PDF Oxu

Köşə

  • 1 488

Əsəd bəşərə qalib gəldi

Əsəd bəşərə qalib gəldi

Bütün dünya üstünə düşdü, Qərbin raketləri Suriyaya yönəldi, şəxsən Bəşər Əsədin getməsi yekdilliklə tələb olundu. Qısası, bütün bəşər Əsədə qarşı idi, amma nəticədə Əsəd bəşərə qalib gəldi. Düz 88% səslə Suriyanın yenidən prezidenti oldu. Suriyadakı vəziyyəti hamı dərk edir, Qərbin də bu ölkəyə olan münasibətləri anlaşılandır. Amma Dərnəgüldə oturub Suriyadan danışmaq, Bəşər Əsədə qarşı guya "sanksiya"lar vermək lap gülüncdür. Söhbət özünü dünyanın dörd bir yanının şahı hesab edən İsa Qəmbərdən gedir. Başqan, başın sağ olsun, axır qəmin olsun, Bəşər Suriyanın yenidən prezidenti oldu.

Nağılbaz İsa Qəmbər Suriyanın "planı"nı elə cızmışdı ki, adam istəyirdi ki, aparıb bunu BMT-nin baş katibi qoysun. Onsuz da müxalifətdə sükut hökm sürür. Zimbabvedə, Konqoda, nə bilim hansısa bir xırda-xuruş ölkədə inqilab olsaydı, bizim də müxalifət sükutu pozardı.

Dünən maraqlı bir məsələnin şahidi oldum. Dövlət tərəfindən sahibkarlara sərfəli kreditlər verilirdi. Elə sahibkar var idi ki, ona kredit verilmirdi. Nə isə, sözüm ondadır ki, bu sahibkarlar içərisində İ.Qəmbərin müşavirlərindən biri də var idi. Dövlət bu adama o qədər sərfəli şərtlərlə kredit verdi ki, heç əsil vətəndaşa, dövlətçiliyə xidmət edən şəxsə o cür diqqət göstərilmir. Bu adamın 5 yerdə obyekti var, ferması və daha nələri... Müsavatda olduğunu nəzərə alsaq, deməli şəxsi maraqlar üçün müxalifətə keçib. Mənə çox maraqlı gəldi və onun nə üçün Müsavatda olduğunu soruşdum. Kifayət qədər də maddi imkanları var. Əmisioğlu deyir ki, onu bu yola doğma qardaşı salıb, indi beyni tamam pozulub, müxalifətə o qədər aludə olub ki, nə elədiyini bilmir. AXCP-nin qatı düşmənidir. Ə.Kərimlinin facebookda paylaşdığı şəklə görə, onun inboxuna təhqirlər də yazmışdı.

Adamın bir dənə sehirli çubuğu ola və "fuflu" eləyib bunları yenidən məmur edəsən. Sonra ərşin yeddinci qatına qalxıb proseslərə tamaşa edəsən. And olsun Allahın birliyinə, şəxsən Ə.Kərimlinin arvadı Tamara müxalifətdə vəzifəyə getmək istəyən nə qədər zənən varsa, hamısını yoluşdurar. Bir idarənin on beş möhürü, ştampı olar. Yada düşəndə adamı vahimə bürüyür. Vaxt var idi, müxalifətçilər hərəsi bir siyahı hazırlayıb özlərinə kölgə kabineti, daha doğrusu hakimiyyətə gələcəkləri təqdirdə "hökumət siyahısı" quraşdırmışdılar.

Vergilər Nazirliyinin sabiq əməkdaşlarından biri mənə maraqlı bir məsələni danışdı. Dedi ki, 2002-ci ilə qədər Müsavat və AXCP-yə hər ay müəyyən qədər maddi yardım edirdim. Hər ay kifayət qədər pul verirmiş. Şəxsən İ.Qəmbər dəfələrlə onunla əlaqə saxlayıb köməyə görə minnətdarlığını da bildirirmiş. İndi bu adam deyir ki, mənim o vaxt bir il ərzində verdiyim pullarla indi şəhərin mərkəzində bir mənzil almaq olar. Sən demə, bu adam vətəndaşdan külli miqdarda rüşvət aldığı yerdə aşkarlanaraq vəzifəsindən uzaqlaşdırılıb. İndi də avaragor qalıb, nə Müsavat, nə də AXCP ona yaxın durmur.

Digər xəbərlər