PDF Oxu

Köşə

  • 1 328

İsa Qəmbərin selfiesi

İsa Qəmbərin selfiesi

Selfie yaman dəbə minib. Amma başı qanlı İsa Qəmbər dünənki selfiesindən sonra ata mindiyi kimi də yerə düşdü. Qadasın aldığım başqan dama-dama köynəkdə elə selfie edib ki, elə bil bütün türk dünyasını "Antanta"nın caynağından xilas edib. İ.Qəmbərin bu gülümsəyən şəklindən sonra adamın müsavatçı olmağı gəlir. Sözümü bir azca bənzətdim. Müsavatçı tanışım deyir ki, partiyamızda o qədər lazımsız gurultu, eyni zamada qaranlıq sükut var ki, arabir adam olmağım gəlir. Olun da, kim sizi məcbur edir ki, Qrenlandiya suitiləri kimi Dərnəgüldə quyruq-quyruğa düzülüb özünüzü rüsvay edəsiniz?

Hardasa 1998-1999-cu illər idi, Etibar Məmmədovu göstərirdilər televizorda. Atam Etibarın danışığına qulaq asırdı. Qəfil ayağa durub "qorizont"un düyməsini necə fırlatdısa, televizor daha ağ-qara da göstərəsi olmadı. Atamdan kanalı nə üçün dəyişdiyini soruşduqda mənə bir cümləlik cavab verdi: "Bu xaricdə binalar tikir, Cəvahir Fonduna verdiyimiz qızılların bir hissəsini də bu adam yedi". Atamın nə demək istədiyini mən indi başa düşməyə başlayıram. E.Məmmədov indi tikinti biznesi ilə məşğuldur, bunu çoxunuz bilirsiniz. Amma öz adını hallandırmır, tikdiyi binalardan birinin 5-ci qatında oturub keyf eləyir. O boyda tikinti şirkətində vəzifəsi menecer gedir. Halbuki şirkət elə özünündür. Hünərin varsa, ona siyasətdən-zaddan sual ver, binanı başına yıxar.

Sözümü nəyə gətirirəm, maraqlı bir məlumat eşitmişəm. Müsavat partiyasından bir nəfər E.Məmmədovun yanına gedibmiş. Məqsədi də sayt açmaq, bunun üçün E.Məmmədovdan maliyyə yardımı almaq imiş. Amma getdiyi kimi də qayıdıb. E.Məmmədov konkret "yox" deyib. Abbas adlı bu müsavatçı sosial şəbəkələrin "qəhrəman"larındandır. Bir dəfə də Facebookda status paylaşmışdı ki, "mənə kömək edin, adama 1 manat verin, xalqın mənafeyinə işləyən sayt açıram". İlahi. Kərəminə şükür.

Ay İsa bəy, bu uşaqlarını başına yığ, "vedemost" düzəltdir, hər seçkidə aldığın pullardan onlara da ver, vallah, bu, vicdandan deyil. İhsan Doğramacı bir cüt corabı özü ilə o biri dünyaya apara bilmədi, sən Müsavatı behiştə köçürmək istəyirsən. Orda partiya-zad, qurultay-murultay, nə bilim, Avropa Məhkəməsi-zad girmir ha.

Digər xəbərlər