Təbii ki, Leyla Yunusun məlum addımlarının hüquqi baxımdan Azərbaycan vətəndaşı olan bir şəxs üçün xəyanətdən başqa adı yoxdur. Xüsusi olaraq qənaətə gəlmək mümkündür ki, analoji xəyanət, qondarma "siyasi məhbus" siyahısının təqdim olunması Leyla Yunusun bu qəbildən olan növbəti addımıdır. Buna qədər də Azərbaycanın dövlət imicinə zərbə vurmaq üçün "növbə" gözləyənlərin sırasında birincilərdən olan, dövlətimizin hansısa iqtisadi-siyasi, mədəni uğurlarına ləkə yaxmaq üçün bütün yollara əl atan Leyla Yunus xəyanətkar mövqedə olduğunu öz əməlləri ilə dəfələrlə "sübut" edib. Təkcə ölkəmizdə reallaşdırılan "Eurovision-2012" mahnı yarışması öncəsi bu satqın fərdin rəhbərliyi ilə aparılan anti-"Eurovision" kampaniyaları buna yüz fazilik sübut və misaldır. Həmin vaxt puldan ötrü hər yola baş vuran, xarici ianələrin qarşılığında dövlətinə və xalqına belə asan şəkildə xəyanət edib qarayaxma kampaniyasına başlayan Leyla Yunus və dostları sifarişlər yerinə yetirir, yalan, pafos dolu təbliğat qurmağa, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırdılar. Amma hər zaman olduğu kimi, bu dəfə də onların "oxu" daşa dəydi, bütün dünya ictimaiyyəti, həmin tədbirdə iştirak edən şəxslər ölkəmizin iqtisadi inkişafını yüksək dəyərləndirdilər, Azərbaycanın demokratik prinsiplər üzrə inkişaf etdiyini ifadə etdilər. Belə demək mümkündürsə, həmin müsbət fikirlər başda leyla yunuslar olmaqla bütün anti-Azərbaycan kampaniyası iştirakçılarına tərs şillə xarakteri daşıdı...
Bəli, Azərbaycan vətəndaşının ən birinci vəzifəsi öz xalqının, dövlətinin marağını qorumaqdır. Leyla Yunus və onun kimilərinin isə ermənilərlə müttəfiqliyi, dostluğu Azərbaycanın milli maraqlarına qarşı yönəlib. Onun dostluğu ermənipərəst ABŞ, Qrəb milyarderlərindən tutmuş kiçik erməni təşkilatlarına qədər uzanıb gedir. Amma Leyla Yunus və onun ətrafında var-gəl edərək siyasi məqsədlərini güdən ənənəvi müxalifət "liderləri" də unudurlar ki, bu zərərli ünsürlər o qədər kiçik və acizdirlər ki, onların nə dedikləri, nə düşündükləri, hansı mövqedə olmaları Azərbaycan xalqı üçün heç bir maraq kəsb etmir. Azərbaycan xalqı hər bir nüansı, hər bir addımı dəyərləndirə bilən bir cəmiyyətdir və xalqımız dövlətimizin inkişafını, qüdrətini, mədəni, iqtisadi, siyasi nailiyyətlərini də, leyla yunusların erməni dəyirmanını fırlatmaq cəhdlərini də görür. Elə bu kimi ucuz fərdləri narahat edən də bu kimi danılmaz faktlardır. O və onun kimiləri yaxşı bilirlər ki, nə qədər cəhd göstərsələr də dövlətin və xalqın mənafeyinə ziyan vura bilməyəcəklər.
Amma bir azərbaycanlı olaraq Xocalı soyqırımını törədənlərlə, Azərbaycan torpağını işğal edib xalqımızı öz yurdundan, evindən didərgin salanlarla, illərdir ki, bu işğalı davam etdirənlər və ən əsası tarixi düşmənlərimizlə müttəfiqlik, əməkdaşlıq hansı mənəvi çərçivəyə sığır? Leyla Yunus etiraf edir ki, onun ermənilərlə işbirliyinin tarixi "uzundur". Hətta o, bir dəfə bunu açıq sözlərlə izah da etmişdi - "Mən yalnız söyüş söyəndə Azərbaycan dilində danışıram" (??!!-R.H). Məgər bu etiraf cəmiyyətə heç nəyi demirmi, cənablar?
Demək, hər dəfə Azərbaycan xalqının, dövlətinin əleyhinə aparılan kampaniyaların mənbəyi də elə ermənilərə və ya ermənipərəst ünsürlərə gedib çıxır. Bir daha analoji sual meydana çıxır, görəsən, Leyla Yunus bütün bu illər ərzində ermənilərlə dostluq, müttəfiqlik, işbirliyi qurduğu zamanlarda hüquqi cəhətdən də olsa, Azərbaycan vətəndaşı olduğunu xatırlayırdımı???
Ümumiyyətlə, milli mənsubiyyəti müəyyən dövrlərdə müzakirə mövzusuna çevrilən Leyla Yunus növbəti dəfə göstərdi ki, maddiyyat qarşılığında Azərbaycan dövlətini və xalqını, onun marağını da tapdaya bilir. Əlbəttə ki, bu, Leyla Yunus üçün "su içmək" qədər asandır. Çünki "hüquq müdafiəçisi" adı altında gizlənən bu şəxsin bütün fəaliyyətinin əsasında bu amil dayanıb. Ermənipərəst dairələr tərəfindən maliyyələşdirilən və illərdir xalqımıza qarşı nifrətlə dolub daşan Leyla Yunus bunu artıq özünə peşə edib. Nə edəsən, hərənin bir peşəsi var. Onun peşəsi isə dünyanın ən qədim peşəsi sayılan peşəyə daha çox oxşayır...