaliyyətlə məşğul olan məxluqatlar arasında rast gəlmək mümkündür. Xüsusilə də, Azərbaycan müxalifət düşərgəsində baş verən bir-birindən maraqlı və diqqətçəkən məqamları qeyd etməklə, fikirlərimizdə nə qədər haqlı olduğumuzu görmək olar. Deyək ki, müxalifət adından çıxış edən bəzi partiya yetkililəri siyasi uğur qazanmağın onlar üçün çətin olduğunu dərk edəndə çıxış yetkililəri siyasi uğur qazanmağın onlar üçün çətin olduğunu dərk edəndə çıxış yolunu partiya təmsilçiliyindən imtina etməkdə görürlər.
Eldar Namazov da qaçacaq
Misal kimi, bu günlər müxalifət düşərgəsindən baş verən qaçhaqaçı göstərmək kifayət edər. yƏni AXCP-nin sədr müavini, "Milli Şura"nın mitinq komitəsinin sədri Asəf Quliyev və AXCP-nin Qazax rayon təşkilatının gənclər komitəsinin sədri Hikmət Carçılı müxalifət düşərgəsində qalmağı özlərinə hörmətsizlik hesab edərək, "qaçmaq da bir igidlikdir" deyib, təmsil olunduqları partiyadan istefa verdilər. Eləcə də "NİDA"çı fəal gənclərdən iddia edilən Bəxtiyar Quliyev də qaçmağı ən məqbul yol hesab edirək, AXCP və Müsavat liderlərinin təsiri altında qamaqdan imtina etdi. Eyni misalı son 6-7 ay ərzində müxalifət düşərgəsindən olan kütləvi qopmaları göstərmək olar.
Bu yerdə diqqətçəkən məqam ondan ibarətdir ki, müxalifət düşərgəsində elələri var ki, partiya rəhbərliyindən istefa verdikdən sonra xaricə qaçmağa daha çox üstünlük verirlər. Yəqin ki, ACP-nin keçmiş sədri Rəsul Quliyevin necə xaricə qaçdığını hələ də geri qayıtmadığını siyasətlə maraqlananlar bilməmiş deyil. Bu, biçarə qaçış üçün necə "razqon" götürübsə, özünə qısamüddətli də olsa, özünə dayaq nöqtəsi tapa bilmir. Ehtimal olunur ki, ekvatoru iki dəfə yarıb keçən Nil çayı kimi R.Quliyev də ömrünü və həyatını qaçış üzərində quracaq. Eyni qaçışı "Milli Şura"nın keçmiş sədri Rüstəm İbrahimbəyov da təkrarlayıb. O da digər qaçış üzrə rekord quran əqidə dostları kimi Rusiyada var-gəl etməkdədir. Aradabir onun yeni dünya rekordu qazanmaq üçün Azərbaycana qayıdıb start nöqtəsinə çıxacağı deyilsə də, məlumatlar real təsdiqini tapmır. Çünki qocalıb əldən düşən biçarə artıq qaçmağa taqəti qalmadığını deyərək, Moskvada qalmağa üstünlük verir.
Proseslərin inkişafına əsasən demək olar ki, "EL" hərəkatının sədri Eldar Namazov da qaçacaq. Çünki Bakıya qayıtmağa taqəti qalmayan R.İbrahimbəyov E.Npamazova gəl-gəl deməklə, onu Moskvaya çağırmaqdadır. Digər tərəfdən E.Namazov üçün Bakıda qalmaq üçün də heç bir səbəbi yoxdur. Əvvəlləri "Milli Şura"da təmsil olunur, xaricdən gələn hökumət, dövlət rəhbərləri ilə görüşlərdə iştirak edir, mətbuata palaz-palaz müsahibələr verirdi. Amma indi onu kimsə itirib axtarmır. Son vaxtlar mətbuatın E.Namazovla maraqlandığı hallar da baş verməyib. Yalnız eşidilən odur ki, E.Namazov da qaçacaq. Bu baxımdan, demək olar ki, E.Namazov mütləq qaçacaq.